Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Əfqan Bayramov: «Avropa çempionu olacağımı gözləmirdim» - MÜSAHİBƏ
Tarix: 13.04.2012 | Saat: 07:58:00 | E-mail | Çapa göndər
Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında milli komandamızın aparıcı üzvü Əfqan Bayramov 69 kq çəkidə qızıl medal qazandı. İdman.com.az saytının məlumatına görə, o, uğurun sevincini Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytı ilə paylaşıb. Həmkarımıza müsahibəsində idmançı deyib ki, bu qəbəbə anını çox gözləyib:

- Karyeranda ilk dəfə Avropa çempionu oldun. Təəssüratlarını bizimlə bölüşə bilərsənmi?
- Təəssüratlarım çox yaxşıdır. Çünki bu nəticəyə neçə illərdir ki, can atırdım. Hər gün çalışır, məşqlər edirdim, ancaq hər dəfə nəsə çətinliklə üzləşir, nəsə alınmırdı. Odur ki, bu qələbə mənim üçün çox əzizdir. Avropa çempionu olacağımı gözləmirdim. Ona görə də, bu qədər sevincliyəm. Həqiqətən də böyük əziyyət və səbr hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəyə çatmağım üçün çox çalışıb, həm o həyəcan keçirib, həm mən.

– Yəqin ki, bura gəlməzdən əvvəl çempionluğa ümid etmirdin…
- Avropa çempionatında medal qazanmaq istəyirdim. Sona qədər mübarizə aparıb, ən azı bürünc medal əldə etmək niyyətindəydim. Buna da hazır idim. Düzdür, hər bir idmançı çempionluğu istəyir. Ancaq aza qane olmaq lazımdır ki, çox da gəlsin.

– Qələbənin bu qədər vaxtdan sonra gəlməsi onun dəyərini birə-iki artırır…
- Çox şirindir bu qələbənin dadı. Gözləmədiyim, indiyə qədər keçirmədiyim hissləri indi yaşayıram. İnanılmaz hisslərdir. Hələ də inana bilmirəm ki, mən Avropa çempionu olmuşam.

– Yarışın özü barədə də danışaq. Belə ki, birdən qaldırma hərəkətində 7-ci oldun. Təkanla qaldırma hərəkətinə başlamazdan əvvəl medal şansının da əldən getdiyini düşünmədin ki?
- Yox. Özümü sona qədər mübarizə aparmağa kökləmişdim. Təkanla qaldırma hərəkəti mənim güclü tərəfimdir və burada nəyəsə nail olacağıma əmin idim. Özüm-özümə deyirdim ki, heç olmasa, mükafatçılar sırasında yer alacağam. Buna ürəkdən inanırdım. İdmanda hər şey olur: udmaq da var, uduzmaq da. Ancaq mən ümidimi kəsməmişdim.

– Səni dəstəkləyən insanlara demək istədiyin bir söz varmı?
- Hamıya təşəkkür edir, çox sağ ol deyirəm. İdmansevərlərimizin, xalqımızın dəstəyini üzərimdə hiss edirdim. Burada Azərbaycanı təmsil etdiyimi bilirdim və bu, mənə əlavə məsuliyyət verirdi. Etimadı doğrultduğuma görə sevinirəm. Mən ölkə başçımız, Milli Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyevə Azərbaycanda idmana yaratdığı şərait, göstərdiyi qayğıya görə minnətdaram. Gənclər və idman naziri Azad Rəhimova, “Neftçi İdman Sağlamlıq Mərkəzi”nin sədri Sadıq Sadıqova, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova, klubumuzun direktoru İsgəndər Əsgərova mənə verdikləri dəstəyə görə təşəkkürlərimi bildirirəm. Çünki onun bizlərə belə dəstəyi olmasaydı, Azərbaycan idmanı belə inkişaf etməzdi.

– Ümid edirik ki, qələbələrin davamı gələcək…
- Bunun üçün əlimdən gələni edəcəm. Qarşıda bizi Olimpiada gözləyir. Məşqlərimə ara verməyəcəm, çalışmalarımı artıracam ki, daha böyük nailiyyətlər qazanım. Qoy, bu qələbə axırıncı yox, axarıncı olsun!

Xəbər 1529 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.12.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb
14.12.2023 Azərbaycan ağırlıqqaldıranı Dohada Qran-pri turnirinin qalibi olub
07.12.2023 Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
23.11.2023 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub
09.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri tibbi yoxlanışdan keçiblər
05.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi qadınların yarışı ilə start götürüb
05.10.2023 Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış
03.10.2023 Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub
09.08.2023 Ağırlıqqaldıranımız Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub
05.07.2023 Ağırlıqqaldıranımız Turan Əliyev Avropa birinciliyinin bürünc medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru