Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
08/05 | 17:43 Azərbaycan Premyer Liqasında XXXV turun oyun proqramı açıqlanıb
08/05 | 16:31 PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
08/05 | 14:38 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
08/05 | 13:17 Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
08/05 | 12:13 "Turan Tovuz"un legioneri üçün mövsüm başa çatıb
08/05 | 10:52 Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
08/05 | 10:21 Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Güləş üzrə yığma komandaların məşqçilərinin iştirakı ilə iclas keçirilib
Tarix: 08.01.2019 | Saat: 06:05:00 | E-mail | Çapa göndər
Yanvarın 7-də Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçilərinin iştirakı ilə iclas keçirilib.

İclasda AGF-in baş katibi Orxan Məmmədov çıxış edərək millilərdə çalışan mütəxəssislərə tapşırıqlarını çatdıraraq deyib: “Bu il əsas diqqət böyüklərdən ibarət yığmalara ayrılacaq. Çünki əsas hədəf dünya çempionatından Olimpiadaya maksimum sayda lisenziya qazanmaqdır. Fevralda keçiriləcək gənclərin ölkə çempionatında fərqlənənləri əsas milliyə cəlb etmək olar. Bütün məşqçilər işə ciddi yanaşmalı, nizam-intizama riayət etməlidir. İşində nöqsana yol verəcək məşqçilərlə yollar ayrılacaq. Bundan sonra Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun olaraq, məşqçilər üçün də lisenziya alınacaq. Lisenziyası olmayan məşqçilər yarışlarda iştirak edə bilməyəcək. Millinin məşqçilər korpusunda yer almayan şəxsi məşqçilər hazırlıq prosesində iştirak etməməlidirlər. Sekundant məsələsi də baş məşqçinin qərarına uyğun müəyyənləşməlidir. Hazırlıq prosesində kənar şəxslər yer almamalıdır. Hərbi xidmətdə olan güləşçilər üçün icazə məktubuna görə müraciət bir ay əvvəl verilməlidir. Bu il Avropa çempionatına da ciddi yanaşmaq lazımdır. Çünki qitə birinciliyi Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya verəcək”.

AGF-in yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov yığmalarda nizam-intizamın əsas şərt olduğunu qeyd edib: “Dünya çempionatına cəmi 8-9 ay qalıb. Məşqçilərin taleyi bu yarışdan asılıdır. Əsas diqqət Olimpiya çəki dərəcələrində çıxış edən güləşçilərə ayrılmalıdır. Əsas kəmiyyət yox, keyfiyyətdir. İntizama riayət etməyən, qaydaları pozan güləşçilər komandadan uzaqlaşdırılacaqlar. Onların yerinə gənclərdən, yeniyetmələrdən perspektiv vəd edən güləşçilər yığmaya cəlb ediləcək”.

AGF-in sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov deyib ki, bu il federasiyanın hər bir üzvünün üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O, uğur qazanmaq üçün bütün kollektivin birgə səmərəli fəaliyyətinin vacibliyini qeyd edərək deyib: “Heç bir məşqçi həmkarının uğursuzluğuna sevinməməli, bunu arzulamamalıdır. Kollektiv bir ailə şəklində fəaliyyət göstərməlidir. Heç kim əvəzedilməz deyil. Hər məşqçi işinə görə cavab verməlidir. Dövlətin, birbaşa Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda maliyyə problemimiz yoxdur, maaşlar vaxtında verilir. Bizə isə bu etimadı doğrultmaq qalır. Güləşçilərimiz heç bir ölkənin idmançılarından geri qalmırlar. Sadəcə, onlarla doğru işləmək lazımdır”.

AGF-in yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev çıxışında güləşçilərin intizam məsələsinə toxunaraq deyib: “Ehtiyac yaranarsa, idmançılarla fərdi qaydada işləmək lazımdır. Çatışmazlıqların, səhvlərin, müəyyən fəndlərin üzərində davamlı şəkildə çalışmaq çox vacibdir. İndi hər çəki dərəcəsində cəmi 16 güləşçi Olimpiadada çıxış edəcək. Bütün dünyanın diqqəti Olimpiya Oyunlarında olacaq. Rio Olimpiadasında 18 medal qazanmışıq. Tokioda da ən azı bu nəticəni təkrarlamağa çalışmalıyıq. Bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Olimpiya çempionluğuna real namizədlər üzərində daha çox işləmək lazımdır. Arzu edirəm ki, Olimpiadaya maksimum sayda lisenziya qazanacağıq”.

İclasda dopinq məsələsinə də geniş yer ayrılıb. Qeyd olunub ki, ötən il ən çox cəzalananlar güləşçilər olublar. Bu da güləş üzrə informasiya kasadlığından irəli gəlir. Güləşçilər hər hansı dərmanı qəbul etməmişdən əvvəl yığmanın həkimi ilə məsləhətləşməlidir. Bu baxımdan həkimlə idmançılar arasında sıx münasibət olmalı, yığmaların məşqçiləri prosesi ciddi nəzarət altında saxlamalıdırlar. Qəbul edilən qida və mayelərə ciddi fikir vermək vacibdir. Gigiyenik qaydalara da tam riayət edilməlidir.

İclasda digər mühüm məsələlər də müzakirə olunub.
Xəbər 721 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.05.2024 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru