Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bədən Tərbiyəsi və İdman günü bu dəfə Avropa idman şəhəri olan Gəncədə qeyd edildi
Tarix: 05.03.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər
Martın 5-də, Gəncə şəhərində Bədən Tərbiyəsi və İdman Günü və “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib.

Heydər Əliyev Park Kompleksində keçirilən mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edərək, əklil qoyublar. Nazir Azad Rəhimov və şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov idman veteranları və idmançılarla görüşərək onları bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Təntənəli açılış mərasiminə Heydər Əliyev Mərkəzinin önündən start verilib. Mərkəzdən amfiteatradək olan məsafədə qurulan pavilyonlarda fərqli idman növləri üzrə təmsil etdikləri idman federasiyaları və idman klublarının üzvləri nümunəvi çıxışlarını təqdim ediblər.

Nazir Azad Rəhimov Gəncə şəhərini yerli və beynəlxalq əhəmiyyətli yarışlarda təmsil edən gənclərlə və veteran idmançılarla görüşüb.

Təntənəli mərasim Dövlət himinin səslənməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tarixi əhəmiyyətli hadisə - “2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin açılışı münasibətilə gəncəliləri və idman ictimaiyyətini təbrik edib.

Bildirilib ki, Azərbaycanda böyük idman hərəkatı ayrı-ayrı bölgələrdə olduğu, kimi Gəncə şəhərində də uğurla həyata keçirilir. Gəncə idmançıları hər il müxtəlif beynəlxalq yarışlarda iştirak edərək ildən-ilə öz nailiyyətlərini yüksəldirlər.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nailiyyətlərindən danışan Niyazi Bayramov, idmanın ayrı-ayrı sahələrinə, yeniyetmə və peşəkar idmançılara yaradılan şəraiti, göstərilən diqqət və qayğını yüksək dəyərləndirib.

Qeyd edilib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə “ACES Europe” təşkilatı tərəfindən bu il üçün Avropanın İdman Şəhəri tituluna layiq görülüb.

Vurğulanıb ki, Gəncədə hazırda üç idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərin yetirmələri həm ölkə, həm Avropa, həm də dünyamiqyaslı yarışlarda yüksək nailiyyətlər qazanırlar. Şəhərdə peşəkar və həvəskar futbol klubları yaradılıb. Gəncədə ölkəmizin əksər bölgələrində olduğu kimi müasir olimpiya idman kompleksi fəaliyyət göstərir.

Sonda Niyazi Bayramov əminliklə ifadə edib ki, gəncəli idmançılar Azərbaycanda bu sahəyə, eləcə də onlara göstərilən dövlət dəstəyinə beynəlxalq yarışlarda bayrağımızı ucaltmaqla cavab verəcəklər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov beynəlxalq layihənin açılışı münasibətilə idman ictimaiyyətini və gəncəliləri təbrik edib.

Martın 5-nin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü olduğunu deyən Azad Rəhimov bildirib ki, bu tarix Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd olunur. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini göstərib.

Nazir Gəncənin 2019-cu ildə Avropanın İdman Şəhəri titulunu şərəflə daşıyacağını, Nizami yurdu idmançılarının isə hər il olduğu kimi bu il də yüksək nailiyyətlər qazanacağını deyib.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Gəncənin 2019-cu ildə Avropanın İdman Şəhəri tituluna layiq görülməsi bu şəhərin zəngin idman ənənələrinə malik olduğunun təsdiqidir. “1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda ilk olimpiya komplekslərindən biri məhz Gəncə şəhərində inşa olunub. Bu gün isə Gəncə şəhərində daha bir böyük olimpiya idman kompleksi tikilir. Bu idman sarayı da şəhərdə idmanın inkişafına xidmət edəcək”, – deyə Ç.Hüseynzadə qeyd edib.

Sonra Gənclər və İdman Nazirliyinin sifarişi əsasında, xüsusi olaraq layihənin açılış mərasimi üçün hazırlanmış, Gəncənin çoxəsrlik tarixini, müasir inkişafını və idman uğurlarını özündə əks etdirən “Karvan” filmi mərasim iştirakçılarına təqdim olunub.

Tədbir boyu şəhərdə gəzən karvan rəmzi olaraq Gəncənin idman tarixinə səyahət edib və amfiteatra toplaşmış tamaşaçılar bu səyahəti monitor vasitəsilə izləyiblər.

Açılış mərasimində Bakıdan dəvət olunmuş və yerli incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

Beləliklə, “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi öz inkişafının müasir dövrünü yaşayan Nizami yurdunda coşqu ilə qarşılanıb və ictimai əhəmiyyətli ümumşəhər idman bayramına çevrilib.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Belçika Krallığının paytaxtı Brüsseldə “ACES Europe”nın təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1541 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.04.2024 1/8 final mərhələsinin oyunları keçirilib
22.04.2024 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
21.04.2024 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
10.04.2024 Fərid Qayıbov martda beynəlxalq yarışlarda uğurlu çıxış edən idmançılarla görüşüb
07.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində ikinci turun oyunları keçirilib
02.04.2024 Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində ilk turun oyunları keçirilib
30.03.2024 Avropa çempionatında yüksək nəticələr qazanan Azərbaycan güləşçiləri ilə görüş keçirilib
15.03.2024 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
14.03.2024 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
13.03.2024 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru