Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Prezident İlham Əliyev beynəlxalq idman qurumlarının rəhbər şəxslərini qəbul edib
Tarix: 30.09.2017 | Saat: 15:00:00 | E-mail | Çapa göndər
Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində, Bakıda keçirilən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Avropa Olimpiya Komitələrinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:
- Mən Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci ildönümünü bizimlə birlikdə qeyd etmək üçün Azərbaycana təşrif buyurmuş Avropa Olimpiya ailəsindən belə böyük nümayəndə heyətini görməyə çox şadam. Bildiyimə görə, bu gün sizin öz görüşləriniz də var. İcraiyyə Komitəsinin yenidən Bakıda bir araya gəlməsi məni məmnun edir. Mən uzun illər bundan əvvəl Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasının burada keçirildiyini xatırlayıram. Bu, təxminən 20 il bundan əvvəl olub. Bu, Azərbaycanın Avropa idman tədbirlərində fəal iştiraka sadiq olduğunu nümayiş etdirir. Yəqin siz də bilirsiniz ki, hazırda Azərbaycan mühüm idman tədbirinə - qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edir.

Azərbaycanda bundan da çox Avropa miqyaslı idman tədbirləri keçiriləcək. Bakının iki ildən sonra futbol üzrə Avropa liqasının final oyununa ev sahibliyi etməsi bizdə qürur hissi oyadır. Əlbəttə ki, birlikdə qeyd etdiyimiz Avropa Oyunları da bizim üçün böyük bir məsuliyyət idi. Bu, həm də Avropa Olimpiya Hərəkatının inkişafı üçün vacib idi. Çünki Oyunlar ilk dəfə idi təşkil olunurdu və hesab edirəm ki, yüksək səviyyədə təşkil olundu.

İdman nailiyyətlərimizə gəldikdə, Azərbaycanda idmanın inkişaf etməsi bizi çox sevindirir, yaxşı nəticələr var. Bu il 2 atletimiz 3-cü dəfə dünya çempionu adına layiq görülüb. Gənc nəsil də daha fəaldır və idmanla məşğul olmağa çox həvəslidir. Çünki Azərbaycanda idmançı olmaq indi çox nüfuzlu peşədir. Əlbəttə ki, bu günlərdə keçirilən idman tədbirləri və sizin ölkəmizə səfəriniz idmanın inkişafını daha da stimullaşdırır.
x x x
Sonra Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Janez KOÇİJANÇİÇ çıxış edərək dedi:

- Cənab Prezident, xoş sözlərinizə görə çox sağ olun. Siz Avropa Olimpiya Hərəkatı üçün ən çox işlər görən dövlət başçısısınız və eyni zamanda, idmana ən çox diqqət göstərən Milli Olimpiya Komitəsinin prezidentisiniz. Biz bunu bilirik və yüksək qiymətləndiririk. Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Böyük uğur qazanmış Avropa Oyunlarının təşkilatçısı kimi insanlarınız çox yaxşı çalışdılar. Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri kimi böyük işlər gördü. Ümumiyyətlə, xalqınızın bununla bağlı səylərini yüksək qiymətləndiririk. İdman sahəsində sizin nailiyyətlər qazanmağınız bizi olduqca sevindirir. Həmçinin qadınlar arasında voleybol üzrə Avropa çempionatının necə nəticələnəcəyi də məni çox maraqlandırır. Çox sağ olun. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Mən bir daha Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə görə sizə təşəkkürümü bildirirəm. Bu, ölkəmiz üçün, Avropa Olimpiya Hərəkatı üçün çox vacib bir qərar idi. Bu, bizə nəyə qadir olduğumuzu nümayiş etdirmək imkanı yaratdı. Belə irimiqyaslı tədbirin keçirilməsi nisbətən gənc müstəqil ölkə üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bilirəm ki, Oyunların çox uğurla keçirilməsi ilə bağlı ümumi bir fikir formalaşıb. Bilirsiniz, bundan sonra isə bu, bizim üçün bir növ sınaq idi. Bu il nisbətən az idmançıların qatıldığı, lakin çoxsaylı ölkələrin iştirakı ilə İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Bu Oyunlar da çox yaxşı səviyyədə təşkil olunmuşdu, çünki bizim artıq belə bir təcrübəmiz var idi. Beləliklə, biz maksimum potensialımızdan, könüllülərdən istifadə etdik və əlbəttə ki, heç bir yeni idman qurğusu tikmədik, çünki hər şey hazır idi.

Əlbəttə ki, Avropa miqyasında idman tədbirlərinin Azərbaycanda təşkil olunması bizim üçün çox vacibdir. Məsələn, qadınlar arasında voleybol üzrə Avropa çempionatı Bakı və başqa bir şəhərdə - Göygöldə keçirilir. Göygöl kiçik, lakin yaxşı idman infrastrukturu olan şəhərdir. Bu, həmçinin regionlarda idmanın inkişafına təkan verir. Çünki biz regionlarda idmançı uşaq və gənclərə öz potensiallarını nümayiş etdirməyə imkan verən çox sayda idman arenaları və Olimpiya mərkəzləri tikmişik.
Azərbaycanın beynəlxalq mötəbər idman yarışlarına ev sahibliyini qeyd edən və nüfuzlu beynəlxalq futbol yarışlarının ölkəmizdə keçirilməsinin də önəmini vurğulayan Prezident İlham ƏLİYEV dedi:

- Sözsüz ki, biz Azərbaycanda daha çox tədbirlər keçirəcəyik. Çünki qeyd etdiyim kimi, Avropa Çempionlar Liqası həqiqətən də böyük bir məsuliyyət və bizim futbolumuza çox böyük bir dəstəkdir. Həmçinin 2020-ci ildə Bakıda futbol üzrə Avropa çempionatının dörddəbir final oyunları keçiriləcək. Bakı seçilmiş 13 Avropa şəhərindən biridir. Əlbəttə ki, ilk dəfə olaraq bizim “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdir.

Görüşdə Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar BORİÇİÇ və Belarusun Milli Olimpiya Komitəsinin baş katibi Georgi KATULİN çıxış edərək ölkəmizdə idmana diqqətin bütün dünyada əks-səda doğurduğunu qeyd etdilər və onları qəbul etdiyi üçün Azərbaycan Prezidentinə innətdarlıqlarını bildirilər.
Sonda xatirə şəkli çəkdirildi.



Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2925 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru