Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milad Beigi Harçeqani taekvando üzrə Bakı Qran-prisində qızıl medal qazanıb (YENİLƏNİB)
Tarix: 09.12.2016 | Saat: 19:47:00 | E-mail | Çapa göndər
Milad Beigi Harçeqani final qarşılaşmasını da uğurla başa vuraraq taekvando üzrə Bakı Qran-prisinin qızıl medalını qazanıb. Finala gedən yolda bütün rəqiblərini tam üstünlüklə məğlub edən idmançımız həlledici döyüşdə misirli Seif Eissaya çətinlik çəkmədən qalib gəlib.

Yarımfinalda meksikalı Rene Lizarraqa ilə üz-üzə gələn taekvandoçumuz Milad Beigi Harçeqani bu döyüşdə də rəqibinə şans verməyib. Çıxışını vaxtından əvvəl qalibiyyətlə tamamlayan idmançımız finala adlayıb.

Təcrübəli taekvandoçumuz M.Harçeqani dörddəbir final görüşündə də qələbə qazanıb. Koreya Respublikasından olan Heyeon-Vu Kim ilə qarşılaşan idmançımız döyüşü böyük hesablı qələbə ilə vaxtından əvvəl başa vuraraq yarımfinala yüksəlib.

Millimizin üzvü Roman Samodurov ilk görüşündə koreyalı idmançı Tae-hun Kimə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Taekvandoçumuz Milad Beigi Harçeqani beynəlxalq turnirə qələbə ilə başlayıb. Səkkizdəbir finalda avstriyalı Hayder Şkaranı tam üstünlüklə məğlub edən M.Harçeqani növbəti mərhələdə Heyeon-Vu Kim (Koreya Respublikası) ilə qarşılaşacaq.

İki gün davam edəcək turnirin ilk günündə Azərbaycan yığma komandasının iki üzvü mübarizəyə qoşulacaq. “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqaninin (80 kq) ilk mərhələdə - səkkizdəbir finalda rəqibi avstraliyalı Hayder Şkara olacaq.

Millimizin gənc üzvü Roman Samodurov (58 kq) isə çəkisində reytinq cədvəlində ilk pillədə yer alan Koreya Respublikasının təmsilçisi Tae-hun Kim ilə döyüşəcək.

Yarışın ikinci günündə millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (80 kq-dan yuxarı) mükafatlar uğrunda yarışacaqlar.

Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) Olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparır.

Turnirdə 47 ölkədən 128 taekvandoçu qüvvəsini sınayır. Onların arasında “Rio-2016”nın və bir sıra turnirlərin medalçıları da yer alır. Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edirlər.

“G8” kateqoriyalı turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.

Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.
Xəbər 1190 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.05.2024 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
29.04.2024 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
27.04.2024 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27.04.2024 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
16.02.2024 Azərbaycan taekvondoçuları Tehrandakı turnirdə daha iki medal qazanıblar
15.02.2024 Azərbaycan taekvondoçusu Tehrandakı turnirdə fəxri kürsüyə qalxıb
15.02.2024 Azərbaycanın taekvondo yığması Antalyada 7-ci medalını qazanıb
11.02.2024 Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında daha 4 medal əldə ediblər
10.02.2024 Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatına 2 medalla başlayıblar
07.02.2024 Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru