Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
08/05 | 17:43 Azərbaycan Premyer Liqasında XXXV turun oyun proqramı açıqlanıb
08/05 | 16:31 PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
08/05 | 14:38 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
08/05 | 13:17 Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
08/05 | 12:13 "Turan Tovuz"un legioneri üçün mövsüm başa çatıb
08/05 | 10:52 Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
08/05 | 10:21 Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Araz-Naxçıvan” Türkiyədən böyükhesablı qələbə ilə qayıdıb
Tarix: 01.10.2019 | Saat: 13:04:00 | E-mail | Çapa göndər
“Araz-Naxçıvan” Peşəkar Futbol Klubu Türkiyənin “Doğubəyazitspor” komandası ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə böyükhesablı qələbə qazanıb.

Struktur dəyişikliyindən sonra Naxçıvan Futbol Federasiyası muxtar respublikamızda bu idman növünün kütləvi hal alması üçün müəyyən addımlar atır. İlk olaraq uşaq futboluna böyük önəm verən federasiya böyüklər arasında futbol və futzal birinciliklərinin startına hazırlaşır. Böyük futbol ənənəsi olan Naxçıvanda istedadlı futbolçular seçilərək əsas komandaya – “Araz-Naxçıvan”a dəvət olunur. Baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında isə komanda hər gün muxtar respublika stadionunda məşqlərini davam etdirir. Seleksiya xarakterli məşqlərdən sonra artıq əsas komanda formalaşdırılıb, digər komandalarla yoldaşlıq görüşləri keçirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “Araz-Naxçıvan” futbol komandası Türkiyənin Doğubəyazit şəhərinə yollanıb. Komandamız burada ölkənin bölgəsəl liqasında mübarizə aparan “Doğubəyazit” komandası ilə yoldaşlıq görüşü keçirib.
Əslində bu görüş “Araz-Naxçıvan” üçün böyük əhəmiyyət kəsb edirdi. Birincisi, federasiyada struktur dəyişikliyindən sonra komanda ilk olaraq səfərdə meydana çıxacaqdı. Digər tərəfdən naxçıvanlı futbolçularla yeni formalaşan “Araz-Naxçıvan” ilk sınaqdan üzüağ çıxmaq istəyirdi.

Hakimin start fiti meydan sahiblərinin komandamızın qapısına ardıcıl hücumları ilə nəticələndi. İlk 15 dəqiqədə qapımıza doğru yönələn zərbələrdə dəri əlcək sahibimiz Mövlan Kərimov sayıqlığı itirmədi. “Araz-Naxçıvan”ın heyətindəki Turqay İbrahimov və Elnur Səmədovun zərbələri isə rəqib qapıda təhlükəli anlar yaşatdı. İlk hissədə hər iki komandanın fərqlənməyə imkanları olsa da, bundan istifadə edə bilmədilər.
İkinci hissə komandamız üçün uğurlu başladı. Künc zərbəsi zamanı hazırlanmış “ev tapşırığını” dəqiq yerinə yetirən “Araz-Naxçıvan” Ayxan Həsənovla tablodakı sıfırları dəyişməyə müvəffəq oldu. Rəqib qolun şokundan ayılmamış Vüsal Əliyev uzaqdan mükəmməl zərbə ilə hesab arasındakı fərqi ikiyə çatdırdı – 0:2. Qoldan sonra rəqibi öz cərimə meydançasında qəbul etməyə başlayan “qırmızı ağlar” daha bir əks-hücumda penalti zərbəsi qazandı. Elnur Səmədov yaranan bu fürsətdən maksimum istifadə edərək rəqibi 3-cü dəfə mərkəzə dəvət etdi. Az sonra Səmədov daha bir qolun vurulmasında mühüm rol oynadı. Qapıçını da geridə qoyan hücumçumuz Vüsal Əliyevə ideal ötürmə etdi. Əliyev isə öz növbəsində düblunu rəsmiləşdirməklə yanaşı, həm də oyunda son nöqtəni qoydu – 0:4.

Qələbədən sonra komandanın baş məşqçisi Əsgər Abdullayevin fikirlərini öyrəndik: “Uzun müddətdir komanda bir yerdə məşq edir. Lakin komandanın zəif cəhətləri məşqlərdən daha çox oyunlarda görünür. Buna görə də məhz rəqib kimi qonşu Türkiyənin komandasını seçdik. Çünki rəqibin sürətli və atletik futbol oynaması bizim üçün də yaxşı hal idi. Bu, üstün və zəif cəhətlərimizi daha tez sezə bilməyimizə şərait yaratdı. İlk hissədə oyuna daha çox diktə edən tərəf meydan sahibləri idi. Bunun da səbəbi meydanın ot yox, süni olmasıdır. Buna baxmayaraq, futbolçularım oyunun gedişatını qısa vaxtda ələ almağı və qələbə qazanmağı bacardılar. Deyərdim, bu, təkcə “Araz-Naxçıvan”ın yox, futbola Naxçıvanda qayğı ilə yanaşanların uğurudur”.

Həmçinin “Doğubəyazitspor” klubunun rəhbəri Rza Sorak da oyun barədə fikirlərini bölüşüb: “Bu, yoldaşlıq görüşündən başqa, iki dövlət arasında olan münasibətlərin nə dərəcədə yüksək olduğunu göstərən bir oyun oldu. Naxçıvan bizim üçün doğma bir məkandır. Sizləri burada görmək, sizinlə meydanda rəqib yox, qardaş olmaq bizlər üçün qürurvericidir. Oyundan öncə dediyim kimi, görüşdə futbol yox, dostluq qazandı. “Araz-Naxçıvan”ı bu qələbə münasibətilə təbrik edirik. Qarşıdakı aylarda bu ənənəni davam etdirib Naxçıvana səfər edəcəyik”.

AZƏRTAC


Xəbər 690 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.01.2022 Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib
31.01.2022 Binəqədi rayonunda qızlar arasında voleybol üzrə turnir keçirilib
31.01.2022 Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib
24.01.2022 “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş voleybol turniri keçirilib
11.11.2021 Kros qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub
20.10.2021 Binəqədidə VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
17.09.2021 Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
19.08.2021 A.A.Banişevskinin 75 illik yubileyinə həsr olunmuş turnirə yekun vurulub
29.07.2021 Respublika yarışının birinci zona mərhələsi keçirilib
24.06.2021 Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə mini futbol turniri keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru