Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
Tarix: 18.01.2018 | Saat: 11:48:00 | E-mail | Çapa göndər
Ötən ilin dekabr ayında Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) kadr dəyişiklikləri edildi. Prezident Cahangir Əsgərovun əmri ilə baş məşqçi vəzifəsində Asif Məmmədov, federasiyanın 1-ci vitse-prezidenti vəzifəsinə isə Tofiq Heydərov təyin olundu.

Məlumat üçün bildirək ki, Tofiq Mirhəsən oğlu Heydərov 2010 və 2016-cı illərdə AAAF-ın vitse-prezidenti seçilib. Bununla yanaşı, 2006-cı ildən təsis etdiyi “Zirvə” İdman Klubunun prezidenti, 2017-ci ilin dekabr ayına qədər isə, eyni zamanda ağır atletika üzrə milli yığma komandalarımızın baş məşqçisi vəzifələrində çalışıb. Tofiq Heydərov idmançı karyerası ərzində 16 yaşında SSRİ idman ustası normasını yerinə yetirib, SSRİ-nin yığma komandası tərkibində 1990-cı ildə Macaristanda keçirilən “Dostluq” kubokunun qalibi olub. Dəfələrlə Azərbaycan çempionu və rekordçusu olaraq SSRİ birincilikləri və beynəlxalq yarışların mükafatçısı adını qazanıb. Müstəqillik dövrümüzün ilk – 1996-cı il Atlanta Yay Olimpiya Oyunları, həmçinin Avropa və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil edən ilk atletlərimizdən olub. Heydərov məşqçilik fəaliyyəti zamanı da böyük uğurlar əldə etmiş, tələbələri dəfələrlə Avropa və Dünya çempionatlarının mükafatçısı, üç dəfə Olimpiya oyunlarının iştirakçısı (IV, IV və VII yerlər) olmağı bacararaq adını tarixə yaza bilmişdir. Onlardan biri – Turan Mirzəyevin Afina Olimpiya Oyunlarında qazandığı nəticəni (IV yer) Cənab Prezident İlham Əliyev medal kimi qəbul edərək mükafatlandırmışdı. 2011-ci ildən beynəlxalq dərəcəli hakimdir. Klub rəhbəri kimi fəaliyyətində Tofiq Heydərov “Zirvə” İdman klubunu dünyanın ağır atletika üzrə ən güclü klublarından birinə çevirməyi bacarıb. Beynəlxalq arenaya çıxaraq 12 dövlət və respublikamızın bütün bölgələrində filialları qurulan klubda yüksək dərəcəli maddi-texniki bazanın qurulması ölkə idmanın, xüsusilə də ağır atletikasının inkişafında mühüm rol oynayıb və hazırda da davam edir. Bundan əlavə, klubun təsis etdiyi idman təmayüllü “Zirvə” liseyində beynəlxalq yarışların hazırkı və gələcək qalib və müfakatçıları yetişdirilir, onların böyük idmançı olmaqla yanaşı, cəmiyyətimizə layiqli vətəndaş kimi qazandırılması yolunda addımlar atılır.
Arxada qalan 2017-ci illə bağlı suallarımızı cavablandırmaq üçün Tofiq Heydərova müraciət etdik. Federasiyanın 1-ci vitse-prezidentinin müsahibəsini sizə təqdim edirik:

– 2017-ci il ağır atletikamız üçün nə ilə yadda qaldı?
– Bizim üçün əsasən dopinq ilə mübarizə ili kimi. Əvvəllər komandamızda dopinqdən istifadə adi bir hala çevrilmişdi. Məşqçi və atletlərimizin beyninə sanki “dopinqsiz mümkün deyil” ifadələri yerləşmişdi. Yığma komandanın məşqçiləri dopinqdən açıq şəkildə istifadə edirdilər. Nəticədə uzun illər çəkdiyimiz əziyyətlər boşa çıxırdı. İllər boyu əziyyətlə hazırladığımız istedadlı idmançılar bu oyunun qurbanı olurdu. Dövlətimiz yüz minlərlə dollar cərimə ödəmək məcburiyyətində qalırdı. İşlərimin çoxluğuna baxmayaraq, baş məşqçi vəzifəsini məhz bu səbəbdən öhdəliyimə götürdüm. Yeni təsis edilmiş Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) və Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) köməkliyi sahəsində bu yolda birgə fəaliyyət göstərərək böyük uğurlar əldə edə bildik. Bir çox məşqçi və idmançılar bu səbəbdən yığmadan uzaqlaşdırıldı. Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz.

– Dopinqlə mübarizə 2017-ci ildə atletlərimizin nəticələrinə necə təsir göstərdi?
– O qədər də mənfi təsiri olmadı. Tam əksinə, heç bir zaman əldə etmədiyimiz uğurları əldə edə bildik. Atletlərimiz 2017-ci ildə beynəlxalq yarışlarda çox sayda – 43 medal (13 qızıl, 10 gümüş və 20 bürünc) qazandı. Yeniyetmələrimizin dünya birinciliyində komanda hesabında 9-cu yerə çıxaraq bu il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanması və Kosovoda keçirilən yeniyetmələrin Avropa birinciliyində medal hesabında birinci yerə çıxması ölkəmiz adına ağır atletika tarixində yeni bir səhifə açdı. Rüstəm Qasımov və Tarmenxan Babayevin Avropa rekordlarını yeniləyərək qızıl medallar qazanması, Səbinə Əzimovanın ardıcıl üçüncü dəfə Avropa birinciliyinin qalibi olması və İslam oyunlarındakı medalını xüsusi qeyd etmək istəyirəm. Bəli, Azərbaycanın ən istedadlı atletlərindən olan Firudin Quliyev, Elxan Əliquluzadə, Dadaşbəyli Dadaş və Valentin Xristov kimi tanınmış idmançıları dopinq cəzasına görə uzun müddət komandamızı təmsil edə bilməyəcəklər. Ancaq mən inanıram ki, yeniyetmələrimiz Tokio Olimpiya Oyunlarına qədər bu boşluğu tam doldurmağı bacaracaqlar.

– Baş məşqçi vəzifəsindən istefa verməyiniz nə ilə əlaqədar idi?
– Ağır atletikada yaranan problemlər hər zaman məşqçilərlə əlaqəli olmuşdur. Baş məşqçi seçilməyimin əsas səbəbi komandadan dopinqi birdəfəlik yığışdırmaq və bununla davamlı mübarizə aparmaq olub. İşlədiyim bu 18 ay ərzində dopinqlə mübarizədə böyük işlər görə bilmişik. Artıq komandamızda sağlam mühit formalaşıb. Hazırda yığıma komandada işləyən məşqçilərə inanıram və onlar yenə də vitse-prezident olaraq mənim tam nəzarətimdədirlər. Bu məşqçilər heyəti Avropa birinciliklərinin qaliblərini sıfırdan yetişdirməyi, üzərilərinə düşən işin öhdəsindən layiqincə bacarıblar. Eyni zamanda, yığma komandada işləyən gənc mütəxəssislərimizə böyük imkanlar yaratmışıq. İnanıram ki, tezliklə onların uğurlarının şahidi olacaqsınız.

– 2018-ci ildə federasiyanın 1-ci vitse-prezidenti kimi qarşınıza hansı məqsədləri qoymusunuz?
– Keçən il iki böyük təlim-məşq bazamızın açılışı oldu, fəaliyyət göstərən bir çox zallar da tam təmir edildi. Bu il isə işlərimiz daha da genişləndiriləcək və çalışacağıq ki, Bakıda və regionlarımızda AAAF-a məxsus yeni zallarımız açılsın. Zalların və məşqçilərin sayını artırmaqla bu idman növündə kütləviliyə nail olmaq əsas hədəfimizdir. Belə olduqda, istedadlı atletlərimizin sayı da çox olar. Bütün zalları ağır atletika avadanlıqları ilə təmin etmək, yarışlarımızın səviyyəsini və sayını artırmaq da qarşımıza qoyduğumuz vacib məsələlərdəndir. Bu il ərzində fasiləsiz təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd yeniyetmələrimizin Olimpiya Oyunları və lisenziya xarakterli dünya çempionatına güclü hazırlaşmasını təmin etməkdir.

– Son olaraq, Respublikamızda ağır atletikanın gələcəyini necə görürsünüz?
– Mən inanıram ki, AAAF dünyanın ən nümunəvi federasiyasına çevriləcək və Azərbaycan dünya ağır atletikasının mərkəzi olacaq. Bunu İslam Oyunları zamanı Bakıda olan Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin bir çox üzvləri də təlim-məşq bazalarımıza baxış keçirərkən xüsusilə qeyd etmişdilər. Mən idmançı olarkən ağır atletikada çox çətinliklər görmüşəm. Ümummilli Lider Heydər Əliyev idmana qayğını öz üzərinə götürdükdən sonra bizlər üçün çox gözəl imkanlar yaranmağa başlandı. Ulu öndər inanıb-güvəndiyi insanları idman qurumlarına rəhbər təyin etdi və bu gün idman sahəsində əldə olunan nəticələr göz qabağındadır. Cənab Prezidentimiz İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu gün idman ölkəsinə çevrilmişdir. AAAF-ın prezidenti Cahangir Əsgərov başda olmaqla, bütün kollektivimiz bu Cumhuriyyət İlində də Respublikamızda idmanın inkişaf etdirilməsində çox yaxından iştirak edəcəklər.
Xəbər 1351 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.12.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb
14.12.2023 Azərbaycan ağırlıqqaldıranı Dohada Qran-pri turnirinin qalibi olub
07.12.2023 Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
23.11.2023 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub
09.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri tibbi yoxlanışdan keçiblər
05.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi qadınların yarışı ilə start götürüb
05.10.2023 Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış
03.10.2023 Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub
09.08.2023 Ağırlıqqaldıranımız Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub
05.07.2023 Ağırlıqqaldıranımız Turan Əliyev Avropa birinciliyinin bürünc medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru