Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir -
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İdman Akademiyasında yaz imtahan sessiyasına start verilib
Tarix: 08.06.2020 | Saat: 18:00:00 | E-mail | Çapa göndər
Ölkə ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədris prosesi tam olaraq onlayn formaya keçirilib.

ADBTİA-dan "İdman" qəzetinə verilən məlumata görə, İdman Akademiyasında Azərbaycan, rus və ingilis dillərində bakalavriat və magistr səviyyəsinin əyani və qiyabi təhsilalma formaları üzrə tələbələrin yaz semestri, hazırlıq kurslarında dərslər və magistr dissertasiyalarının ilkin müdafiəsi onlayn formada təşkil olunub.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, magistr təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan proqramlarda: “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” (həkimlər üçün) ixtisaslaşmaları üzrə ilkin müdafiə müvafiq olaraq Almaniyanın Tübinqen (Tubiengen Univercity) və Böyük Britaniyanın UCL (University College London) Univeristetlərinin aparıcı ekspertlərinin iştirakı ilə onlayn formada keçirilib. Əlavə olaraq bildirmək istərdik ki, Şeffild Hallam (Sheffield Hallam) Univeristeti ilə əməkdaşlıq çərçivəsində tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr ixtisaslaşması proqramı üzrə təhsil müddəti 1 il 6 aylıq olduğu üçün, müdafiə xüsusi karantin rejimindən əvvəl 2020-ci ilin yanvar ayında keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci il 18 may tarixli qərarına müvafiq olaraq növbəti mərhələ imtahan sessiyasının insanların həyatını riskə atmayaraq obyektiv və şəffaf formada təşkili və keçirilməsi idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında, xüsusi ilə qeyd edib ki, pandemiyanın geniş yayılması şəraitində dövlətin prioritet vəzifəsi insanların sağlamlığının qorunmasıdır.

Bununla bağlı 21 may 2020-ci il tarixində İdman Akademiyasının Elmi Şurasının videokonfrans formatında növbəti iclası keçirilib. Gündəlikdə duran əsas məsələ 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyasının təşkili və keçirilməsi, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi olub.

Aparılmış geniş müzakirələr əsasında, pandemiya dövrü üçün yaz və yay imtahan sessiyalarında tələbələrin biliklərinin qiymətləndirilməsində yeni meyarların tətbiqi ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, qiymətləndirmə meyarları kimi, tələbələrin onlayn dərslərdə fəal iştirakı, idmançı tələbələrin yerli və beynəlxalq yarışlarda göstərdiyi nailiyyətlər nəzərə alınmaqla, 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri əsas götürülərək və yaz imtahan sessiyasına start verilib.

Akademiyanın Elmi Şurasının qərarı ilə müəyyənləşdirilmiş və Təhsil Nazirliyi ilə razılaşdırılmış qiymətləndirmə meyarları əsasında çıxarılan qiymətlərlə razılaşmayan tələbələrə ödənişsiz əsaslarla imtahan verməsi üçün şərait yaradılacaqdır. Bunun üçün onlar ən geci 5 iyul tarixinədək Apelyasiya Komissiyasına onlayn formada müraciət edə bilərlər.
Xəbər 482 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru