Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Olimpiya Oyunları – Uğur hekayələri” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 22.08.2020 | Saat: 12:59:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirilən “Olimpiya Oyunları – Uğur hekayələri” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Komitənin Azərbaycan idmanının, milli atletlərin təbliği və populyarlaşdırılması sahəsində çoxşaxəli fəaliyyəti haqqında danışıb. O, Olimpiya hərəkatının uğurlarının daha geniş auditoriyaya çatdırılması üçün müxtəlif istiqamətlərdə tədbirlərin, o cümlədən yazı, rəsm müsabiqələrinin keçirildiyini, Olimpiya çempionlarına həsr olunan sənədli filmlərin çəkildiyini qeyd edib. Belə tədbirlərin arasında yazı müsabiqələrinə MOK-un xüsusi önəm verdiyini qeyd edən Çingiz Hüseynzadə bunu jurnalistlərin Olimpiya hərəkatı və milli olimpiyaçıların qələbəyə gedən yolu araşdırmasına, təhlil etməsinə və Azərbaycan atletinin portretinin vətəndaşlara olduğu kimi çatdırılmasına xidmət etməsi ilə əlaqələndirib. MOK-un vitse-prezidenti bildirib: “Qalib yazıların hər üç qəhrəmanı sözün əsl mənasında qəhrəmandırlar. Dost yolda tanınar. Mən bu idmançılarla yol yoldaşı olmuşam, yarışlardan əvvəl həyəcanlarının, qalibiyyətlərinin, məğlubiyyətlərinin şahidi olmuşam. Onların vətənə, idmana olan sevgisi, yaşadıqları, həyat yolları maraqlıdır”.

MOK-un yazı müsabiqələrinə xüsusi dəyər verməsini şərtləndirən səbəblərdən biri də illər keçdikcə oxucu auditoriyası dəyişdiyi halda idmançının karyerasının davam etməsi və onların əvvəlki ilə yanaşı yeni qalibiyyətlərinin də yeni oxucu auditoriyasına çatdırılmasına imkan verməsi olduğunu deyən Ç.Hüseynzadə vurğulayıb: “Milli atletlərimiz hər dəfə yarışa çıxanda ilk olaraq, Azərbaycan bayrağını yüksəltmək, dövlət himnini səsləndirmək, daha sonra isə öz qalibiyyətləri haqda düşünürlər”.

Azərbaycan olimpiyaçılarının fədakarlığının tərənnüm etdirilməsi istiqamətində Olimpiya çempionları haqqında MOK-un təşəbbüsü ilə çəkilən sənədli filmlərin də böyük rolu olduğunu qeyd edən Çingiz Hüseynzadə hazırda inşası davam edən Milli Olimpiya Muzeyinin istifadəyə verilməsindən sonra orada Olimpiya qaliblərinin guşələrinin yaradılacağını, nümayiş olunan eksponat, material və fotoşəkillərin gələcəkdə jurnalistlərə rahatlıqla geniş məlumat almalarına imkan verəcəyini bildirib.

Yazı müsabiqəsinin qalibləri çıxış edərək Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə keçirilən yazı müsabiqəsinin, onlara araşdırma yazı hazırlamaq arzusunda olduqları idmançıları yaxından tanımaq imkanı verdiyini qeyd ediblər. Bu səpgili müsabiqələrin jurnalistin peşəkar kimi inkişafında xüsusi rolunu qeyd edən jurnalistlər, eyni zamanda, qlobal koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar elan edilmiş karantin rejimi şəraitində qələm sahiblərinə əlavə dəstək və stimul olduğunu bildiriblər.

İki qat Paralimpiya çempionu İlham Zəkiyev onun haqqında mətbuatda yazıların çox olmasına baxmayaraq, müsabiqəyə təqdim olunmuş məqalənin xüsusi yeri olduğunu, boksçular, Olimpiya oyunları mükafatçıları Fuad Aslanov və Şahin İmranov onlar haqqında məqalələrin yazı müsabiqəsinin qalibləri arasında olmasından sevinc duyduqlarını qeyd ediblər.

Tədbirin sonunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyəti Sənan Abdullayevin (Xəzərxəbər.az) boksçu Fuad Aslanova həsr olunmuş “Afina kəşfiyyatçısı” yazısını birinci yerə layiq görüb. Sahib Əsədbəylinin (Kaspi.az) cüdoçu İlham Zəkiyevlə bağlı “Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman” və Səbuhi Musayevin (Oxu.az) Şahin İmranova həsr olunmuş “Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi” yazıları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Jurnalistlərə, müvafiq olaraq, 500, 300 və 200 manat məbləğində pul mükafatları, eləcə də diplomlar təqdim olunub.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə milli olimpiyaçıların mübariz və cəsarətli addımları ilə qalibiyyətə gedən həyat yolu haqqında yazdıqları yazılara görə müsabiqədə iştirak edən bütün jurnalistlərə təşəkkürünü bildirib, onlara çətin və məsuliyyətlə işlərində uğurlar arzulayıb.

AZƏRTAC
Xəbər 799 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru