Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Ağır Atletika Federasiyası Astanada anti-dopinq konfransında təmsil olunub
Tarix: 18.11.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər
Qazaxıstanın paytaxtı Astanada Qazaxıstan Ağır Atletika Federasiyasının (QAAF) təşkilatçılığı ilə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) anti-dopinq konfransı keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) bildirilib ki, tədbirdə IWF prezidenti Tamaş Ayan, baş katib Mohammad Calud, IWF Anti-Dopinq Komissiyasının sədri Patrik Şamaş, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin tələbi ilə 2008-ci il Pekin və 2012-ci il Londonda keçirilən Olimpiya oyunlarında mübarizə aparan idmançıların analizlərinin yenidən yoxlanılması nəticəsində ağır atletlərindən üç və daha çox dopinq-testi müsbət çıxan və buna görə bir illik diskvalifikasiyaya məruz qalan doqquz federasiyanın (Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin, Moldova, Rusiya, Türkiyə və Ukrayna) idarə heyətlərinin üzvləri iştirak ediblər.

Konqresdə Azərbaycanı AAAF baş katibi Rizvan Rəsulov təmsil edib.

Konfransda müzakirə olunan məsələlər və perspektivlər barədə məlumat verən baş katib Rizvan Rəsulovla bildirib ki, tədbirin təşkilində məqsəd dopinqə qarşı mübarizənin ən yüksək səviyyədə aparılmasının təmini, bunun üçün lazım olan bütün tədbirlərin görülməsi və müvafiq addımların atılması yollarının müzakirə edilməsi idi. Təşəbbüs QAAF tərəfindən gəlib və IWF tərəfindən müsbət qarşılanıb. Əsas müzakirə mövzusu verilən cəzanın bir ildən səkkiz aya endirilməsi, bunun üçün meyarların təyini, bu müddət ərzində yerli federasiyalar və anti-dopinq agentlikləri vasitəsilə ciddi mübarizə sistemlərinin yaradılması, belə halların bir də təkrarlanmaması üçün işlərin görülməsi olub.

Hazırda Beynəlxalq Olimpiya Komitəsi (BOK) başda olmaqla müvafiq qurumlar yalnız bizim yox, digər idman növlərində də yaranan böyük dopinq problemlərinin həllinə çalışır. Ağır atletika dopinq sayı baxımından “öncül” növlərdən biri olduğundan IWF çox narahatdır. Prezident Tamaş Ayan Astanadakı çıxışında bu narahatlığını dəfələrlə ifadə edib. Bildirib ki, belə hallar davam edəcəyi təqdirdə ağır atletikanın Olimpiya ailəsində qalıb-qalmaması məsələsi ciddi müzakirəyə çıxarıla bilər.

“AAAF olaraq biz də narahatıq. Çünki ilk Olimpiya Oyunlarından bu yana ağır atletika həmişə böyük idmanın ayrılmaz hissəsi olub. İdmanın bu növünün Azərbaycanda da böyük ənənələri var. Olimpiadadan təcrid olunma qərarı minlərlə, on, yüzminlərlə insanın idmandan getməsi ilə nəticələnə bilər. Bunu da heç kim istəməz. IWF çalışır ki, ənənələri qorusun, buna mane olmaq istəyənlərə isə ciddi sanksiyalar tətbiq etsin. T.Ayan hətta belə bir fikir səsləndirdi ki, “hazırda IWF özündə 192 ölkənin federasiyasını ehtiva edir. Bundan sonra da hər hansı federasiya dopinqə qarşı lazımi mübarizə aparmasa, bu problemin böyüməsinə rəvac versə, tələb olunan qaydalara riayət etməsə həmin ölkəni IWF-dən birdəfəlik uzaqlaşdırılması haqda düşünmək lazım gələcək” – deyə baş katib bildirib.

Diqqətə çatdırılıb ki, IWF-in ölkəmizlə bağlı əsas istəyi anti-dopinq seminarlarının təşkili və belə tədbirlərin sayının çoxaldılması, WADA ilə Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) sıx əməkdaşlığın qurulması, ən əsası federasiyanın qarşısına qoyulan tələblərin tam yerinə yetirilməsidir. Bu müddətdə müstəqil anti-dopinq ekspertlərindən təşkil olunmuş monitorinq qrupu müntəzəm qaydada Azərbaycana gələcək. Qarşıya qoyulan tələblər federasiya tərəfindən yerinə yetirilərsə, diskvalifikasıya müddətinin bitməsinə dörd ay qalmış yeniyetmələrin, iki ay qalmış isə digər yaş qruplarının və rəsmi (texniki) nümayəndələrin beynəlxalq yarışlara qatılmasına icazə veriləcək. Əks halda diskvalifikasiya dövrünün sonuna qədər beynəlxalq yarışlarda iştirak edə bilməyəcəyik.

R.Rəsulov deyib ki, dopinqlə bağlı mübarizə işlərini biz AMADA ilə birgə aparırıq. Ölkəmizdə ağır atletika bölmələri Təhsil Nazirliyinin, Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN), AHİTA-nın nəzdində olan Uşaq Gənclər İdman məktəblərində fəaliyyət göstərir. Bu məktəblərdə fəaliyyət göstərən bölmələrin rəhbər işçiləri mütəmadi olaraq məşqçi-müəllim heyəti ilə dopinqlə bağlı təbliğat və təşviqat işləri aparmalıdırlar. Çünki ölkədaxili yarışlarda iştirak edən idmançılar idman məktəblərinin yetirmələridir. Hansısa idmançıdan analiz nəticəsində qadağan olunmuş maddə aşkar edilərsə, bu hal qeyd olunan təşkilatların imicinə ciddi ziyan vurur. Federasiya isə bu hallar baş verdikdə həmin məktəblərin yuxarı təşkilatlarına rəsmi məlumat göndərəcəkdir. Düşünürəm ki, federasiya AMADA, GİN və MOK-la vahid bir sistemdə fəaliyyət göstərərək dopinqə qarşı birgə mübarizəni və əsasən də məşqçi-müəllimlər arasında təbliğat və təşviqat işlərini gücləndirməlidir. Bu işdə hazırda bədən tərbiyəsi və idman sahəsində ali bədən tərbiyəsi mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə qadağan edilmiş dərman preparatlarının rolu olmadan yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində yeni müasir metodların işlənib hazırlanması da vacib məsələlərdən biridir. Bu preparatlarının qəbulu idmançının orqanizminə kifayət qədər ziyan vurmaqla bərabər, zehni inkişafını da kəskin şəkildə minimuma endirir. Ağır atletika elə idman növüdür ki, burada idmançı əqli ilə hərəkət etməlidir. Əks halda heç bir nəticəyə gəlib çıxmaq olmaz. Bunu əvvəlki proseslər də göstərdi. Keçmişə baxsaq görərik ki, ağır atletika ilə məşğul olanların əksəriyyəti dopinq vasitələrindən istifadə etməyiblər. Bunun nəticəsində onlar 25-35 yaşlarında yüksək nəticələr əldə ediblər. Sonda isə ali təhsil müəssisələrində tədris aparan müəllimlər, professorlar, digər elmi dərəcələri olan kafedra müdirləri, nazirliklərdə işləyən vəzifəli şəxslər, həkim və mühəndis peşəsində işləyən insanlar yetişib. Bu baxımdan bugünkü statistika bizi narahat etməyə bilməz. Bu, psixoloji maneədir və bunu layiqli şəkildə arxada qoymalı, keçməliyik.

“AAAF-ın fəaliyyətinə beynəlxalq münasibət çox müsbətdir. AAAF anti-dopinq fəaliyyətini artıq ötən ilin yayından aparır. T.Ayan Bakıya səfəri zamanı bundan məmnunluğunu ifadə edib. O gördü ki, AAAF dopinqə “yox” deyir və bunu hər addımı ilə sübut edir. Biz işin psixoloji tərəfinə də böyük önəm veririk. “Dopinqsiz nəticə qazanmaq mümkün deyil” fikrini insanların beynindən çıxarmaq, onları yeni, təmiz mübarizə erasının başlandığına inandırmaq asan deyil. Bu, yetərincə böyük vaxt və əmək sərfi tələb edən işdir. Ötən ilin noyabrında Prezident İlham Əliyevin Fərmanı əsasında anti-dopinq qanunu qüvvəyə mindi və AMADA yaradıldı. Mexanizm, hüquqi əsas, təməl var, qalır işi başa çatdırmaq”, - deyə R.Rəsulov qeyd edib.

Bildirilib ki, konfrans çərçivəsində Astanada IWF-in baş katibinin ofisinin açılışı olub. Artıq demək olar ki, dünyada ağır atletikanın iki mərkəzi var - Budapeştdə prezidentin, Astanada isə baş katibin ofisi. Bu, həm Qazaxıstan, həm də yaxın ölkələrin inkişafına təkan verəcək məqamdır. Çünki məsafələr qısalacaq və ünsiyyət, çalışma daha rahat olacaq. Mənim üçün açılış zamanı qeyd edə biləcəyim əsas məqam, bu ofisdə Olimpiya çempionu, azərbaycanlı Nicat Rəhimovun rəngli boya ilə çəkilmiş rəsminin divardan asılması olub. Bundan böyük fərəh hissi duydum. Nicat bizimdir, bizim çempionumuzdur, Qazaxıstanın adından çıxış etməsi isə çox şeyi dəyişmir. Onun əldə etdiyi nəticə bizim bütün atletlərimiz üçün nümunədir. O, özü də hazırda Bakıda, vətənindədir. Nicat ilk addımlarını atdığı “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, eyni zamanda AAAF-ın vitse-prezidenti olan Tofiq Heydərovla görüşüb. Uğurlarındakı roluna görə ona, kluba, onun bütün üzvlərinə, həmçinin bütün ağır atletika ailəsinə öz minnətdarlığını bildirib. Biz həmişə onun uğurlarına sevinmişik, bundan sonra da sevinəcəyik. O, Olimpiya çempionu kimi Azərbaycan ağır atletikasının tarixinə adını qızıl hərflərlə yazmış idmançıdır.

“Düşünürəm ki, AAAF-ın gördüyü işlər bir illik cəzanın səkkiz aya endirilməsinə şans verir. Gələn il üçün əsas beynəlxalq yarışlarımız Yeniyetmələrin Olimpiya Oyunları, gənclər arasında Avropa və böyüklər arasında dünya çempionatıdır. Dövlətin anti-dopinq siyasətinin fəaliyyət mexanizmi də möhkəmlənir, Gənclər və İdman Nazirliyi tərəfindən vacib dəstək göstərilir. Federasiya isə fəaliyyətini yaranmış bu imkanlar üzərində quraraq çalışır ki, düzgün addımlarla idmançılarımızın fiziki, psixoloji, texniki hazırlığını ən yüksək səviyyəyə çatdırsın. İnsanlar bizə inanmalı, kömək etməlidirlər. Azərbaycan güclü insanların vətənidir. Regionlarmızdakı təbiət ağır atletlərin yetişməsi üçün çox münbitdir. Biz də güclü insanları bu idmana cəlb edir, əsl çempionlar yetişdirməyə çalışırıq. Bunun üçün bütün maddi-texniki bazamız, mütəxəssis ehtiyatımız var. Əminəm ki, cəzamız da səkkiz aya endiriləcək və biz beynəlxalq yarışlarda iştiraka vaxtından əvvəl başlaya biləcəyik.

Bu cəza müddətində ölkədaxili yarışlar keçiriləcək. IWF bu doqquz ölkəyə diskvalifikasiya dövründə ruhdan düşməmək üçün motivasiya verməyə çalışır. Buna görə də daxili yarışların təşkilinə razılıq verilir, hazırlığın fasiləsiz olmasına imkan yaradılır. Qarşıdakı ən azı 8 ay ərzində beynəlxalq yarışlarda iştirak edə bilməsək də, ölkə çempionatı, kuboku və birinciliklərinin keçirilməsinə maneə yoxdur.
Xəbər 1359 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.12.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb
14.12.2023 Azərbaycan ağırlıqqaldıranı Dohada Qran-pri turnirinin qalibi olub
07.12.2023 Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
23.11.2023 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub
09.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri tibbi yoxlanışdan keçiblər
05.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi qadınların yarışı ilə start götürüb
05.10.2023 Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış
03.10.2023 Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub
09.08.2023 Ağırlıqqaldıranımız Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub
05.07.2023 Ağırlıqqaldıranımız Turan Əliyev Avropa birinciliyinin bürünc medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru