Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milli Atçılıq Festivalı çərçivəsində bir neçə yerli və beynəlxalq turnir təşkil olunacaq
Tarix: 31.05.2018 | Saat: 12:37:00 | E-mail | Çapa göndər
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 2-17-də Bakıda Milli Atçılıq Festivalı keçiriləcək. Festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnir təşkil olunacaq. Festivalda atçılığın cıdır, konkur, çövkən, polo növləri üzrə yarışlar baş tutacaq.

Bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edəcəyi festivalla əlaqədar mayın 31-də “Elite Horse & Polo Club”da keçirilən mətbuat konfransında festivalın Təşkilat Komitəsinin sədri Bəsirət Quliyev deyib.

Təşkilat Komitəsinin sədri vurğulayıb ki, festivalda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş yarış da keçiriləcək. İyunun 8-də “Elite Horse & Polo Club”un yaşıl arenasında atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil ediləcək. Turnir iki kateqoriyadan ibarət olacaq. İlk kateqoriyada maneələrin hündürlüyü 125, ikinci kateqoriyada isə 145 santimetr təşkil edəcək. Yarışların mükafat fondunun 34 min manat olacağını vurğulayan B.Quliyev iştirakçılara uğurlar arzulayıb.

ARAF-ın vitse-prezidenti, Təşkilat Komitəsinin üzvü Elşad Abbasov qeyd edib ki, festival cıdır yarışları ilə başlayacaq. Yarışlarda bütün milli klublar iştirak edəcəklər. İyunun 2-də Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 illik yubiley kuboku” keçiriləcək. Kubok uğrunda 24 at və jokeyin mübarizəyə qoşulması gözlənilir. Tədbirə gələcək qonaqlar, ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə parad izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 min manatdır.

O bildirib ki, Təşkilat Komitəsi festivalın açılış mərasiminin möhtəşəm və yaddaqalan olması üçün böyük səy göstərir. Festival çərçivəsində bir çox məşhur müğənnilər çıxış edəcəklər.

E.Abbasovun sözlərinə görə, yarışlarda Qarabağ və Dilbaz atlarına üstünlük verilib. Ancaq ikinci yarışda ingilis atları da iştirak edəcək. Üçüncü hissədə isə dörd yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışacaq.

Çövkən yarışları ilə bağlı məlumat verən Təşkilat Komitəsinin üzvü Natiq Zeynalov son illər çövkən milli atçılıq oyunun bütün dünyada yayılmağa başladığını və inkişaf etdiyini bildirib. Qeyd edib ki, iyunun 5-7-də və 9-da çövkən milli atüstü oyunu üzrə “100 illik yubiley kuboku” turniri keçiriləcək. Turnirdə 8 komanda iştirak edəcək. İyunun 5-də və 6-da təsnifat mərhələləri, bir gün sonra yarımfinal oyunları keçiriləcək. İyunun 9-da isə üçüncülük uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Bu yarışın mükafat fondu 50 min manat təşkil edəcək.

Təşkilat Komitəsinin digər üzvü Əbülfəz Məlikov iyunun 15-17-də Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə ölkəmizdə altıncı dəfə arena polo üzrə dünya kuboku yarışlarının keçiriləcəyini bildirib. Diqqətə çatdırıb ki, üç gün davam edəcək turnirdə ümumilikdə altı görüş olacaq. Azərbaycanı təmsil edən milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması, yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcək.

O, polonun çövkən milli oyununun müasir formasının və idmanın bu növünün vətəninin Azərbaycan olduğunu bütün dünyanın bildiyini vurğulayıb.

Sonra Milli Atçılıq Festivalına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra festival çərçivəsində keçiriləcək çövkən yarışlarının püşkü atılıb. Püşkün nəticələrinə əsasən, ilk oyunlarda “Kövsər” ilə “Omar”, “Buta Golden” ilə “Murad” komandaları qarşılaşacaqlar. “Kövsər” – “Omar” cütlüyünün qalibi “Ağstafa”, “Buta Golden” – “Murad” cütlüyünün qalibi isə “Ağcabədi” komandası ilə üz-üzə gələcək. “Kövsər”, “Omar” və “Ağstafa” klublarının mübarizəsindən qalib gələcək komanda yarımfinalda “Polad” ilə qarşılaşacaq, “Buta Golden”, “Murad” və “Ağcabədi” kollektivləri arasında qalib olacaq komanda isə yarımfinalda “Sərhədçi” ilə üz-üzə gələcək. Ən güclülər finalda birincilik uğrunda qalib gəlməyə çalışacaqlar.

Sonda mayda Britaniya Kraliçası II Elizabetin doğum günü münasibətilə keçirilən tədbirlərdə Azərbaycan nümayəndə heyətinin möhtəşəm şou proqramla çıxışına dair videoçarx göstərilib.
Xəbər 1203 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.04.2024 Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub
06.04.2024 Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb
24.12.2023 Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib
22.12.2023 Çövkən üzrə Prezident Kubokunda finalçılar müəyyənləşib
19.12.2023 Çövkən üzrə Prezident Kubokunda növbəti oyunlar keçirilib
17.12.2023 Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunda ilk günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi olub
09.12.2023 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09.11.2023 Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru