Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Hara, nə ilə, necə və niyə" sualları yenə gündəmdədir
Tarix: 19.11.2019 | Saat: 12:10:00 | E-mail | Çapa göndər
Vahid konsepsiya olmasa, eniş-yoxuş davam edəcək

Milli futbol komandamız ən uğursuz mövsümlərindən birini başa vurmaqdadır. Yığma Trnavada son matçına, heç olmasa, daha bir xalı hesabına yazmaq və daha bir fürsəti olan rəqibin qanını qaraltmaq üçün çıxacaq. Slovakiya üçün bu matç həlledici xarakter daşıdığından futbolçularımız cüzi təpər göstərsələr, prinsipial qarşılaşma gözləməyə dəyər. Bu görüşdə əldə oluna biləcək müsbət nəticənin isə futbolumuza verəcəyi bir şey olmayacaq. Sadəcə, statistika dəyişəcək.

Söz yox ki, sonuncu ev oyununda daha çox şey gözləyirdik. Fəqət komanda elə bir oyun göstərdi ki, pis də demək olmur, yaxşı da. Buna oyun da demək olar, deməmək də olar. Tənqidin isə artıq heç bir mənası yoxdur. Bir sözlə, komanda vakuuma düşüb. Kosmosdakı kimi skafandrda, yaxud da reanimasiya otağına süni hava borusuna qoşulmuş vəziyyətdədir. Vəziyyət isə sabit, ağır kimi qiymətlənidirilə bilər.

Belə matçların ən pis cəhəti ümumi səviyyə fərqi barədə ümidsizliyə qapıları taybatay açmasıdır: səviyyəmiz budur. Belə olanda sual doğur: bəs istək necə, yoxdur? Təpərdən isə danışmırıq.

Konkret cavab var: belə rəqiblərlə nəinki oynamaq və rəqabət aparmaq, onlara qalib gəlmək mümkündür. Belə hallarda ən vacib məqam komandanın qələbəyə köklənməsi və nəticə üçün hər futbolçunun bütün qüvvəsini ortaya qoymasıdır. Bunu nə fərdi qaydada (bir-iki istisna ilə), nə də kollektiv kimi müşahidə etdik. Bilirik ki, həvəs və istək olanda, Azərbaycan millisi meydanda istənilən nəticəyə nail ola bilir. Amma millinin bu mənada ən böyük problemi futbolumuzun ümumi bəlasıdır. Müəyyən səviyyəyə çatıb, özünə nisbi imic qazandıqdan və transfer qiymətini "tutuzdurduqdan" sonra heç bir futbolçu imic barədə düşünmür. Çünki onların istər klublarda, istərsə milli səviyyədə qazancları bunun üçün yetərli olur. Hər oyuna görə onlara verilən mükafatlar bunun təməlində dayanır. Nəticədə, klub futbolu yerində sayır, milli əziyyət çəkir. İl ərzində futbolçunun, xüsusən də perspektivli adı ilə gündəmdə olanların qazancı onların gələcəyə yolunu bağlayır. Milli səviyyədə hünər onların daha yüksək səviyyələrə yolunu bağlayır. Bu tənbəllik, iddianın olmamasının ümumi nəticəsi bəllidir - inkişafın qarşısını alır, düşüncəni darlaşdırır.

Bu məsələlərin həlli yolu konseptual yanaşmanı dəyişməkdir. Ciddi futbol təsərrüfatı qurmaq istəməyən yarıpeşəkar klublar, heç bir dəstəyi olmayan həvəskarlıq anlayışı, heç olmazsa, yerlərdə uşaq futbolunun inkişafına stimulun yaradılmaması, təhsilsizlik günün aktual problemləridir. Deməli, bütün yanaşma köklü dəyişməlidir.

Bu gün Avropa arenasına can atıb bir oyun və ən yaxşı halda, bir mərhələ ilə işini bitmiş sayan komandalara ən yaxşı cavab kütləvilikdən başlamalıdır. Yarıpeşəkar klub futbolu varsa, UEFA-nın lisenziyalaşdırma və s. tələblərinə ən yumşaq tərzlə yanaşıb, yeni klubların formalaşmasına şərait yaratmaq lazımdır. Yerlərdə uşaq futboluna stimul üçün hesabatlılıq, konseptuallıq olmalıdır. Bu məsələ institutlaşmalıdır. Əks-təqdirdə keçirilən uşaq yarışları, sadəcə, statistik göstərici olaraq qalacaq.

Əgər ümumi vəziyyət belədirsə, ölkəyə kənardan məşqçi gətirməyin də bir mənası yoxdur. Foqtsların, alberto torreslərin, prosineçkilərin adlarının təsiri də köklü olmur. Bir müddət üçün təbliğat maşını olur, sonra isə yenə vəziyyət dəyişmir. Sual yaranır: fayda yoxdursa, Yurçeviç və ondan da əvvəl əcnəbi məşqçilər bu ölkəyə niyə gətirilib? Qarşılarına mütləq və konkret vəzifələr müəyyən edilmirsə, belə də olacaq. Onların iş planı olmalı, ən pis halda, hesabat verməlidirlər. Diqqət etsəniz hamısı həvəslə gəlir, daha sonra isə aşkar desək, dövrünü, erasını başa vurub gedir.
Əlbəttə, baş məşqçinin Uelslə oyundan sonrakı açıqlamaları ilə razılaşmaq olar. Birinə xüsusi toxunaq. Təbii ki, bir neçə aparıcı futbbolçunun olmaması nəticəyə təsir edə və komanda uduza bilər. Bəs qalanları nə etməlidir? Meydanda bir həvəs, istək, əzm yoxdursa, deməli, nəticəyə bel bağlamaq olmaz. Məşqçinin aşkar səhvləri buradan başlanır - meydanda oynayan, çarpışan, vuruşan komanda yox idi.
Anlamaq olar: Qaret Beylin adı və özü başağrısı idi. Ancaq bu görüşdə məsələ Beyllə bitmədi. Ən qəribəsi odur ki, ümumilikdə Şeydayevin həvəs və istəyindən, əzmkarlığından başqa nəsə görünmür. Yeri gəlmişkən, bu heyətin də adının yüksəlməsi üçün çalışan yeganə maraqlı futbolçusu olur. Çünki əldə edəcəyi uğur onun ölkə xaricində uğurlarının təməlini qoya bilər. Ən azı, diqqətdə qalmasını təmin edə bilər. Bəs o biri futbolçulara bu lazım deyilmi?

Məşqçinin oyunla bağlı seçimlərini və qərarlarını xüsusi tənqid atəşinə tutmaq doğru olmaz. Bununla belə, məsələyə kompleks yanaşmasında səhvə yol verdiyi açıq-aşkar idi. Komanda standart və şablon düzülüşə köklənmişdi. Matçın gedişində hər hansısa planlaşdırılmış yenilik yox idi. Konkret standart vəziyyətlər üçün belə bir plan, tapşırıq, hazırlıq görünmədi. Təkcə künc zərbələrinin sayı iki-üç oyuna bəs edərdi. Amma heç birindən düz-əməlli istifadə olunmadı. Hərçənd rəqibi bir azasçıq təftiş etmiş, öyrənmiş olsaydılar, ortada fərqli qərarların məhsulunu görərdik. Amma tək bu deyil, bütün aspektlərdə rəqib heç öyrənilməmişdi. Konkret, oyuna planı çox mübahsələr doğura bilər. Yurçeviçin strateqliyi və yaxud komandanı kökləyə bilməsi bir daha şübhə doğurur.

Onunla müqavilənin müddəti bu seçmə dövrdən sonra, demək olar, başa çatır. Qalacaqsa və ya yola salınacaqsa, məncə, qərar indidən verilməlidir. Əslində, onun qalması, ya getməsi bu gün heç əsas məsələ də deyil. Vacib olan ONA və ONUN yanaşma tərzidir. Kimliyindən asılı olmayaraq, məşqçi hesabat verməyincə, qarşısında ciddi vəzifələr qoyulmayınca, vəziyyət düzəlməyəcək.

Amma heç bu da ən ümdə vəzifə deyil. Məsələ futbolumuza ümumi yanaşmadır. AFFA-nın büdcəsinin yarısı "milli" adına sərf olunur. Bu vəsait, sadəcə, komandanın yarışlara çıxmasına, hazırlığına və futbolçuların mükafatlarına sərf olunacaqsa, bu fikirdən artıq vaz keçmək zamanıdır. Onu minimallaşdırıb, konkret strateji və konseptual hədəflərə köklənmək lazımdır. Qurban Qurbanov təyin ediləndə belə bir şansa ümid yarandı. Lakin aşağıdan yuxarı qurulan məşqçilər korpusunun fəaliyyəti özünü yenə plansızlıq və kortəbiilik üzündən tam doğrultmadı.

AFFA-nın bu məsələlər barədə ciddi düşünməsinin zamanı ötür. İldən-ilə yaxşı nəticələrin uğur ilğımları ilə zaman ötüşməyəcək. Ciddi, ardıcıl və davamlı iş qurulmayınca, futboldan ciddi danışmaq mümkün olmayacaq.

Bu gün Slovakiyada əldə olunan ən yüksək nəticənin belə heç bir əhəmiyyəti yoxdur. Düşünmək üçün zaman da qalmayıb. Azərbaycan futbolu klub və milli komandalarının beynəlxalq arenadakı, üstəgəl, aşağı yaş qruplarındakı çıxışlar düşündürməlidir: futbolumuz hara aparılır, nə ilə aparılır, necə aparılır, niyə aparılır?

BATI YAR
Xəbər 521 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru