Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ruhun şad olsun, qrossmeyster
Tarix: 20.07.2020 | Saat: 08:03:00 | E-mail | Çapa göndər
Bu gün, iyulun 20-si Beynəlxalq Şahmat Günüdür. Bu gün planetin hər yerində qədim və müdrik oyunun milyonlarla pərəstişkarının bayramıdır. Onların sevimli idman növünün zəngin tarixinə növbəti səhifə yazılır. Belə bir əlamətdar gündə uzun illər ərzində dünya şahmatının inkişafına öz layiqli töhfələrini vermiş Azərbaycan şahmat məktəbinin yetirmələrini — qrossmeysterlərdən və beynəlxalq ustalardan tutmuş bu oyunla yenicə məşğul olmağa başlayan yeniyetmələrədək bütün şahmat ictimaiyyətimizi təbrik edib, ən xoş arzularımızı çatdırırıq.

Təəssüf ki, XXI əsrin ilk onilliyində planetin ən mahir qrossmeysterlərindən biri olmuş Vüqar Həşimov bugünkü bayramın iştirakçıları sırasında deyil. Onun unudulmaz xatirəsinə şahmat ictimaiyyətimizin dərin hörmət və ehtiramı olaraq 2014-cü il fevralın 22-də — vəfatının 40-cı günü “Xalq qəzeti”ndə dərc etdirdiyim məqaləni bu gün kiçik ixtisarla azsport.az saytının izləyicilərinin diqqətinə çatdırıram.

Artıq 40 gündür ki, əbədiyyətə qovuşmuş Vüqar Həşimov bu gözəl həyatı çox tez, amma dünyanın ən parlaq zəka sahiblərindən, ən hörmətli şahmatçılarından biri kimi tərk etdi.

Onun ən mahir qrossmeysterlərlə gərgin görüşlərdəki kimi, ağır xəstəliklə mübarizədən də qalib ayrılacağına, yenidən mötəbər yarışlarda müxtəlif şahmat saytlarının köməyi ilə çıxışlarını böyük maraq və xoş bir həyəcanla izləyəcəyimizə ümid etdiyimiz bir vaxtda gözlənilmədən aldığımız xəbər hər şeyi alt-üst etdi: Vüqar Həşimov 2014-cü il yanvarın 11-də uzun müddət idi ki, müalicə olunduğu Almaniya klinikalarından birində vəfat etmişdir. Cəmi 27 yaşında...

Gözlənilməz və dəqiq gedişləri ilə şahmat taxtası arxasında rəqiblərini dəfələrlə çıxılmaz vəziyyətə salıb mat qoyan Vüqarın taleyin amansız zərbəsinə məruz qalması təkcə vətəni Azərbaycanda deyil, bütün beynəlxalq şahmat dairələrində dərin kədərə səbəb oldu. O, Bakı ilə yanaşı Moskva və Pekində, Paris və Novi Sadda, İstanbul və Antalyada, Roma və Drezdendə, Sofiya, Praqa və daha neçə-neçə şəhərdə özünə minlərlə pərəstişkar qazanmışdı. Rusiyalı qrossmeysterlər Sergey Karyakin və Aleksandr Qrişuk, Veselin Topalov ( Bolqarıstan) və Vasili İvançuk (Ukrayna), Hikaru Nakamura (ABŞ) və bir çox başqaları, əminəm ki, istənilən anda Vüqar haqqında, onun oyunu və insani keyfiyyətləri barədə istədiyin qədər xoş sözlər söyləyə bilərlər.

Yuxarıda Novi Sadı xatırladıq. 2009-cu ilin payızında Serbiyanın bu şəhərində keçirilmiş Avropa çempionatı şahmat pərəstişkarlarının yaxşı yadında olar. Azərbaycan milli komandası tarixində ilk dəfə qitə çempionu adını məhz Novi Sadda qazanmışdır. Çempionatın sonuncu, doqquzuncu turunda şahmatçılarımız qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandası ilə matçda qalib gəlməli idilər. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov öz görüşlərini heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova dikilmişdi. Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz matçda 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi.

Bacardı da! Rəqib nə qədər inadlı müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın növbəti dəqiq gedişindən sonra çıxılmaz vəziyyətə düşən Stelvagen uduzduğunu etiraf etdi. Azərbaycan komandası neçə-neçə ölkəni, o cümlədən Rusiya, Ukrayna, Almaniya, Fransa, Ermənistan, Polşa və Macarıstanı geridə qoyub respublikamızda bu növün bütün inkişaf tarixi ərzində ilk dəfə Avropa çempionu oldu. Böyük qələbədə baş rolu isə Vüqar oynadı.

Düzdür, 2013-cü ilin noyabrında Azərbaycan millisi Varşavada da Avropa çempionatının qızıl komandası adını qazandı. Ancaq bu dəfə Həşimovsuz. Novi Sad —2009-dakından fərqli olaraq, Polşa paytaxtında heyətdə məcburi dəyişiklik edilmiş, onun yerini Eltac Səfərli tutmuşdu. Amma yığmamızın bu böyük nailiyyətində Həşimovun da xidməti az olmamışdır. Bir vaxtlar komanda yoldaşları ilə birgə keçirdiyi təlim-məşq toplanışları və görüşlər öz sözünü demişdi. Təsadüfi deyil ki, çempionat başa çatan kimi qalib həmvətənlərimiz Şəhriyar, Teymur, Eltac, Rauf və Qədir qələbəni Vüqar Həşimovun xatirəsinə həsr etdiklərini bildirdilər.

Bu da çox maraqlı məqamdır ki, Vüqar şahmatda ən böyük nailiyyətlərindən birini, bəlkə də, birincisini on il əvvəl, dəqiq desək, 2008-ci ilin baharında doğma Bakıda qazanmışdı. Onda FİDE-nin “Qran-Pri” turnirinin qalibi məhz Həşimov oldu. Çinli Van Yue və norveçli dünya çempionu Maqnus Karlsen Vüqarla eyni miqdarda — 8 xal toplasalar da şahmatçımız əlavə göstəricilərə görə onları üstələdi və qrossmeysterlərin Bakı sammiti azərbaycanlı zəka sahibinin böyük zəfəri ilə əlamətdar oldu.

Bu bir çoxları üçün gözlənilməz uğur idi. Çox təəssüf ki, Vüqar Həşimov istedadının yenicə parlamağa, “Qran-Pri”lərdə, digər beynəlxalq turnirlərdə, Avropa çempionatlarında medallar qazanmağa başladığı bir vaxtda bütün şahmat dünyası — rəqiblər, qədim və müdrik oyunun milyonlarla pərəstişkarı, ağ-qara rəngli şahlar, vəzirlər, toplar... piyadalar onsuz qaldılar. Şahmat dünyası üçün böyük itkidir.

Vüqar Həşimov hələ yeniyetmə yaşlarında mütəxəssislərin diqqətini cəlb etməyə başlamışdı. İkiqat SSRİ çempionu rusiyalı Vitali Seşkovski müsahibələrindən birində onun haqqında demişdi: “Əsl vulkandır. Gözləri alışıb-yanır. Məşq zamanı taxta üzərində hər hansı mövqe qurularkən dərhal müxtəlif variantlar yağdırır”.

Heç vaxt çöhrəsindən təbəssüm əskik olmayan Vüqar Həşimov yaddaşlarda əbədi tərk etdiyi şahmat aləminin sevimlisi kimi yaşayır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

20.07.2020
Xəbər 699 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.08.2020 "İdman" onlarsız "İdman" ola bilməzdi
31.07.2020 İdmana məhəbbətlə
15.07.2020 Azərbaycan-Kuba idman əlaqələri
11.07.2020 Azərbaycan həndbolunun əfsanələri
07.07.2020 Olimpiya rinqinin ilk azərbaycanlı hakimi
04.07.2020 Onlarsız “İdman” geniş oxucu rəğbəti qazana bilməzdi
30.06.2020 “Olimpiya dünyası”nın xeyir-duası ilə
25.06.2020 Mirpaşa Miriyev - 100
21.06.2020 46 il əvvəl bu gün
15.06.2020 Çilingərlikdən idman jurnalistikasına


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru