|
|
Rusiya idmançıları Qış Olimpiya Oyunlarına neytral statusda qatıla bilərlər |
|
Tarix: 12.12.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər
|
|
Rusiya Olimpiya Komitəsinin yığıncağı 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında neytral statusda çıxış etməyə hazır olan rusiyalı idmançıların bəyanatına müsbət yanaşıb. Onların Olimpiadada iştirakına icazə verilməsi barədə qərar yekdilliklə qəbul olunub.
Rusiya Prezidenti Vladimir Putin də rusiyalı idmançıların Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Oyunlara neytral statusla göndərilməsinə icazə verən Olimpiya yığıncağının qərarını dəstəkləyib. Bunu jurnalistlərə prezidentin mətbuat katibi Dimitri Peskov bildirib. O, dövlət başçısının bir qədər əvvəl verdiyi bəyanatı xatırladıb: əgər idmançılar özləri bununla bağlı qərar qəbul etsələr, onların Olimpiadaya göndərilməsinə heç kim mane olmayacaq.
Xatırladaq ki, dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraiyyə komitəsinin Lozannada keçirilən iclasının qərarına əsasən, Rusiya yığması 2018-ci il Qış Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırılıb. Oyunlara yalnız xüsusi işçi qrupunun seçəcəyi və BOK-un təsdiq edəcəyi rusiyalı idmançılar neytral bayraq altında qatıla biləcəklər. Onlar “Rusiyadan olan olimpiya idmançısı” adı altında yarışacaqlar.
Bununla yanaşı, karyerasında dopinqə görə bircə dəfə də olsa, cəza alan idmançılar Cənubi Koreyaya gedə bilməyəcəklər.
|
|
|
|
Xəbər 537 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|