Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş kişilər arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi və iki gün davam edən birincilikdə 60-dan çox güləşçi mübarizə aparıb.
Yekun nəticələrə görə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində müvafiq olaraq Murad Quliyev, Sadiq Səfərov, Ural Hüseynov, Məhərrəm Quliyev, Məzahir İsmayılov, Salam Qəribov, Elməddin Abdullayev və Bahadur Əhmədov birinciliyin qalibi adını qazanıblar.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.
|