Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
20/05 | 19:50 Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub
20/05 | 17:46 Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib
20/05 | 14:45 Azərbaycan gimnastları Dünya Kubokunda 2 medal qazanıblar
20/05 | 13:14 Peşəkar Çövkən Liqasında I turun proqramı müəyyənləşib
20/05 | 12:22 Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
20/05 | 11:25 Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
20/05 | 11:00 Azərbaycan boksçuları Qazaxıstandakı turniri iki medalla başa vurublar
20/05 | 10:23 Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu olub
19/05 | 23:57 Azərbaycan fudokançıları Avropa çempionatında yüksək nəticələr qazanıblar
19/05 | 18:17 Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub
19/05 | 18:17 Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub
19/05 | 09:12 Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də çempionluq kəməri qazanıb
19/05 | 09:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 medal qazanıb
18/05 | 19:01 Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub
18/05 | 18:00 AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
18/05 | 16:59 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18/05 | 16:28 Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18/05 | 14:56 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
18/05 | 13:34 Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu olub
18/05 | 11:23 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
17/05 | 17:56 Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
17/05 | 13:49 Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub
Tarix: 25.04.2019 | Saat: 08:15:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi (EVENTOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb. Müqaviləni AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və EVENTOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Tərəfdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC-ın rəsmi saytında festival haqqında bütün məlumatların yerləşdiriləcəyi “Bakı-2019” adlı xüsusi bölmə yaradılacaq. Agentlik Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə işıqlandırmaq üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorları cəlb edəcək. Oyunlarla bağlı informasiyalar oxuculara 8 dildə, videoxəbərlər isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq.

EVENTOC-un korporativ direktoru Elçin Səfərovun sözlərinə görə, bu, yerli mətbuat qurumları ilə ilk tərəfdaşlıq müqaviləsidir və həm Azərbaycanda, həm də dünyada Avropa Gənclər Yay Olimpiya Festivalının təbliğində mühüm rol oynayacaq. Habelə festivalla bağlı xəbərlərin xarici KİV-lər vasitəsilə də yayılmasına şərait yaradacaq.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov agentliyin Azərbaycanda keçirilmiş bir çox idman tədbirlərinin, o cümlədən ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər beynəlxalq yarışların işıqlandırılmasında böyük təcrübəyə malik olduğunu vurğulayıb. Qeyd edib ki, AZƏRTAC əvvəlki tədbirlərdə qazanılmış təcrübəyə əsaslanaraq Avropa Gənclər Yay Olimpiya Festivalını da yüksək səviyyədə işıqlandırmaq üçün əlindən gələni edəcək.

İdarə Heyətinin sədri onu da bildirib ki, bu gün AZƏRTAC 150-dək xarici informasiya agentliyi ilə mütəmadi xəbər mübadiləsi aparır və 21 ölkədə müxbir məntəqəsi var. Bu, keçiriləcək festival haqqında informasiyaların geniş coğrafiyada yayılmasında və böyük auditoriyaya çatdırılmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 50 ölkədən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Xəbər 804 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.07.2019 XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib
27.07.2019 Azərbaycan gimnastları XV Avropa Gənclər Yay Olimpiya Festivalını 1 medalla başa vurublar
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışları başa çatıb
27.07.2019 Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarına yekun vurulub
27.07.2019 Cüdo üzrə Azərbaycan komandasının festivalda mübarizəsi başa çatıb
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir
27.07.2019 Oğlan və qız tennisçilərin fərdi yarışlarında bürünc və qızıl medallar uğrunda görüşlər keçirilir
27.07.2019 Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının sonuncu gününə start verilib
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışları başa çatıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru