Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Neftçi" sürət yığmaq istəyir, "Qəbələ"də gözlənilən süqut başlanır
Tarix: 18.06.2019 | Saat: 11:12:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Azərbaycanı Avropa kuboklarında təmsil edəcək futbol klubları yeni mövsümün hazırlıqlarına başlayıblar. Gözlənildiyi kimi, 4 "Avropa standartlı"dan "Qəbələ" üçün yarış ən mürəkkəb ssenarilərdən biri ilə keçəcək.

Mövsüm bitən kimi klub, əsasən, öz yetirmələrinə güvənəcəyini elan edib. Bununla yanaşı, bir neçə transfer də mümkündür, deyilib. Artıq komandada ənənəvi yay yarpaq tökümü başlanıb. Cavid Hüseynovla Elvin Camalov "Zirə"ni seçiblər. Rauf Əliyev, Stiven Cozef-Monroz və Voyislav Stankoviç "Neftçi"də qərarlaşıblar. Komandanı İlqar Qurbanov, Lalavele Atakora və Sabien Lilay da tərk edib. Bu şəraitdə Kamal Mirzəyevlə "Zirə"dən Sadiq Quliyevin transferinin gedənlərlə tərəzi ölçüsü müqayisə oluna bilməz.

Komanda ötən bazar günü, digər 3 Avropa təmsilçimizdən ən axırıncı olaraq, təlimlərə başlayıb. Qəbələdən sonra klub Bakıda məskunlaşacaq və hazırlıqların birinci mərhələsini "Zirə" ilə yoxlama qarşılaşmasında başa vuracaq. İyulun 4-də kubokun sahibi Türkiyəyə üz tutacaq və ayın 18-nə qədər tam hazırlığı başa vurmağa çalışacaq. 3 yoxlama matç planlaşdırılır. Biri iyulun 7-də Ukrayna "Mariupol"u ilə olacaq. Ayın 12-də və 17-dəki rəqiblər hələ bəlli deyil.
Avropa liqasında ölkəmizi təmsil edəcək və vaxtilə qrupda mübarizə aparmış bir klub strategiyasını, baxışını dəyişsə də, birinci diviziondan Oruc Balaşlı, İlqar Ələkbərov, Eyyub Əliyev və Murad Musayevi baxışa cəlb edib. Bu baxış məsələsi ölkəmizin ən böyük futbol xəstələyinə çevilib. Üstəlik, nə qədər maliyyə durumu yaxşı olmasa belə, Avropa liqasına gedən ərəfədə futbolçunu baxış üsulu ilə çeşidləmək qeyri-peşəkarlıq əlamətidir. Hər halda, ümid edək ki, komanda bu heyətlə əsl mübarizlər kimi yalnız mərhələ barədə düşünəcək.

Sabitqədəm görünən "Qarabağ"ı da, açığı, nə gözlədiyi bilinmir. Klub yenə futbolçu seçimində konkretlik göstərmir. Komandanı Yakub Jezniçak, İnnosent Emeqara, Reynaldu Silva və Con Delarjın tərk etdiyi məlumdur. Nicat Süleymanov isə icarə əsasında "Zirə"yə göndərilib. 10 gündür məşqlərə başlamış kollektiv dünən "Səbail"lə yoxlama matçdan sonra 3:1 (Dani Kintana, 12, Filip Ozobiç, Tural Bayramov//Fəhmin Muradbəyli) Türkiyəyə üz tutub. İyulun 2-dək komandanın qarşılaşacağı rəqiblər bəllidir: ayın 22-də "Ludoqorets" (Bolqarıstan), 25-də Krayova "Universitatya"sı (Rumıniya), 28-də "Ufa" (Rusiya) və Plzen "Viktoriya"sı (Çex Resp.). Ağdam klubunun transferləri sırasında daha iki futbolçunun adı hallanır. Lakin hələ konkretlk olmadığından transferləri süzgəcdən keçirmək də doğru olmaz. Lakin "Qarabağ"ın ötənilki səhvləri təkrarlamaması vacib şərtdir. Çünki yalnız bu yolla komandanın hazırlığını optimal həddə çatdırmaq və ən əsası, yeni simasını qurmaq olar.

Ötən mövsümün sonunda başı daşa dəymiş və özünü doğrultmaq üçün çalışmalı olan "Neftçi" ilə Avrodebütant "Səbail" hələlik daha çox fəallıq göstərirlər. Lakin bu fəallıq lokal xarakterli yeniləşmə üzərində qurulub. Bununla belə, "Neftçi" ölkə səviyyəsində daha ciddi futbolçuların transferi ilə məşğul olub. Geri dönmüş Dariu Frederiku ilə yanaşı, kluba "qəbələlilər" gəliblər: Rauf Əliyev, Voyislav Stankoviç və Stiven Cozef-Monroz. Bu futbolçuların "ağ-qaralar"ın oyun sxeminə uzlaşması mümkündür. Lakin klubda daha sanballı bir heyət quruculuğuna ehtiyac var. Hələlik, bu baş vermədiyindən hazırlıq dövrü ilə ölçüb-biçmək məcburiyyəti yaranıb. Heyəti Məhəmməd Mirzəbəyov, Qoran Paratski, Petru Raku, Canluka Sansone tərk ediblər. Ruslan Abışov isə "Sabah"ın şərəfini qoruyacaq. Bu arada "Neftçi" qapıçısı Səlahət Ağayevin gedişinin qarşısını ikiillik müqavilə ilə alıb. Yeri gəlmişkən, klub futbol akademiyasının 56 yaşlı ingiltərəli rəhbəri Mik Benetlə də müqaviləni bir il müddətinə uzadıb. Yaxşı cəhətlərdən biri kimi, "Neftçi" ölkə xaricində hazırlığını erkən başlayıb. İyunun 10-dan fiziki hazırlıq üzərində çalışan kollektiv təlim-məşqini plan üzrə Türkiyədə davam etdirəcək.

"Səbail" yeni mövsümə fərqli ovqatla daxil olmaq istəyir. Əlbəttə, bu fərqlilik ən əvvəl Avrokubok prizmasından qiymətləndirilməlidir. Ölkə çempionatına gəlincə, komanda "Qəbələ"nin zəifləyəcəyini ehtimal edərək, daha vüsətlə güclənməyə meyilli olmalı və "Neftçi" ilə "Qarabağ"a şərik olmaq üçün çalışmalıdır. Bir sözlə, daha sanballı heyət qurmaq əsas vəzifələrdən olmalıdır. Buna isə komandanın nə qədər nail ola biləcəyini transfer bazarı ilə ölçmək olar. Klubu karyerasını bitirmiş Fərhad Vəliyev, həmçinin Tome Kitanovski, İmanol İbireri, Enrike Perilyu, Tamazi Setsxladze və Ruslan Qurbanov tərk ediblər. Alınanlar sırasında Kamal Bayramov və Dilan Duventru (hər ikisi - "Zirə"), Ürfan Abbasov ("Qəbələ"), Turan Manafov ("Zaqatala") ilə yanaşı, Makedoniya "Rabotniçki"sindən gətirilmiş Daniel Bojinovskinin adı diqqət çəkir. Komandada Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Aleksandr Rıbkanın qalması yeni müqavilələrlə möhkəmləndirilib. Bu arada, futbol baxımından daha çox gələcək bizi maraqlandırdından klubun baş məşqçisinə kömək edəcək Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə sazişlərin artırılması ilə yanaşı, 42 yaşlı Yan Yaap Şmaalın klubun futbol akademiyasına yeni direktor təyin olunmasını qeyd etməliyik.

"Səbail" hazırlığına da digər klublardan fərqli yanaşıb. "Qarabağ"a uduzaraq (1:3) səfərə çıxmış klub Bolqarıstanın Bransko şəhərinə yollanıb və iyulun 2-dək burada qalaraq 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Bunlar Plovdiv "Lokomotiv"i (21 iyun), "Beroe" (25 iyun), Rumıniya "Akademika Klinçeni" (28 iyun) və "Makedoniya Qyorçe Petrov"dır (1 iyul).

Transferlərindən fərqli olaraq, klub rəqiblərini məhz Avrokubok prizmasından ilk tura hazırlıq baxımından optimal və hər tipə müvafiq seçə bilib. Bu isə ümidvericidir. Lakin komandanın qarşısında qoyulmuş əsas vəzifəni hələ tam müəyyən etmək mümkün deyil və buna görə də təxminlərdən danışmaq yersizdir. Amma bilinən odur ki, daha irəli nəzər salmaq üçün transferlərin daha ciddi və sanballı olmasına ehtiyac var.

Ümumən, hər Avrokubok təmsilçimizlə bağlı hər şey aşağı-yuxarı əvvəldən məlumdur. Bu dəfə də əsas ümid naməlumlaşmış "Qarabağ"adır. Amma bu o demək deyil ki, "Neftçi" də məsuliyyətdən kənardadır və əsas vəzifəsi qrupda yer almaq olmalıdır. "Səbail"in indiki halı ilə bir-iki mərhələ prinsipi ilə vuruşması mümkün ola bilər. Ancaq bu və ilk dəfə bu yarışa qoşulması ona klublarımızın ənənəvi təbiri ilə bir mərhələ ilə kifayətlənməyə əsas verməyəcək. "Qəbələ" də əsl olimpiya devizi - "əsas iştirakdır" yolunu tutmamalıdır. Tarixində ilk dəfə bu səviyyəyə nailiyyətlə gəlib çatmış klub öz təpərini fərqli yolla göstərmək üçün qığılcımdan od törətməyə çalışmalıdır. Bunun üçün keçənilkindən fərqli olaraq, komandanın bu dəfə bir azacıq inad göstərməsi böyük hay-küylə yeni "Qəbələ"nin təməlini qoya bilər. Axı, həm də yerində sayan futbolumuz üçün hər belə uğur cüzi ümid işığı olur.

BATI YAR

Xəbər 1359 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru