Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Fərid Qayıbov: Avropa Gimnastika İttifaqı idmanın bu növünün inkişafı üçün ciddi tədbirlər həyata keçirir
Tarix: 15.04.2018 | Saat: 12:13:00 | E-mail | Çapa göndər
Avropa Gimnastika İttifaqı (UEG) üzv ölkələrdə gimnastikanın inkişafı və təşviqi istiqamətində ciddi tədbirlər həyata keçirir. Hazırda əsas məqsəd gənclərin idmana, xüsusilə gimnastikaya cəlb olunmasıdır. UEG, həmçinin gimnastikaya marağın daha da artırılması üçün ciddi səy göstərəcək. Hazırda məqsədimiz gimnastikanın izləyici auditoriyasını genişləndirməkdir.

Bu fikirləri Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov müsahibəsində deyib.

Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı və UEG-in tətbiq etdiyi yeniliklər barədə məlumat verən F.Qayıbov deyib: “Batut gimnastikası üzrə Avropa çempionatı Bakıda ilk dəfə keçirilir. Bu yarış mənim üçün UEG prezidenti kimi ilk qitə çempionatıdır. Belə təsadüf etdi ki, bu çempionat Bakıda keçirildi. Buna görə də üzərimə ikiqat məsuliyyət düşür. Çox istərdim ki, bu turnir yüksək səviyyədə keçsin. Çempionatı Azərbaycan Gimnastika Federasiyası (AGF) təşkil edib. Bildiyiniz kimi, AGF-in təşkil etdiyi turnirlər yenilikləri və mükəmməlliyi ilə fərqlənir. Bu il yarış üçün maskot olaraq maraqlı personaj – “Qur-Qur” seçilib. Maskot seçilmiş qurbağanı canlandırmaq üçün peşəkarlara müraciət olunub. Uzun illər talisman kimi fəaliyyət göstərən və çempionata batut gimnastikasının vətəni ABŞ-dan təşrif buyuran Skot Hesinqton və Berri Anderson dördgünlük yarışlar ərzində gimnastika sevənlər üçün maraqlı şou göstərəcəklər.

Hamı bilir ki, ölkəmiz mötəbər beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Bütün bunlar beynəlxalq idman qurumlarının diqqətindən yayınmır və onlar nüfuzlu yarışların təşkilini tərəddüdsüz ölkəmizə həvalə edirlər”.

Batut gimnastikasının daha da inkişaf etdirilməsinin UEG-in əsas məqsədlərindən biri olduğunu vurğulayan F.Qayıbov Avropa çempionatına İttifaqın 50 üzvündən yalnız 25-nin qatıldığını diqqətə çatdıraraq deyib: “Azarkeşlərin bu idmana marağı böyükdür. İnsanlar gimnastların çıxışlarına həvəslə və maraqla tamaşa edirlər. Hərçənd ki, bu, tamamilə yeni idman növüdür. Qeyd edim ki, 200-dən çox bilet əcnəbilərə satılıb. Bu, bir növ idman turizmidir. İdman turizmi əsasən futbola görə inkişaf edir. Amma gimnastikanın da burada öz payı var. Çempionatla əlaqədar Avropa Gimnastika İttifaqının fəxri prezidenti Jorj Gelzek, eləcə də Fransa, Portuqaliya və Latviya Gimnastika federasiyalarının prezidentləri Bakıya gəliblər. Rusiyadan xeyli sayda azarkeş gəlib. Qərbi Avropadan da tamaşaçılar var. Xüsusən, xarici KİV-lərin bu çempionata marağı böyükdür. Çempionatın olan böyük marağı görmək çox xoşdur”.

Çempionatın bir sıra ölkələrdə yayımlandığını vurğulayan UEG prezidenti bunun gənclərin gimnastikaya cəlb edilməsində önəmini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə yarışlararası fasilələr zamanı azarkeşlər üçün xüsusi əyləncəli proqramlar hazırlanıb. Bundan başqa, ABŞ-dan dəvət olunan peşəkar maskotlar tamaşaçıları əyləndirir, mükafatlandırma mərasimində iştirak edirlər. Əvvəllər Azərbaycanda belə proqramlar olmayıb. Həmçinin müxtəlif fləşmoblar, viktorinalar keçirilir.

Gimnastikanın gələcək inkişafından da danışan F.Qayıbov deyib: “UEG İcraiyyə Komitəsi müntəzəm olaraq hansı dəyişikliklərin lazım gəldiyini müzakirə edir. Maliyyə, avadanlıq və s. vasitələrə ehtiyacı olan milli federasiyalara tərəfdaşların da cəlb edildiyi yardım proqramı işə salınıb. Beləliklə, bütün Avropada gimnastikanı inkişaf etdirməyi planlaşdırırıq. Həmçinin yarışların formatının dəyişdirilməsi barədə düşünmək lazımdır. Qısası, görməli olduğumuz çox iş var. Biz bu işləri yerinə yetirmək üçün ciddi çalışacağıq”.

AZƏRTAC
Xəbər 795 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru