Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Nərimanov rayonunda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib
Tarix: 09.09.2020 | Saat: 11:33:00 | E-mail | Çapa göndər
Nərimanov rayonunda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib.

Turnir Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” şahmat klubunun birgə təşkilatçılığı ilə açıq havada təşkil edilib.

Yarışın keçirilməsində məqsəd Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirəsini yad etmək, yeniyetmə və gəncləri şahmata cəlb edərək bu idman növünü daha da inkişaf etdirməkdir.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev və başqaları çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verməsindən, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan mühüm qələbənin əhəmiyyətindən danışıblar. Çıxış edənlər, eyni zamanda, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini və idmançılarımızın beynəlxalq arenada ölkəmizi uğurla təmsil etdiklərini vurğulayıblar.

Yarışdan əvvəl iştirakçılar koronavirusla bağlı xüsusi tibbi yoxlanışdan keçiblər. Yarış iştirakçılarına Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar sosial izolyasiya qaydalarına əməl olunmasının vacibliyi izah edilib.

Yarışda 41 həvəskar şahmatçı iştirak edib. Ümumi hesabda Rüfət Əbdülbağıyev, Ələsgər İbrahimli, Krişnadas Hüseynov ilk 3 yeri tutub. Qızlar arasında ən yüksək nəticəni Lalə Hüseynova, 12 yaşadək yeniyetmələr arasında isə Əhmədağa Həşimov qazanıblar. Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatı ilə təltif olunublar.

Qeyd edək ki, Aprel döyüşləri şəhidi Sənan Axundov 1979-cu ilin sentyabrın 29-da Füzuli şəhərində anadan olub. 1993-cü ildə erməni quldurlarının Füzuli şəhərinin bir hissəsini işğal etməsi ilə Axundovlar ailəsi qaçqın həyatı sürməyə başlayıb. Sənan Axundov 1997-ci ildə Binəqədi rayonunda yerləşən N.Babayev adına 144 saylı tam orta məktəbi bitirib. 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi, 2005-ci ildə Almaniya Hərbi Akademiyasını və 2009-cu ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Sənan Axundov daha sonra Müdafiə Nazirliyində fəaliyyətə başlayıb.

Polkovnik-leytenant Sənan Axundov 2016-cı ilin aprelində Lələtəpə istiqamətində minaya düşərək şəhid olub.
Xəbər 779 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.01.2022 Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib
31.01.2022 Binəqədi rayonunda qızlar arasında voleybol üzrə turnir keçirilib
31.01.2022 Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib
24.01.2022 “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş voleybol turniri keçirilib
11.11.2021 Kros qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub
20.10.2021 Binəqədidə VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
17.09.2021 Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
19.08.2021 A.A.Banişevskinin 75 illik yubileyinə həsr olunmuş turnirə yekun vurulub
29.07.2021 Respublika yarışının birinci zona mərhələsi keçirilib
24.06.2021 Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə mini futbol turniri keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru