|
|
UEFA klublararası yeni turnir yaratmağı planlaşdırır |
|
Tarix: 03.12.2018 | Saat: 05:54:00 | E-mail | Çapa göndər
|
|
UEFA İcraiyyə Komitəsi 2021/2024-cü illər üçün klublararası üçüncü turnirin yaradılmasını planlaşdırır.
"UEL2" adlanan yeni turnir Çempionlar Liqası və Avropa Liqasındakı sxemlə keçiriləcək.
Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcək. Daha sonra səkkizdəbir final, dörddəbir final, yarımfinal və final olacaq. Səkkizdəbir final öncəsi əlavə pley-off matçları keçiriləcək. Həmin oyunlarda "UEL2" qruplarında 2-ci yeri tutmuş klublarla Avropa Liqası qruplarının 3-cü yer sahibləri qarşılaşacaqlar.
Yeni turnir Avropa Liqasındakı kimi, 15 oyun günü ərzində 141 qarşılaşmanı nəzərdə tutur. "UEL2"nin qalibi növbəti mövsümün Avropa Liqasına vəsiqə qazanacaq. Oyunlar həftənin 4-cü günləri keçiriləcək. Beləliklə, Çempionlar Liqasının görüşləri 2-3-cü, Avropa Liqası və yeni turnirin matçları 4-cü günlərə təsadüf edəcək. Bütün klub turnirlərinin final oyunları eyni həftədə - çərşənbə (yeni turnir), cümə axşamı (Avropa Liqası) və şənbə (Çempionlar Liqası) günləri keçiriləcək.
Yeni turnir qrup mərhələsində azı 34 (hazırda minimum 26-dır) milli assosiasiyanın avrokuboklarda təmsil olunmasını təmin edəcək və bütün ölkələrin klublarına açıq olacaq. Bütün assosiasiyalar indiki say kvotalarını saxlayacaqlar.
2021/2024 təşkilində Avropa Liqası formatı yeni turnirin formatına uyğunlaşdırılacaq. Səkkizdəbir final öncəsi əlavə pley-off raundu tətbiq olunacaq. Burada Avropa Liqası qruplarının ikinci yer sahibləri ilə Çempionlar Liqası qruplarının üçüncüləri qarşılaşacaqlar. Çempionlar Liqası formatı və seçim sxemi dəyişikliyə məruz qalmayacaq.
|
|
|
|
Xəbər 717 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|