Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
08/05 | 17:43 Azərbaycan Premyer Liqasında XXXV turun oyun proqramı açıqlanıb
08/05 | 16:31 PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
08/05 | 14:38 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
08/05 | 13:17 Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
08/05 | 12:13 "Turan Tovuz"un legioneri üçün mövsüm başa çatıb
08/05 | 10:52 Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
08/05 | 10:21 Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Şahmat Federasiyasında qarşıda duran vəzifələr müzakirə olunub
Tarix: 24.12.2018 | Saat: 13:29:00 | E-mail | Çapa göndər
Dekabrın 24-də Naxçıvan Şahmat Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası dövlət idarələrinin əməkdaşları arasında ilk dəfə olaraq keçirilən şahmat üzrə birinciliyin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, birincilikdə qalib adını 6,5 xalla Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Talıb Babayev qazanıb. Heydər Əliyev adına Hərbi Liseyin əməkdaşı Toğrul Həsənzadə (6 xal) ikinci, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ədalət Məmmədov (6 xal) isə üçüncü olub.

Şahmat Federasiyanın sədri Seymur Talıbov yığıncaqda çıxış edərək deyib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı müəyyən iradlar bildirilib. Dövlət tərəfindən qayğı və diqqətin göstərilməsinə baxmayaraq, Şahmat Federasiyasında hələ də nöqsanların olduğu qeyd edilib. Mövcud nöqsanların səbəbi federasiya tərəfindən istedadlı uşaqların düzgün istiqamətləndirilməməsi, məşqçi-müəllimlərin onlarla yaxından maraqlanmamasıdır. Yığıncağı keçirməkdə məqsəd göstərilən iradları qarşıdakı ildə aradan qaldırmaq, verilən tövsiyə və tapşırıqları yerinə yetirmək, keçirilən ölkədaxili və beynəlxalq turnirlərdə uğur qazanmaqdır. Hazırda Federasiyanın maddi-texniki bazası gücləndirilib, şəhər və rayonlarda şahmat mərkəzləri, məktəbləri fəaliyyət göstərir. İdmançıların uğur qazanması üçün hər cür şərait yaradılıb.

Seymur Talıbov diqqətə çatdırıb ki, artıq yeni il üçün federasiyanın mükafat fondu təsis edilib. Fondu yaratmaqda məqsəd şahmatçıların, eləcə də məşqçi-müəllimlərin bu idman növünə marağını daha da artırmaq, muxtar respublikada şahmatı kütləvi hala gətirməkdir. Eyni zamanda, fond tərəfindən il ərzində uğur qazanan idmançılarımız, məşqçi-müəllimlərimiz mükafatlandırılacaqlar. Qarşıdakı ildə federasiya işini verilən tövsiyə və tapşırıqlar əsasında quracaqdır. İl ərzində hər ay mütəmadi olaraq rayon şahmat məktəblərində görüşlərin olacağını qeyd edən Şahmat Federasiyasının sədri çıxışının sonunda növbəti ildə muxtar respublikada şahmatın inkişafı istiqamətində daha böyük uğurlara imza atılacağına əminliyini bildirib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, adıçəkilən müşavirədə Təhsil Nazirliyinin də qarşısına müəyyən vəzifələr qoyulub. Təhsil Nazirliyi tapşırıqların icrası çərçivəsində Gənclər və İdman Nazirliyi, həmçinin idman federasiyaları ilə birgə şahmata marağın daha da artırılması məqsədilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq işlər görür. Belə federasiyalardan biri də Şahmat Federasiyasıdır. Şahmatın muxtar respublikada inkişafı üçün hərtərəfli şərait yaradılıb, şahmat mərkəzləri və məktəbləri tikilərək idmançılarımızın ixtiyarına verilib. Eyni zamanda, yeni inşa olunan ümumtəhsil orta məktəblərində şahmat sinifləri şagirdlərin ixtiyarındadır. Lakin məktəblərdə şahmatın tədrisi ilə bağlı müəyyən problemlər var. Bunun aradan qaldırılması üçün məktəblərdə şahmatı tədris edən müəllimlərə verilmiş sertifikatlara yenidən baxılır. Federasiyanın köməyi ilə həmin müəllimlər yenidən kurslara cəlb olunacaq. Muxtar respublikada şahmatın inkişafı, kütləviləşməsi üçün nazirlik bundan sonra da federasiya ilə birgə işlərini günün tələblərinə uyğun quracaq və göstərilən iradlar qısa vaxtda aradan qaldırılacaq.

Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov diqqətə çatdırıb ki, dövlət idarələri işçiləri arasında keçirilən şahmat üzrə açıq birincilik muxtar respublikanın idman tarixində ilkdir. Birinciliyin yüksək səviyyədə təşkili isə Şahmat Federasiyasının işini günün tələblərinə uyğun qurmasının göstəricisidir. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası məqsədilə tədbirlər planının hazırlanması, görülən işlərin müzakirəsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün ilk dəfə olaraq belə yığıncağı da məhz Şahmat Federasiyası təşkil edib. Eyni zamanda, federasiyanın mükafat fondunu təsis etməsi təqdirəlayiq haldır. Belə bir addımın atılması şahmatçıların uğur qazanması və bu idman növünün muxtar respublikada kütləvi hal alması üçün əlavə stimuldur. Gənclər və İdman Nazirliyi mütəmadi olaraq Şahmat Federasiyası ilə birgə çalışır. Müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq qarşıdakı ildə də hər iki qurum arasında əməkdaşlıq davam edəcəkdir. Gənclər və idman naziri çıxışının sonunda keçirilən birincilikdə qalib gələn şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Sonra 2019-cu il üçün hazırlanmış tədbirlər planı imzalanıb.

Yığıncağın sonunda məşqçi-müəllimlərin fikir və təklifləri dinlənilib.

Eyni zamanda, il ərzində uğur qazanan zəka sahibləri və “İlin məşqçisi” nominasiyasının qalibi Emin Hacıyev də mükafatlandırılıb. Mükafatları federasiyanın sədri Seymur Talıbov, gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.

Valideynlər adından çıxış edən Rəşad Məmmədov və Cavid Allahverdiyev Şahmat Federasiyasının sədrinə minnətdarlıqlarını bildiriblər.

Şahmat Federasiyasının sədri Seymur Talıbov bütün idmançıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.
Xəbər 810 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.01.2022 Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib
31.01.2022 Binəqədi rayonunda qızlar arasında voleybol üzrə turnir keçirilib
31.01.2022 Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib
24.01.2022 “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş voleybol turniri keçirilib
11.11.2021 Kros qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub
20.10.2021 Binəqədidə VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
17.09.2021 Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
19.08.2021 A.A.Banişevskinin 75 illik yubileyinə həsr olunmuş turnirə yekun vurulub
29.07.2021 Respublika yarışının birinci zona mərhələsi keçirilib
24.06.2021 Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə mini futbol turniri keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru