Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
20/05 | 19:50 Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub
20/05 | 17:46 Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib
20/05 | 14:45 Azərbaycan gimnastları Dünya Kubokunda 2 medal qazanıblar
20/05 | 13:14 Peşəkar Çövkən Liqasında I turun proqramı müəyyənləşib
20/05 | 12:22 Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
20/05 | 11:25 Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
20/05 | 11:00 Azərbaycan boksçuları Qazaxıstandakı turniri iki medalla başa vurublar
20/05 | 10:23 Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu olub
19/05 | 23:57 Azərbaycan fudokançıları Avropa çempionatında yüksək nəticələr qazanıblar
19/05 | 18:17 Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub
19/05 | 18:17 Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub
19/05 | 09:12 Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də çempionluq kəməri qazanıb
19/05 | 09:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 medal qazanıb
18/05 | 19:01 Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub
18/05 | 18:00 AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
18/05 | 16:59 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18/05 | 16:28 Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18/05 | 14:56 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
18/05 | 13:34 Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu olub
18/05 | 11:23 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
17/05 | 17:56 Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
17/05 | 13:49 Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Titullu idmançılarımızdan Bakı-2020-yə növbəti dəstək!
Tarix: 10.02.2012 | Saat: 13:35:00 | E-mail | Çapa göndər
Azərbaycanın məşhur idmançıları Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədlik sənədlərinin təqdim edilməsinə öz dəstəklərini veriblər. İdman.com.az saytının xəbərinə görə, Bakı-2020-nin səfirləri elan edilən idmançılarımız Azərbaycan əhalisinə müraciət edərək, onları da namizədliyimizi dəstəkləməyə çağırıblar.

Cüdo üzrə 2004 və 2008 paralimpiya oyunlarının qızıl mükafatçısı, 2 dəfə dünya, 4 dəfə Avropa çempionu İlham Zəkiyev bildirib ki, Bakı-2020-nin namizədliyini dəstəkləməyi özünə fəxr və borc bilir: “Olimpiya oyunlarını paytaxtımıza gətirsək bu, bizim üçün böyük şərəf olar. Bizim 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyimiz dünyaya müasir Bakımızı tanıtmaq, eyni zamanda, əlilliyi olan gənc idmançılarımızın idmana olan həvəsini və idman potensialını gücləndirmək imkanı verər”.

Pekin olimpiadasının qalibi Elnur Məmmədli isə hesab edir ki, olimpiya oyunları paytaxtımızda keçirilərsə, bu, Azərbaycanda digər idman növlərinin də inkişafına kömək olacaq: “Olimpiya oyunlarında iştirak edən və qalib olan bir idmançı kimi mən də Bakının dünyanın ən möhtəşəm idman hadisəsinə ev sahibliyi namizədliyini ürəkdən dəstəkləyirəm. Olimpiadanın Bakıda keçirilməsi Azərbaycanda yeni idman növlərinin inkişafına səbəb olacaq və bir çox gənc qadın və kişi idmançılarımıza böyük ruh yüksəkliyi gətirəcək. Biz Azərbaycanda nümunəvi olimpiya oyunları keçirməyə hazırıq və layiqik”.

Sidney-2000-in qızıl, Afina-2004-ün bürünc mükafatçısı Zemfira Meftəhəddinova da hamını Bakı-2020-yə dəstək olmağa çağırıb. Snayperimiz bildirib ki, paytaxtımız olimpiadanı keçirməyə layiqdir: “Olimpiya oyunları həm Azərbaycan xalqı üçün unudulmaz bir təcrübə olacaq, həm də, dünya xalqları üçün unudulmaz təəssüratlarla yadda qalacaq. Azərbaycanlılar çox qonaqpərvər xalqdır və biz sübut etmişik ki, dünya səviyyəli idman tədbirlərini keçirməyə qadirik. Bakı olimpiya oyunlarına layiqdir!”

Güləş üzrə Olimpiya çempionumuz Namiq Abdullayev də inanır ki, Olimpiadanın paytaxtımızda keçirilməsi Bakının nüfuzunu daha da artıracaq: “2020-ci il Yay Olimpiya Oyunlarını qazanmağımız olimpiya çempionu olmaq qədər şərəflidir. Bu möhtəşəm yarışa ev sahibliyi Azərbaycan və Bakımızın nüfuzunu qaldıracaq və bütün dünyaya bizləri yaxından tanıdacaq. Bakı-2020 namizədliyi ürəkdən dəstəkləyirəm və uğurlar arzu edirəm”.

Yunan-Roma güləşi üzrə olimpiya çempionumuz Fərid Mənsurov isə bildirib ki, 2004-cü il Afina Olimpiya Oyunlarında qalib olmağı onun üçün böyük sevinc hissləri bəxş edib: “Güləş həm Azərbaycan, həm də Yunanıstanın qədim idman növləri olaraq hər 2 dövləti bir-birinə daha yaxın etdi. Mən də Bakının namizədliyini tam dəstəkləyirəm və inanıram ki, olimpiya oyunları Bakıda keçirilərsə, bu bizi dünya xalqları ilə daha da yaxınlaşdıracaq”.

Afina-2004-ün atıcılıq üzrə bürünc mükafatçısı İradə Haşımova hesab edir ki, 2020-ci il Olimpiadası Bakıya etibar edilərsə ölkəmizdə qadın idmanının inkişafına böyük təkan verəcək: “Qadın idmanının inkişafı çox vacibdir. Azərbaycan da bu sahədə ciddi addımlar atır. Hamı bilməlidir ki, Azərbaycan dünyada qadınların səsvermə hüququnu tanıyan və tətbiq edən ilk dövlətlərdən biridir. Mən də idmançı olaraq, Olimpiya məşəlinin 2020-də Bakıya gətirilməsini arzu edirəm və dəstəkləyirəm”.

Atçılıq idman növü üzrə London-2012 Yay Olimpiya Oyunlarına lisenziyaya real namizəd Camal Rəhimov isə bunları söyləyib: “Azərbaycanımızın məşhur Qarabağ atları dillər əzbəridir və mən də Azərbaycanı tanıtmaq üçün atçılıq idman növü üzrə ilk azərbaycanlı kimi Pekin olimpiya oyunlarında iştirak etmək şərəfini qazanmışdım. Pekin oyunlarından sonra mən bu idman npvünə Azərbaycanda marağın xeyli artdığının şahidi oldum. Azərbaycanlıların idmana böyük həvəsi və marağı var. Olimpiya oyunları Bakıda keçirilərsə Azərbaycanda yeni idman növləri xeyli inkişaf edəcək.”

Məşhur şahmatçımız Teymur Rəcəbov da dəstəyini bildirir: “Çox sevinirəm ki, Bakı 2020-ci il Olimpiya Oyunlarına Namizədliyini irəli sürüb. Bu bizim idmançılarımız üçün öz güclərini nümayiş etdirmək üçün daha geniş imkan yaradacaq. Fiziki və ya intellektual idman növündən aslı olmayaraq Olimpiya Oyunları əhalimizi geniş təbəqəsinin idmana olan marağını xeyli artıracaq”

Bakı 2020-ci il Təşkilat Komitəsinin icraçı-direktoru Könül Nurullayeva məşhur idmançıların dəstəyinə münasibət bildirib: “Azərbaycanın elitar idmançılarının, bizim idman qəhrəmanlarımızın Bakını namizədliyini dəstəkləməsini alqışlayıram. Onlar dünya idman arenalarında mübarizə və qələbənin nə olduğunu gözəl bilirlər. Mən idmançılarımıza Bakı-2020 Səfirləri rolunda çıxış etməklərinə görə dərin minnətdarlığımı bildirirəm və 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının Bakıda keçirmək arzumuzu onların möhtəşəm qələbələrinə ehtiram kimi görürəm”.
Bakının Namizədlik sənədləri 14 Fevral 2012 tarixində İsveçrənin Lozanna şəhərində yerləşən Beynəlxalq Olimpiya Komitəsinə təqdim ediləcək.

Xəbər 1194 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru