Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ağır atletika üzrə 10-cu “Zirvə kuboku” yarışı keçirilib
Tarix: 15.09.2017 | Saat: 12:28:00 | E-mail | Çapa göndər
Moldovanın paytaxtı Kişineunun İvança qəsəbəsindəki “AAAF Park Moldova” idman və əyləncə kompleksində ağır atletika üzrə 10-cu “Zirvə kuboku” yarışı keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) bildiriblər ki, ənənəvi turnir bu dəfə açıq havada qurulan yarış körpücüyündə təşkil edilib. Yarış həm kompleksdəki idman zalların açılışı, həm də Azərbaycan millisinin sabiq üzvü, Olimpiya Oyunlarının bürünc mükafatçısı, bir müddət əvvəl vəfat edən Veliçko Çolakovun xatirəsinə həsr olunub.

Turnirdə Sinkleyr cədvəli üzrə iki qrupda – qadınlar və kişilər arasında qalib və mükafatçılar müəyyənləşib.

Kişilərin mübarizəsində moldovalı Sergey Çekir toplam 299 kq (134+165) nəticə və 389,07 xalla qızıl medala sahib olub. Tribunalara toplaşan tamaşaçılar ikinci yer uğrunda maraqlı idman mübarizəsini izləyiblər. Belə ki, gümüş medalın sahibi 0,01 xal fərqlə müəyyənləşib. Polşa təmsilçisi Mateuş Sova 323 kq (145+178) nəticə ilə 384,13 xal toplayıb. O, Azərbaycan atleti, 292 kq (132+160) nəticə ilə 384,12 xal toplayan Paşa İbrahimlini cüzi fərqlə üstələyib.

Qadınların mübarizəsində Gürcüstanı təmsil edən ukraynalı atlet Anastasiya Qotfrid qızıl medal qazanıb. O, toplam 270 kq (125+145) nəticə ilə 293,86 Sinkleyr xalı toplayıb. Gümüş medala 190 kq (83+107) nəticə ilə 240,19 xal toplayan türkiyəli Zeynep Atakan layiq görülüb. Bürünc medalı isə Azərbaycan atleti, IV İslam Oyunlarının bürünc mükafatçısı Elnarə Abbasova aktivinə yazdırıb. Toplam 173 kq (76+97) nəticə göstərən idmançımız 228,96 xal toplayıb.

Böyük marağa səbəb olan yarışı AAAF-in vitse-prezidenti Tofiq Heydərov, Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, bu ölkənin gənclər və idman nazirinin müavini Pavel Yanets, Azərbaycanın Moldovadakı səfirliyinin birinci katibi Leyla Orucova və ictimaiyyətin nümayəndələri, idmansevərlər izləyiblər.

Yarışın bağlanış mərasimində Tudor Kasapu, Pavel Yanets və AAAF-in baş katibi Rizvan Rəsulov çıxış edərək belə yarışların təşkilinin idmanın bu növünün təbliği və kütləviləşməsi baxımından önəmini vurğulayıblar. Həmçinin bu cür təşəbbüslərin ölkələrimiz arasında idman sahəsində səmərəli əməkdaşlığın göstəricisi olduğu diqqətə çatdırılıb.

Azərbaycanın və Moldovanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir bədii hissə ilə davam edib.
Xəbər 1162 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.12.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb
14.12.2023 Azərbaycan ağırlıqqaldıranı Dohada Qran-pri turnirinin qalibi olub
07.12.2023 Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
23.11.2023 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub
09.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri tibbi yoxlanışdan keçiblər
05.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi qadınların yarışı ilə start götürüb
05.10.2023 Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış
03.10.2023 Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub
09.08.2023 Ağırlıqqaldıranımız Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub
05.07.2023 Ağırlıqqaldıranımız Turan Əliyev Avropa birinciliyinin bürünc medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru