Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
20/05 | 19:50 Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub
20/05 | 17:46 Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib
20/05 | 14:45 Azərbaycan gimnastları Dünya Kubokunda 2 medal qazanıblar
20/05 | 13:14 Peşəkar Çövkən Liqasında I turun proqramı müəyyənləşib
20/05 | 12:22 Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
20/05 | 11:25 Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
20/05 | 11:00 Azərbaycan boksçuları Qazaxıstandakı turniri iki medalla başa vurublar
20/05 | 10:23 Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu olub
19/05 | 23:57 Azərbaycan fudokançıları Avropa çempionatında yüksək nəticələr qazanıblar
19/05 | 18:17 Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub
19/05 | 18:17 Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub
19/05 | 09:12 Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də çempionluq kəməri qazanıb
19/05 | 09:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 medal qazanıb
18/05 | 19:01 Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub
18/05 | 18:00 AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
18/05 | 16:59 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18/05 | 16:28 Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18/05 | 14:56 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
18/05 | 13:34 Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu olub
18/05 | 11:23 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
17/05 | 17:56 Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
17/05 | 13:49 Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Natiq Əliyev Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilib
Tarix: 01.04.2019 | Saat: 07:09:00 | E-mail | Çapa göndər
Bakıda Avropa Universal Döyüş Federasiyasının Konqresi keçirilib.

Konqresdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Vasili Otkidaç, Asiya Universal Döyüş Federasiyasının prezidenti Zokirbekov Yaşnarbek, Azərbaycan Universal Döyüş Federasiyasının (AUDF) prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənov, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AUDF-in prezidenti A.Həsənov Konqresin Azərbaycanda təşkil olunmasını əlamətdar hal kimi dəyərləndirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan federasiya prezidenti respublikamızda universal döyüşün inkişafından və bu sahədə əldə olunan uğurlardan söz açıb.

Qeyd edib ki, Konqresin respublikamıza həvalə olunması Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının nəticəsidir.

Latviya, Litva, Estoniya, Rusiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Rumıniya və digər ölkələrdən olan İcraiyyə Komitəsi üzvlərinin iştirakı ilə keçirilən Konqresin seçki mərhələsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev yekdil səsverməyə əsasən Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilib. Qurumun vitse-prezidenti vəzifəsinə İvan Tanyev və Nevzat Varol təyin olunub. Aydın Abdullazadə isə federasiyanın baş katibi seçilib.

Avropa Universal Döyüş Federasiyasının yeni prezidenti N.Əliyev çıxış edərək ona göstərilən etimadı yüksək qiymətləndirib.

“Bu etimad, əlbəttə ki, dövlətimizə, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə göstərilən etimaddır. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizdə idman sahəsi daha sürətlə inkişaf edib. Hazırda Azərbaycan dünya idman ailəsinin ən layiqli üzvlərindən biridir. Respublikamız dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmançılarımız dünyanın ən mötəbər yarışlarında ən yüksək nailiyyətlər qazanırlar. Sevindirici haldır ki, son dövrlərdə Azərbaycan nümayəndələri bu və ya digər beynəlxalq qurumlarda layiqincə təmsil olunurlar. Bu günlərdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti və qurumun icraiyyə komitəsinin üzvü seçilmişdir. O cümlədən, həmyerlimiz Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsində çalışır. Bu uğurlar onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycana yüksək səviyyəli etimad göstərilir”, - N.Əliyev əlavə edib.

AUDF-in fəaliyyətindən və nailiyyətlərdən danışan N.Əliyev əsas məqsədin Beynəlxalq Hərbi İdman Şurasına daxil olmaq və Azərbaycanı orada layiqincə təmsil etmək olduğunu vurğulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti X.İsayev qonaqları salamlayıb və N.Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib. O, Azərbaycanda idmanın inkişafından danışıb və respublikamızda universal döyüşün təbliğinin əhəmiyyətini yüksək qiymətləndirib.

X.İsayev deyib: “Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idman sahəsində apardığı uğurlu siyasətin nəticəsidir ki, respublikamızda idman və Olimpiya hərəkatı inkişaf edir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada ən nüfuzlu idman ölkələrdən birinə çevrilib. Güc strukturlarında əsas idman növü kimi tətbiq olunan universal döyüşün təbliği və inkişafı yeniyetmə və gənclərin vətənpərvər ruhda böyümələri baxımından çox əhəmiyyətlidir. İnanıram ki, Natiq Əliyev Avropa Universal Döyüş Federasiyasının rəhbəri kimi, həm qitə, həm də Azərbaycan idmanının inkişafına öz töhfəsini verəcək”.

Konqresdə, həmçinin gündəlikdə olan bir sıra vacib məsələlər müzakirə olunub, universal döyüşün Avropada inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər 720 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru