Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
08/05 | 17:43 Azərbaycan Premyer Liqasında XXXV turun oyun proqramı açıqlanıb
08/05 | 16:31 PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
08/05 | 14:38 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
08/05 | 13:17 Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
08/05 | 12:13 "Turan Tovuz"un legioneri üçün mövsüm başa çatıb
08/05 | 10:52 Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
08/05 | 10:21 Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Dünya çempionatında dördüncü yeri tutan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
Tarix: 30.10.2018 | Saat: 07:07:00 | E-mail | Çapa göndər
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının son günlərində çıxış edən yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 4-cü yeri tutub. Altmış xal toplayan millimiz Rusiya (178), Macarıstan (83) və Türkiyədən (75) geri qalıb. Artıq komandamız Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılama mərasimi keçirilib. İdmançıları güləş ictimaiyyəti – mütəxəssislər, veteran, yeniyetmə və gənc güləşçilər, eləcə də yığma üzvlərinin yaxınları və media nümayəndələri qarşılayıb.

Əvvəlcə millinin baş məşqçisi Şaban Donat dünya çempionatı və gələcək planlarla bağlı fikirlərini açıqlayıb: “Yarış yaxşı keçdi. Eldəniz Əzizli və Rəsul Çunayev öz sözünü dedi. Altmışa yaxın ölkə arasında 4-cü yeri tutduq. Özümüzü gələn il keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlayırıq. Önümüzə baxacağıq. Daha çox işləyəcəyik. Səhvlərimizi nəzərdən keçirib, qarşıdakı analoji yarışda daha çox medal qazanmağa çalışacağıq”.

Dünya çempionu Eldəniz Əzizli (55 kq) də təəssüratlarını bölüşüb: “Avropa çempionu olandan sonra hədəfim dünya çempionatında eyni uğura imza atmaq idi. Çox sevinirəm ki, dünya çempionu da oldum. Finaldakı rəqibim gənc idi. Ən çətin görüşüm Avropa çempionatında məğlub etdiyim gürcü güləşçi ilə oldu. Onlar məni bu dəfə daha yaxşı analiz etmişdilər. Ona görə də bu görüş çətin keçdi. Buna baxmayaraq, qələbə qazana bildim. Bütün komanda olaraq gələn il keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlaşacağıq. Növbəti hədəf Olimpiya çempionu olmaqdır. Növbəti yarışlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

Bürünc medal qazanan Rəsul Çunayev (72 kq) bildirib ki, bütün dünyada güləş inkişafdadır. Bu səbəbdən ildən-ilə bizim üçün çətin olur. Çünki bizə qarşı xüsusi hazırlaşırlar. Avropa çempionatından sonra 4 ay müalicə oldum. Şaban Donata və federasiyanın baş katibi Orxan Məmmədova minnətdarlığımı bildirirəm ki, mənim üçün Türkiyəyə sparrinq-rəqib göndərdilər. Dünya çempionatında hədəfim qızıl medal idi. Ancaq buna dözümlülük çatmadı. Buna baxmayaraq, iki dəfə uduzduğum iranlı rəqibimə qalib gəldim. Üçüncü yer uğrunda görüşdə isə Rusiya təmsilçisini məğlub etdim. Əsas odur ki, dünya çempionatından əliboş dönmədim. Bu medallar bacı-qardaş kimidir. Bərpa kursunu davam etdirəcəyəm. Olimpiadaya lisenziya qazanmaq üçün ciddi cəhdlə hazırlaşacağam.
Xəbər 935 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.05.2024 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru