Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azad Rəhimov: “2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı” - MÜSAHİBƏ
Tarix: 13.01.2016 | Saat: 09:00:00 | E-mail | Çapa göndər
İdman uğurları ilə zəngin daha bir ili başa vurduq. 2016-cı il də idman hadisələri baxımından əlamətdar olacaq. XXXI Yay Olimpiya Oyunları, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq, eləcə də, Formula-1 üzrə Bakı Avropa Qran-prisi, 42-ci Şahmat Olimpiadası kimi mötəbər yarışlar təkcə Azərbaycan idman həyatının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq. Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Azad Rəhimovla söhbətimizin əsas mövzusu da bu mötəbər idman tədbirləri, eləcə də başa çatmaqda olan ilin yekunu və görüləcək işlər barədə oldu.


- Cənab nazir, söhbətə ötən ilin idman dəyərləndirməsi ilə başlamaq istərdik. 2015-ci il necə keçdi?


- Sualınıza qısa cavab olaraq bildirim ki, 2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı. İlk Avropa Oyunlarının təşkili başa vurduğumuz ili tək ölkəmiz üçün deyil, bütün Avropanın idman həyatı üçün əlamətdar etdi. Həm bir azərbaycanlı, həm də gənclər və idman naziri olaraq, mənim üçün 2015-ci il ən uğurlu il oldu. Amma inanıram ki, ölkəmizin idman həyatında bundan da uğurlu illər olacaq.

- Tarix də göstərdi ki, təkcə Azərbaycanda və Avropada deyil, hətta dünyada da 2015-ci ilin ən böyük idman hadisəsi kimi birinci dəfə keçirilən Avropa Oyunları qeyd edildi.


- Əlbəttə Oyunların ilk dəfə keçiriliməsi bütün dünyanın diqqətini çəkdi. Təsadüfi deyil ki, Oyunlar təkcə Avropada deyil, planetin bütün digər qitələrində də canlı yayımlandı. 70-dən çox telekanal vasitəsilə dünyanın 130-dan çox ölkəsində izlənildi. Dünya idman tarixində yeni bir layihə həyata keçirilirdi. Buna görə də Bakı-2015 dünyada çox böyük maraq doğurdu. Bu yeni layihə, eyni zamanda, ona görə maraqlı idi ki, Olimpiya oyunlarının vətəni olan Avropanın ayrıca öz Oyunları heç vaxt olmamışdı. Halbuki digər qitələr olimpiadalardan əlavə, öz kontinental yarışlarını təşkil edirlər.

Təşkilatçı ölkə olaraq, biz çalışdıq ki, televiziya kanallarında, qəzet və jurnallarda, informasiya portallarında geniş məlumat yaymaqla, Avropanın paytaxt şəhərlərində təqdimatlar keçirməklə, Bakı-2015-ə diqqəti daha çox cəlb edək. Bu yarışlarda 50 ölkə iştirak edirdi. Qitənin güclü atletləri 20 idman növü üzrə yarışırdılar. Sadaladığım bütün bu amillər Oyunları, sözün əsl mənasında, idman bayramına çevirdi və böyük marağa səbəb oldu.

- Sizin üçün bu yarışların ən əhəmiyyətli məqamı, ən yaddaqalan epizodu hansı oldu?

- Bu möhtəşəm idman bayramının Azərbaycana həvalə olunduğu 2012-ci il dekabrın 8-də Roma Assambleyasından Azərbaycan prezidentinin qalibləri təltif etdiyi 29 iyun 2015-ci il tarixli toplantıyadak davam edən 31 aylıq prosesin hər bir epizodu mənim üçün yaddaqalan olub. Amma Oyunların açılış və bağlanış mərasimləri, idmançılarımızın 56 medalla ikinci ən güclü komanda olması, prezident İlham Əliyevin Oyunların təşkilatçılığını yüksək qiymətləndirməsi mənim üçün ən sevincli, həyəcanlı anlar idi.

- Bu Oyunlardan Azərbaycan, Avropa və dünya nə qazandılar?

- Sualınızı qısaca belə cavablandırım: Olimpiya miqyaslı bu yarış Azərbaycanın təşkilatçı ölkə kimi potensialını göstərdi, ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaratdı. Bütün dünya ölkəmizi demokratik, iqtisadi cəhətdən inkişaf etmiş dövlət kimi yaxından tanıdı, xaqlımızın qonaqpərvərliyinin şahidi oldu. Çünki idman təkçə yarış deyil, eyni zamanda böyük mədəniyyət bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümünəsidir.

Avropa indiyədək arzuladığı çoxnövlü və ən böyük yarışını reallaşdırdı. Dünyada isə yeni bir idman ənənəsinin əsası qoyuldu.

- Avropa Oyunlarında 2-ci yeri tutan Azərbaycan yığmasından, yəqin ki, IV İslam Həmrəyliyi Oyunlarında da yüksək nəticələr gözləməyə dəyər.

- Düzdür, İslam Həmrəyliyi Oyunlarının miqyası daha böyükdür. Avropa Oyunları yalnız bir qitənin yarışı idisə, bu yarışlar Avropa, Asiya və Afrika qitələrinin ölkələrini əhatə edəcək. Bu isə daha güclü idmançıların Azərbaycana gəlməsi deməkdir. Amma Azərbaycan idmançıları London Olimpiya Oyunlarının nəticələrinə görə, müsəlman ölkələri arasında 3-сü olublar. Bu isə Azərbaycanın İslam dünyasının ən güclü idman dövlətlərindən biri olmasının bariz nümunəsidir. Əslində, proqnoz verməyi xoşlamıram. Amma ümidvaram ki, idmançılarımız bu dəfə də xalqımızı sevindirəcəklər.

- İslam Həmrəyliyi Oyunlarına fəal hazırlıq fazasına nə vaxtdan keçiləcək?

- Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclasında cənab Prezident öz tapşırıqlarını verib və görüləcək işlər müəyyənləşib. Hazırlıq prosesinə start verilib və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin bazası əsasında Bakı İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi yaradılır. Oyunlara ilyarım vaxt qalır. Hələlik kiçik işçi qrupu səviyyəsində uzun müddət tələb edən işlər icra edilir. Tələbat yarandıqca, yeni kadrlar işə cəlb ediləcək. Oyunların keçiriləcəyi arenalar, açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Olimpiya stadionu, hətta atletlər və media kəndləri də indidən hazırdır. Qalan məsələlər də vaxtında həllini tapacaq. Akkreditasiya, qeydiyyat, təqdimat və digər bu kimi məsələlərə qarşıdakı aylarda start veriləcək. İnanıram ki, bu Oyunları da Avropa Oyunları səviyyəsində keçirəcəyik.

- Artıq 2016-cı ildə bizi, Formula-1 kimi məsuliyyətli bir yarış gözləyir.

- Azərbaycanın keçirdiyi ən məsul və mötəbər yarışlar sırasında bu avtomobil yürüşünün öz yeri olacaq. Avropa Qran Prisi Bakıda keçirilirsə, təşkilatçılığı da nümunəvi olmalıdır. Azərbaycanın avtomobil yürüşləri sahəsində müəyyən təcrübəsi var. Lakin Formula 1, ilk baxışda, cəmi bir neçə gün davam etsə də, infrastruktur baxımından böyük məsuliyyət və dəqiqlik, irihəcmli işlər tələb edən bir idman yarışıdır.
Bildiyiniz kimi, Formula 1 Avropa Qran Prisi şəhər trası hesab olunan Bakı Şəhər Halqasında baş tutacaq. Şəhər trekləri bir qayda olaraq müvəqqəti xarakter daşıyır və yarışdan həftələr öncə hazır vəziyyətə gətirilir. Bizim vəzifəmiz seçilmiş marşrut üzrə şəhər trasının üzərinə düşən avtomobil yollarının asfalt örtüyünün Beynəlxalq Avtomobil Federasiyasının (FIA) standartlarına uyğun dəyişdirilməsi, quyu qapaqlarının xüsusi açarlı qapaqlarla əvəz olunması, yarışın formatına uyğun yüksək sürətlə idarə olunacaq yarış avtomobillərinin hərəkətinə mane ola biləcək bəzi piyada səkilərinin modifikasiya olunması, bəzi yerlərdə işıqlandırma, kamera, işıqfor dirəklərinin, reklam lövhəsi, parkomat, yol hərəkəti nişanlarının yerinin dəyişdirilməsi işlərini vaxtında və ən yüksək səviyyədə başa çatdırmaqdır.

Bundan əlavə yarışa yaxın aylarda müvəqqəti konstruksiyalardan istifadə etməklə marşrut boyu yol kənarlarının hasarlanması, yarışlar zamanı piyadaların hərəkətində məhdudiyyət yaranmaması üçün yerüstü müvəqqəti keçidlərin, tamaşaçı tribunalarının, TV yayım mərkəzinin, Pit binasının, əyləncə zonalarının qurulması və sair zəruri müvəqqəti tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

- 2016-cı il ölkəmizdə daha bir irimiqyaslı yarışın keçirilməsi ilə yadda qalacaq. Sentyabrda Bakıda təşkil ediləcək şahmat üzrə dünya kuboku prizmasından şahmat olimpiadasına hazırlığı necə qiymətləndirmək olar?

- Dünya kuboku çox mötəbər bir yarışdır. Lakin istər dünya və qitə çempionatları, istərsə də kubok yarışlarının Azərbaycanda, hətta uzun müddət hazırlıq keçmədən rahat və uğurla təşkil edilməsi adi hal alıb. Çünki neçə illərdir həm nazirlik, həm Milli Olimpiya Komitəsi, həm də müvafiq federasiyalar böyük təcrübə toplayıblar. Gələn il dünyanın ən güclü və çoxsaylı şahmatçılarını Bakıya toplayacaq olimpiada bütün dünyanın diqqətini ölkəmizə yönəldəcək. Əminəm, biz bunun da öhdəsindən layiqincə gələcəyik.

- Regionlarda vətəndaşların qəbulu zamanı idmanla bağlı daha çox hansı məsələlər səslənir?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, regionlarda, ayrı-ayrı şəhərlərimizdə hər ay bir qrup rayonun sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıram. Bu, çox vacib məsələdir. Artıq üç ildir ki, bu görüşlər keçirilir və deyərdim ki, bu bizim vəzifəmizin icrasının tərkib hissəsinə çevrilib. Hər dəfə bölgələrdə olanda, insanlar həvəslə qəbula gələrək, problemlərini bizə çatdırırlar və bir çox halda biz həmin məsələlərin yerindəcə həllinə nail oluruq. Nazirliyimizin fəaliyyət sahəsinə aid olmayan məsələləri isə aidiyyatı üzrə müvafiq orqanlara ünvanlayırıq. Görüşlərə gələnlərin çoxu öz şəxsi problemlərindən söz açır, fəxri ada layiq olduqlarını israr edib, kömək istəyirlər. Biz də onların qaldırdığı məsələlərin müsbət həllinə çalışırıq. Lakin şəxsi məsələ ilə bağlı deyil, ümumi iş naminə maraqlı ideya və təkliflərlə gələnlər də çox olur. Qəbula gələnlər arasında bədən tərbiyəsi işçiləri, idmançıların bir çoxu yaşadıqları kəndlərdə idman qurğularının inşası məsələsində kömək istəyirlər.

- 2016-cı ilin ən böyük idman hadisəsi Rio Olimpiadası olacaq. Hazırlığın gedişi və qazanılan lisenziyalar Sizi qane edirmi?

- Ölkə başçısının hazırlıqla bağlı müvafiq sərəncamı var. Bu iş Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə təsdiq edilmiş Konsepsiyaya uyğun aparılır. Milli federasiyalarımız bu prosesdə fəallığı get-gedə daha da artırırlar. İdmançılarımız da gözlədiyimiz nəticələri nümayiş etdirirlər. Hələlik 29 lisenziya qazanılıb. Amma Olimpiya komandamız Rioya yola düşənədək onların sayının 50-dən çox olacağına inanırıq. Düzdür, London, Afina və hətta Pekinlə müqayisədə Rio de Janeyro bizim üçün çox uzaqdır. Buna görə də, idmançılarımızın yerli şəraitə uyğunlaşması əvvəlkilərdən daha mürəkkəb bir proses olacaq. Amma əminəm ki, təcrübəli mütəxəssislərimizin köməyi ilə idmançılarımız Braziliya iqliminə uyğunlaşacaq və vətənə böyük uğurla qayıdacaqlar.

- 2016-cı ildən nə gözləyirsiniz?

- Yalnız qələbə və xoş xəbərlər.

- Sonda ənənəvi sual: yeni ildə ölkəmizə, idmanımıza və gəncliymizə arzularınız?


- Gənclərimiz Azərbaycanın gələcəyidir. Əhalinin böyük çoxluğunu təşkil edən gənclərimiz arasında idmana maraq ilbəil artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə idmançılarımıza və ümumiyyətlə, gənclərimizə dayaq olmaqla, həm də onlara arxalanıb. Gənclərimiz, idmançılarımız da dövlətimizin başçısının etimadını doğrultmağa çalışırlar və buna nail də olurlar. Bundan sonra da idman ictimaiyyətimizə, gənclərimizə dövlətçiliyimizin inkişafı, müstəqilliyimizin möhkəmlənməsi yolunda belə qətiyyətli olmağı arzulayıram.

Söhbətləşdi: Qabil Mehdiyev

Xəbər 2283 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.12.2015 Pərviz Bağırov: “Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir”
20.11.2015 “Lisenziyanı Braziliyada qızıl medalla əvəzləmək istəyirəm” - MÜSAHİBƏ
05.11.2015 İlahə Qasımova: “Uşaqlıqda paqonlu qız olmaq istəmişəm” - MÜSAHİBƏ
17.09.2012 “Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
13.12.2011 Raqif Abbasov: Bu il paytaxt idmançıları üçün məhsuldar olub
01.12.2011 Murad Fərzəliyev: "Qazanılan etimadı qoruyub saxlamalıyıq”
14.10.2011 Raqif Abbasov: “Ümumilikdə götürdükdə, nəticələr qənaətbəxşdir”
14.10.2011 Əjdər Cəfərov: «Ötən aylar ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər»
25.06.2011 Dmitri Marşin: “Bu hələ başlanğıcdır”
16.05.2011 “London Olimpiadasında daha çox idmançı ilə təmsil olunacağıq”


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru