Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Çerlidinq üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
Tarix: 28.10.2019 | Saat: 15:48:00 | E-mail | Çapa göndər
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Texniki Universitetinin idman zalında Dövlət Gömrük Komitəsi (DGK) İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” klubunun çerlidinq üzrə açıq turniri keçirilib.

Yarışda 6 komandadan 300-dən artıq idmançı mübarizə aparıb.

Beynəlxalq Çerlidinq Federasiyasının qaydalarına uyğun keçirilən yarışın təşkilində məqsəd Azərbaycanda bu idman növünün təbliği və inkişaf etdirilməsi olub. Uşaqlar və yeniyetmələrin mübarizə apardıqları birincilikdə idmançılar çir pom fristayl, çir caz, çir şou, çir dans növlərində qüvvələrini sınayıblar.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev birinciliyin açılış mərasimində çıxış edərək DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin adından yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. O, ümummilli lider Heydər Əliyevin ölkə idmanının inkişafındakı xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, idmançılarımızın müxtəlif beynəlxalq tədbirlərdə yüksək nəticələr əldə etməsi ölkəmizdə idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir. “Gömrükçü” idman klubu tərəfindən il ərzində müxtəlif növlər üzrə əlamətdar və tarixi günlərə həsr olunmuş yarışlar təşkil edilir.

MOK-un vitse-prezidenti bu yarışın 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təşkil olunduğunu bildirib.

X.İsayev yarışın təşkilində əsas məqsədin ölkə idmanında kütləviliyə nail olmaqla yanaşı, Nəsimi irsinin gənc nəslə çatdırılması olduğunu vurğulayıb. O, yeni yaranan Azərbaycan Çerlidinq Federasiyasının qısa zaman ərzində böyük uğurlar qazandığını bildirərək, gələcək fəaliyyətində federasiyaya uğurlar arzulayıb.

Azərbaycan Çerlidinq Federasiyasının prezidenti Alla Vlasova belə yarışların təşkilinin gənclərin sağlamlığı, çerlidinq idmanının inkişafı baxımından böyük əhəmiyyət daşıdığını deyib. O, qısa zamanda bu idman növündə kütləviliyin təmin olunduğunu bildirərək, atletlərin gələcəkdə ölkəmizi Avropa və dünya çempionatlarında layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra yarış final qarşılaşmaları ilə davam etdirilib. Turnirdə komanda hesabında “Gömrükçü” birinci, “Sərhədçi” ikinci, “Abşeron” üçüncü pillədə qərarlaşıblar.

Yarışda ilk üç yeri tutan idmançılar “Gömrükçü” idman klubu tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
Xəbər 1138 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.10.2023 Dünya çempionatı: Azərbaycan minifutbol millisi qrup birincisi kimi 1/8 finala yüksəlib
21.05.2021 İdman turnirləri və kiçik yarışlar isveçli fanatlar üçün yenidən əlçatan olacaq
21.10.2019 Azərbaycan idmançılarının uşu üzrə dünya çempionatında rəqibləri müəyyənləşib
21.10.2019 Triatlonçumuz Avropa kuboku finalında qızıl medal qazanıb
03.06.2019 Azərbaycan triatlonçusu Avropa çempionatında dördüncü olub
20.01.2019 Savat və Şaolin döyüş növləri üzrə turnirə start verilib
13.01.2019 Alpaqutçular üçün respublika seminarı təşkil edilib
04.01.2019 Yelkənçi idmançılarımız İzmirdə təlim–məşq düşərgəsində iştirak ediblər
15.12.2018 Siyəzəndə dama üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
29.11.2018 İdmançımız mas-reslinq üzrə dünya çempionatında gümüş medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru