Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ayxan Abbasov: “Sumqayıt” əsl peşəkar futbolçuları Azərbaycan futboluna bəxş edəcək”
Tarix: 24.08.2020 | Saat: 08:04:00 | E-mail | Çapa göndər
"Sumqayıt" futbol klubunun baş məşqçisi Ayxan Abbasovun “Azsport.az”a müsahibəsi

- “Sumqayıt” öz futbol tarixində ilk dəfə Avropa Liqasında oynayacaq. Hazırlıq necə gedir?

- Əlbəttə, klubun tarixində bu ilkdir. Məsuliyyəti dərk edirik. Birinci gündən hər kəs, bütün komanda, rəhbərlik, futbolçular işin öhdəsindən gəlmək üçün səfərbərlik olunub. Hazırlığımız proqram üzrə gedir. Bir az çətinliklərimiz var idi Oyunçu transferini də bizdən asılı olmayan səbəblərə görə geç etdik. Ümumən, istəyərdik daha yaxşı və tez hazır olaq. İnanıram ki, yarış gününə tam hazır olarıq.

- Rəqibiniz Makedoniyanın “Şkendiya” komandasıdır. Öz ölkəsində 2 mövsüm çempion olub. Avropa Liqasında pley-off oynayıb. Bu sizi qorxutmur ki? Rəqibin üstün cəhətləri hansılardlr?

- Rəqibimiz Avropa Liqasında, Çempionlar Liqasında oynamış komandadır. Bu da üstünlükdü. Təəssüf ki, bizim bəzi futbolçularımız çox gəncdirlər, ilk dəfə bu turnirlərdə çıxış edəcəklər. Həmçinin rəqibin onurğa sütünu olan futbolçular ən azı 4-5 ildir bir yerdə oynayırlar, təcrübəlidirlər. Bir-birlərini yaxşı başa düşmək cəhətdən də üstündürlər. Əlbəttə, hər rəqibin üstün cəhəti olduğu kimi zəif nöqtələri də var. Rəqibin zəif nöqtələrini araşdırırq. Evdə oynayırıq, bu da bizim üstünlüyümüz olacaq. Deyərdim ki, bu gün Avropa Liqasında qarşılaşdığımız rəqiblərin içərisində “Şkendiya” onlardan yaxşı və daha güclüdür.

- Komandanın fiziki hazırlıq üzrə məşqçi vəzifəsini icra edən Eduardo Karlo Balada yığmadan ayrıldı. Yeni məşqçi ilə müqavilə imzalamısınız. Onu nəyə görə seçdiniz?

- Müasir futbolda GPS sistemlərindən istifadə olunur. Biz də bu sistemdən yararlanırıq. Bu sistem futbolçuları tam nəzarətə götürür. Zədədən qorumaq üçün məşqlərdə, oyunlarda nə qədər güc sərf etdiklərini həftə boyu analiz edirik. Buna görə fiziki məşqçi çox önəmlidir. Biz keçən il Eduardonu komandamıza dəvət eləmişdik. O, burada daha çox inkişaf etdi. Ona Türkiyə Super Liqasından təklif gəldi. Edu ona gələn təklifi dəyərləndirdi. Bildirdi ki, bəlkə gənc yaşımda belə bir şans olmayacaq. Biz də onu başa düşdük. Sağ olsun, o da bizə çox kömək edib. Hazırda isə İspaniyalı mütəxəssis Jerar Merino Elqarrista ilə müqavilə imzalamışıq. O da gəncdir, savadlıdır. İş təcrübəsi var. Əsasən, akademiya və üçüncü divizonda çalışıb. Əsas budur ki, bizim sistemə uyğun gəlsin və tez bir zamanda bizə kömək etsin. Düzdü, biz əsas komandada çalışan fiziki məşqçiləri dəvət edə bilmərik. Maddi cəhətdən bu mümkün deyil. Amma biz axtardığımız gənc, perspektivli, işinin peşəkarı olan gələcəkdə bizimlə uzun muddət çalışan, həm də xaraktercə də bizə uyğun olmalıdır. Razıyıq hələ ki.

- “Sumqayıt” əsasən yerli futbolçulara və əslən azərbaycanlılara üstünlük verən klubdur. Hazırda transferlər barədə məlumatlar gedir. Onlar kimlərdir?

- Bəli, biz əsasən yerli futbolçulara və əslən azərbaycanlılara üstünlük veririk. Hər transfer pəncərəsi açılanda bizə çoxlu oyunçular təklif olunur, çoxu gəncdir. Biz də seçim edirik. Bəziləri elə olur ki, bəyənirik, gətirə bilmirik, klubları ilə müqavilələri var. Amma maksimum çalışırıq ki, nəsə tapıntılar edək. Məsələn, keçənilki transferləri götürsək Əmir Ağayev, Aleksey İsayev, Rəhim Sadıxov, Peyman Babayi bu gün Azərbaycanda tanınıb. Peyman Babayinin “Maşınsazi”də 4 oyunu var idisə, bu gün “Traxtor”da rəhbərlik onu istəyir. Bu da onun Azərbaycanda uğurlu çıxışı sayəsindədir. Yenə də axtarışdayıq. Bir-iki transfer də etmək istəyirik. Çünki oyunçuya ehtiyacımız var.

- Bir az futbolçularınız barədə məlumat verərdiniz. Onların potensialını necə qiymətləndirirsiniz?

- Onlara böyük ümidlər bəsləyirəm. Sumqayıt Akademiyasından çıxan futbolçularımız var. Məsələn Rüfəti, Səbuhini qeyd edə bilərəm. Bəlkə biz digər komandalara nəticədə uduza bilərik. Amma inanıram ki, “Sumqayıt” komandası əsl peşəkarları Azərbaycan futboluna bəxş edəcək. Qapıçılarımız Mehdi Cənnətov, Anar Bayramov perspektivlidirlər. Yeni gətirdiyimiz futbolçulardan Qazaxıstanlı Kərəm Sultanovu qeyd edə bilərəm. Düzdür, hələ tam istədiyimiz formada deyil. Amma inanıram ki, gələcəkdə Azərbaycan millisinə namizədlərdən ola bilər. Vüqar Müstafayev, Tellur Mütəllimova da ümidlərimiz çoxdur. Cəmaləddin Xocaniyazov zədəlidir, ümid edirəm ki, Avropa Liqasında oynayacaq. Vurğun Hüseynov uzun illərdir “Sumqayıt”ın kapitanıdır. Yeni gələn iranlı hucumçumuzdan da çox şey gözləyirik. Yenə də vaxt lazımdır. Heyətimizdə həm gənclər, həm də təcrübəlilər var. Futbolçularımıza ümid çoxdur, çox şey gözləyirik. Amma bir az səbirli olmaq vacibdir. Futbol elə bir oyundur ki, tez bir zamanda nəsə etmək olmur. Son iki ili götürsək “Sumqayıt” nailiyyətlərini artırır. Məsələn, inişil kubok finalına çıxdı, bu bizim üçün bir başlancığ idi. Futbolçularda inam yarandı ki, biz də oynaya bilərik. Keçən il yenə yarımfinalda idik, 4-cü pillədə bitirdik. Bilirəm ki, şəhər, azarkeşlər gözləyir, məğlub olanda üzülürlər. Amma səbirli olmaları və bizə inanmaqları vacibdir. Biz böyük bir yolun başlanğıcındayıq. Qat-qat büdcələri bizdən artıq olan elə klublar olub ki, bu gün fəaliyyət göstərmirlər. Böyük sərmayələr qoydular, amma bünövrəsi olmadığına görə o komandalar inkişaf edə bilmədi. Amma mən inanıram ki, bizim büdcəmizə, maliyyəmizə uyğun tutduğumuz yol düzdür. Gələcəkdə əgər başqa məqsədlər qoyularsa, biz də başqa yöndə işlərimizi davam etdirərik.

- Qalib gəlmək üçün futbolçu nəyə sahib olmalıdır? Hansı şəxsi keyfiyyətləri olmalıdır?

- Qalib gəlmək üçün hər şeydən əvvəl futbolçu xarakter göstərməli, meydana qələbə naminə çıxmalıdır. Hərə öz mövqeyində məğlub olmasa o nəticəyə təsir edəcək və ya qarşısına məqsəd qoysa ki, mən rəqibə qalib gəlməliyəm, keçməliyəm, zərbə vurmalıyam, onda bu nəticəyə təsir edəcək. Futbolçuda qalib gəlmək xarakteri formalaşmalıdır. Digər məqam isə futbolçuların meydanda savadlı oynamasıdır. Futbol bir şahmat oyununa bənzəyir. Çünki taktiki gedişlər çoxdur. Rəqiblər bizi analiz edir, biz rəqibləri analiz edirik. Biz də futbolçuları qalibiyyət ruhunda hazırlaşdırmağa çalışırıq. Meydançada mübarizə aparmasan qalib gələ bilməzsən. Çempionlar Liqasında, kubok finalında görürsən ki, böyük klublar əziyyət çəkir. Amma komandalar əzmkarlıq göstərirlərsə qalib gəlirlər. Fərdi keyfiyyətə malik futbolçu ilə tək oyunun taleyini həll etmək halı çox azdır. Dünyada bir Messi var, bir Ronaldo var. Bu gün kollektiv oyuna üstünlük veririk. Çalışırıq ki gənclərimizin futbol savadı olsun. Meydançada nə etdiklərini bilsinlər.

- Sizin azarkeşlik etdiyiniz FK varmı?

- Uşaqlıqdan “Real Madrid”ə azarkeşlik etmişəm. Həmişə “Barselona”-“Real Madrid” derbisini səbirsizliklə gözləmişəm. İspaniya futboluna marağım daha çox olub. Amma indiki müasir futbolda Almaniyada, İngiltərədə bəzi komandalar var ki, sırf onlara azarkeşlik edirəm. Oyunları, məşqçinin işi xoşuma gəlir. Harada maraqlı oyun görəndə özümüzün inkişaf etməyi üçün araşdırmağa çalışıram.

- Bəs futbolçu?

- Ronaldo.

- Siz müxtəlif FK-da oynamısız.”Zirə”nin baş məşqçisi olmusuz. Hansı FK-nu Azərbaycanın ən güclüsü hesab edirsiniz?

- Zamanlarla güclü klublarımız çox olub. Hazırda son nəticələrə görə “Qarabağ” güclüdür. Qarabağ tarixində 7 dəfə Azərbaycan Premyer Liqasının çempionu olub. Qarabağ Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubudur. “Qarabağ” həqiqətən Azərbaycan klubları üçün örnəkdir. Mən özüm orda futbolçu kimi çıxış etmişəm. Sonra Akademiyada çalışmışam. Bu klubun necə inkişaf etdiyini görmüşəm. Orada düzgün iş prinsipi, səbirli, təmkinli idarəetmə, düzgün transferlər nəticədə özünü göstərir. Klub bünövrəsini çox yaxşı qurduğuna görə qələbələr qazanır. Azərbaycanın köklü klublarından “Neftçi”ni qeyd edə bilərəm. “Neftçi” flaqmanımızdır. Düzdür, son zamanlar çempionluq yarışında uduzur. Amma, onlar da Azərbaycanın güclü klublarından biridir. Digər klublarımız da var. Amma inanıram ki, “Sumqayıt” onların hamısından güclü olar.

- Müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı:
Bəsdi Məmmədova

Xəbər 878 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
21.10.2022 Fərid Qayıbov: Suqovuşanda növbəti idman bayramı keçirilir
07.09.2022 İşlərimiz uğurlu olubsa, bu, bizim komanda şəklində, bərabər çalışmağımız nəticəsində mümkün olub - Fərid Qayıbov (MÜSAHİBƏ)
07.01.2021 Azərbaycan əsilli amerikalı xokkeyçi: “MHL-də oynamaq mənim arzumdur” - MÜSAHİBƏ
16.04.2020 "Əminəm ki, superblits turnirində şahmatçılarımız öz potensiallarından maksimum istifadə edəcəklər"
03.04.2020 "Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
02.04.2020 Sambo üzrə yığma komandanın baş məşqçisi: İdmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur
31.03.2020 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
29.03.2020 Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
05.10.2018 Cari ilin doqquz ayı ərzində “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM yetirmələri 262 medal qazanıblar
27.10.2017 Ağacan Abiyev: “Pis oxusam məni boksa qoymayacaqdılar”


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru