Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
08/05 | 17:43 Azərbaycan Premyer Liqasında XXXV turun oyun proqramı açıqlanıb
08/05 | 16:31 PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
08/05 | 14:38 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
08/05 | 13:17 Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
08/05 | 12:13 "Turan Tovuz"un legioneri üçün mövsüm başa çatıb
08/05 | 10:52 Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
08/05 | 10:21 Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Güləş Federasiyasında yığma komandaların məşqçi heyəti ilə görüş olub
Tarix: 14.01.2018 | Saat: 13:44:00 | E-mail | Çapa göndər
Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçi heyəti ilə görüş keçirilib.

Federasiyanın birinci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə bu günədək görülən işlər, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb.

Federasiya prezidentinin salamlarını tədbir iştirakçılarının diqqətinə çatdıran Firdovsi Umudov qazanılan uğurlar və görülən işləri davam etdirmək, nəticələri daha da yaxşılaşdırmaq üçün çalışacaqlarını bildirib.

Qeyd edib ki, güləşçilərimiz son on ildə mütəmadi olaraq qitə və dünya çempionatlarından, Olimpiya Oyunlarından yüksək əyarlı medallarla qayıdıblar. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər yaş kateqoriyasında həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşi üzrə yığmalarımız qatıldıqları mötəbər beynəlxalq yarışlarda komanda hesabında ilk üçlükdə qərarlaşıblar. Təbii ki, qazanılan bütün bu uğurlar dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi daimi qayğının nəticəsidir. Azərbaycan Prezidentinin çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması isə məsuliyyətimizi daha da artırır, bizə əlavə stimul verir.

2018-ci ilin güləşçilərimiz üçün əhəmiyyətinə toxunan Firdovsi Umudov əsas hədəfin Yeniyetmələrin Yay Olimpiya Oyunlarında maksimum sayda güləşçi ilə iştirak və yüksək əyarlı medallar qazanmaq olduğunu deyib.

“Qarşıda bizi bütün yaş kateqoriyalarında Avropa və dünya çempionatları, yeniyetmə güləşçilərin Yay Olimpiya Oyunları gözləyir. Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da ən azı Sinqapur və Nancinq olimpiadalarındakı uğuru təkrarlamalıyıq. İllik təqvim planımız bəllidir, güləşçilərimiz məşqləri plana uyğun davam etdirirlər. 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək hazırlığımız ən yüksək səviyyədə davam edəcək. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şəraitdən bəhrələnən idmançılarımız xalqımızı yeni qələbələrlə sevindirəcəklər”, - deyə Firdovsi Umudov əlavə edib.

Uğura gedən yolun çalışmaq, əzmkarlıq və nizam-intizamdan keçdiyini bildirən Firdovsi Umudov bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcəyini deyib: “Sizinlə birlikdə çalışacağıq ki, göstərilən etimadı doğruldaq. Bu günədək məşqçi kimi fəaliyyətimdə daim diqqətdə saxladığım prinsiplər olub. Bunlar çalışmaq, əzmkarlıq və nizam-intizama riayət etməkdir. Birinci vitse-prezident kimi də bu prinsipləri əldə rəhbər tutaraq fəaliyyət göstərəcəyəm. Bütün məşqçilərdən və yığma komandaların üzvlərindən də nizam-intizama ciddi riayət etmək tələb olunur. Bizim məqsədimiz və hədəfimiz dəyişməzdir. Azərbaycan güləşini daha da inkişaf etdirmək, dünya miqyasında mövqeyimizi qoruyub saxlamaq və daha da gücləndirmək üçün var-gücümüzlə çalışmalıyıq. Bizim əsas hədəfimiz yeni-yeni qələbələr, nailiyyətlər qazanmaq, bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir”.

Görüşün sonunda yığma komandaların məşqçilərinin gələcək planları müəyyənləşdirilib və müvafiq göstərişlər verilib.
Xəbər 764 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.05.2024 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru