Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Necə UFC çempionu olmaq olar
Tarix: 25.05.2020 | Saat: 07:30:00 | E-mail | Çapa göndər
UFC (Mütləq Döyüş Çempionatı) 1993-cü ildə yaranıb. Hazırda qarışıq tərzdə döyüşlərin (MMA) dünyada bir nömrəli təşkilatı olan UFC-nin məhz o vaxt ilk turniri keçirilib. O vaxtdan bu idman növü qaydasız döyüşdən qaydalarla tənzim olunan döyüşə keçib. İndi yeniyetmələr Həbib Nurməhəmmədov, Konor Makqreqor və digər məşhur döyüşçülərin açdığı yolla getmək istəyirlər.

Bir qayda olaraq MMA döyüşçüsü döyüş sənətinin hər hansı bir növündən gəlir. Ən populyar döyüş növləri güləş, döyüş sambosu, ciu-citsu, cüdodur. Ümumilikdə, UFC-nin mövcud olduğu vaxtdan indiyədək 80-dən çox insan təşkilatın çempionu olub. Bununla belə, araşdırmalara görə, onların 40 faizindən çoxu baza döyüşçüləri olub. Əsasən də, hesab edilir ki, güləşçilər MMA-ya daha tez adaptasiya olunurlar. Məsələn, UFC-nin keçmiş çempionları Daniel Cormier, Keyn Velaskes və sərbəst güləş üzrə Olimpiya çempionu Henri Sehudonu xatırlamaq olar. Təşkilatın əsas simalarından biri isə 2000-ci ildə Sidney Olimpiadasının mükafatçısı Yoel Romerodur. Həmçinin, qadınlar arasında UFC çempionu Ronda Rouzi cüdo üzrə Olimpiya oyunlarında bürünc medal qazanıb.

Yuxarıda göstərilən döyüş sənət növlərinin MMA üçün bir növ donor rolu oynamasına baxmayaraq, son illərdə yeni bir tendensiya yaranıb. Qarışıq döyüş sənətinin həvəskar növünün inkişafı sayəsində bir çox idmançı peşəkar idmana girməzdən əvvəl bu məktəbdən keçir.

Beynəlxalq Qarışıq Döyüş Sənəti Federasiyası (IMAF) hər il həvəskar dünya çempionatlarını keçirir. Eyni zamanda, IMAF UFC-nin tərəfdaşıdır və qurumun prezidenti Dana Uayt vaxtaşırı dünya çempionatlarına qatılaraq yarışları izləyir.

Şübhəsiz, istisnalar da var. Məşhur MMA döyüşçüsü K.Makqreqor əvvəllər digər döyüş növlərinin heç biri ilə məşğul olmayıb.

Araşdırmalar göstərir ki, UFC-yə girmək o qədər də asan deyil və döyüşçü özünü hər hansı bir təşkilatda sübut etməli, tanıtmalıdır. Məsələn, 2005-ci ildə o qədər də tanınmayan, lakin potensialı olan döyüşçülərin qatıldıqları “The Ultimate Fighter” (TUF) realiti şousu fəaliyyətə başlamışdır.

Şounun mövcudluğu dövründə orada yüzlərlə döyüşçü iştirak edərək tanınmağa cəhd edir. Belə ki, hər il, namizədlər mövcud tanınan ulduzun rəhbərliyi altında təcrübə keçmək, şounun qalibi olmaq və təşkilata qoşulmaq hüququ qazanmaq üçün mübarizə aparıblar. Hətta TUF qaliblərindən biri məşhur UFC döyüşçüsü Neyt Diasdır.

Ancaq UFC prezidenti Dana Uayta görə, bir TUF təşkilatı kifayət qədər döyüşçünün yetişməsi üçün azlıq təşkil edirdi. Yeni istedadlar tapmaq lazım idi. Buna görə də 2017-ci ildə yeni bir layihə - “Dana White`s Contender Series” fəaliyyətə başlayib. Layihə çərçivəsində ildə bir dəfə bir neçə həftə ərzində döyüşlər keçirilir və nəticədə D.Uayt UFC üçün yeni döyüşçüləri seçir. Ümumiyyətlə, artıq dünyada döyüşçüləri yetişdirə biləcək çoxlu təşkilatlar yaranıb.

Azərbaycanda da qarışıq döyüş sənəti üzrə klublar fəaliyyət göstərir. Dünya MMA Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi olan "Azerbaijan Fight Club"u, Ümumrusiya Azərbaycan Konqresinin komandası olan "Marsey" klubu, “Qəbələ” idman klubu və s. klublar MMA döyüşçüləri üçün yarışlar təşkil edir. Həmçinin MMA döyüşçüləri üçün "Azerbaijan Fighting Championship" seriya yarışları da keçirilmişdir.
Mühüm amillərdən biri də budur ki, döyüşçü ölkəsini uğurla təmsil edə bilsin. Bu istiqamətdə ən parlaq nümunə hər kəsin İrlandiyaya diqqətin yonəltdirən K.Makqreqordur. Belə döyüşçü UFC üçün də dəyərli bir aktivdir.

Uğurlu UFC döyüşçüsü media keyfiyyətlərini və idman komponentlərini özündə birləşdirir. Tipik olaraq uğurla çıxış edən və mediadan istifadə etməyən döyüşçülər tək-tükdür. Buna nümunə olaraq, Fyodor Yemelyanenko və Zabit Məhəmmədşərifovu göstərmək olar.

Özünə marağı artırmaq üçün sosial şəbəkələrdə, o cümlədən ingilis dilində daim müzakirələrin aparılması vacibdir. Əlbəttə ki, rəqibləri və media şirkətləri ilə mübahisələri uğurla davam etdirən ilk rus döyüşçülərindən biri Həbib Nurməhəmmədovdur.
Media şousundan istifadə etmək döyüşçüyə diqqəti cəlb etməyin ən təsirli yoludur. Lakin bütün döyüşçülər bundan inamla və uğurla istifadə edə bilmirlər. Çoxları "mənim rəqibim xəyanətkardır" kimi tipik ifadələrdən istifadə edir ki, bu kimi ifadələr nəinki azarkeşləri cəlb etmir, əksinə, bəzən onları uzaqlaşdırır.

Birbaşa idman keyfiyyətlərinə gəlincə, bu vəziyyətdə nəinki səmərəlilik, həm də effektivlik vacibdir. Döyüşçünün nəinki qalib, həm də canlı döyüş göstərmək bacarığı azarkeşlər və UFC rəhbərliyi tərəfindən daha yüksək qiymətləndirilir. Buna görə döyüşçü sıralamada irəliləmək fürsəti əldə edir.

Bir döyüşçünün mahiyyəti, onun media imkanları və digər üstünlükləri peşəkar idarəetmənin olmaması halında səmərə verə bilməz. Hal-hazırda menecerin əlaqələri və təşkilatın işlərinə qarışma səviyyəsi müəyyən bir idmançının tanınmasına ciddi təsir göstərir. Heç kimə sirr deyil ki, MMA dünyasında UFC-də döyüşçü üçün qeydiyyatdan keçməyə görə zəruri nüfuzu olan bir neçə aparıcı menecer var.

Onların içərisində ən nüfuzlulardan biri, H.Nurməhəmmədov, H.Sehudo, D.Cormier və digərlərinin meneceri olan Əli Abdel-Əzizdir. Daha bir menecer - Petr Yanın meneceri olan Daniel Rubinşteynin perspektivini də xüsusi qeyd etmək olar.
Bundan başqa, Con Cones, Xorxe Masvidal, Tayron Vudli, Yoel Romero, Aleksey Oleynik və başqaları kimi döyüşçülərin maraqlarını təmsil edən “First Round Management” adlı təşkilat var.

Təcrübəsiz MMA döyüşçülərinə verilən əsas tövsiyələrdən biri imzalanmış müqaviləni oxumaq tövsiyəsidir. Əlbəttə ki, UFC ilə razılaşma, bir qayda olaraq, standart bir formaya malikdir (ən azı təşkilatda karyeranın başlanğıcında). Bəzi döyüşçülərin ingilis dilini bilməməsi onlara problem yaşada bilər.

İdmançının və komandasının əsas sərmayəsi onun hazırlığıdır. Hələ UFC çempionu olmamış Həbib Nurməhəmmədov ABŞ-dakı təlim-məşqin ona 40 min dollara başa gəldiyini söyləyib. Bundan əlavə, o, təkcə şəxsi səfərini deyil, həm də komandasının bütün xərclərini ödəməlidir. Döyüşçü üçün digər vacib bir nüans onun döyüşlər arasındakı bərpa prosesi və eyni zamanda, zədə və digər müalicə üçün xərclənilən vəsaitdir.

Düzdür, istisnalar var və bunun üçün unikal olmaq lazımdır. Şübhəsiz, döyüşçü məşqçi, komanda, bərpa vasitələri və təlim-məşq toplanışı olmadan çox nadir hallarda çempion səviyyəsinə çata bilər.

Bəsti Sabirqızı





Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1199 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru