Azərbaycan qılıncoynadanları Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar.
Səbinə Kərimova, Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət yığmamız qadın sablyaçıların komanda yarışında 14-cü olub. Birinci görüşündə Honkonqa 45:32 hesabı ilə qalib gələn sablyaçılarımız, ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Fransa seçməsinə 42:45 hesabı ilə uduzub. Komandamız 13-16-cı yerlər uğrunda qarşılaşmada Rumıniyaya 45:40 hesabı ilə qalib gəlsə də, 9-cu yer uğrunda görüşdə Ukraynaya məğlub olub – 40:45.
Sablyaçılarımız 13-14-cü yerlər uğrunda görüşdə Almaniya komandasına 40:45 hesabı ilə uduzub. Beləliklə, yığmamız yekun sıralamada 24 komanda arasında 14-cü olub.
Qeyd edək ki, turnirdə 42 ölkədən 200 idmançı birincilik uğrunda mübarizə aparıb.
|