Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Neftçi İdman Klubunun futbol mütəxəssisləri bölgələrdə
Tarix: 30.09.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər
"Neftçi İdman Klubu” İctimai Birliyi Azərbaycan idmanının inkişaf etdirilməsində daim yaxından iştirak edib. Bu tarixi missiyasını indi də davam etdirən klub, mütəmadi olaraq yeniliklər axtarışındadır və ölkə idmanının yüksəlişi yolunda var gücü ilə çalışır.

Çoxsaylı idman növlərini özündə cəmləşdirən klubda son vaxtlar futbolun, xüsusilə də uşaq futbolunun daha da inkişaf etdirilməsi böyük önəm daşıyır və bu istiqamətdə yeni layihələrə artıq start verilib. Həmin layihələrin həyata keçirilməsi üçün "Neftçi İdman Klubu”nun rəhbərliyi tərəfindən müxtəlif addımlar atılmaqdadır. Belə ki, uşaq futbolunda çalışmış kateqoriyalı və təcrübəli mütəxəssislər bu işə cəlb olunub. Onların iştirakı ilə seleksiya xarakterli toplantılar, yarışlar keçirilir və istedadlı uşaqlar seçilərək klubun müxtəlif yaş qrupları üzrə komandalarına cəlb olunur.

Bölgələrdə uşaq futbolunu inkişaf etdirməyi və yeniyetmə istedadları tapıb üzə çıxarmağı qarşısına məqsəd qoymuş klub tərəfindən sentyabrın 29-da bu layihə çərçivəsində daha bir möhtəşəm tədbir keçirildi. "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun xüsusi tapşırığı əsasında klubun futbol mütəxəssislərindən ibarət böyük bir heyət Siyəzən rayonuna yollandı. Səfərdə məqsəd burada olan istedadlı uşaqların seçilməsindən ibarət idi. Rayonda fəaliyyət göstərən 8 müxtəlif məktəbin 200-ə yaxın şagirdinin qatıldığı tədbir həm uşaqların, həm də yerli sakinlərin böyük marağına səbəb oldu. Gün ərzində bu məktəblər arasında yarışlar keçirildi, onların şagirdlərinin oyunları klubun mütəxəssisləri tərəfindən izlənildi. Bütün yaş qrupları üzrə Siyəzən stadionunda təşkil olunan yarışlarda günün birinci yarısında böyüklər, ikinci yarısında isə daha kiçik yaşlı uşaqlar bacarıqlarını nümayiş etdirdilər.

"Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov və koordinatoru Azər Bağırovun rəhbərlikləri altında sözügedən rayona təşrif buyuran bütün yaş qruplarının baş məşqçilərindən və seleksiyaçılardan ibarət on nəfərlik heyət istedadlı uşaqların seçimini həyata keçirirdi. Onlar beş-beş olmaqla iki qrupa bölünmüşdülər. Oyunlar zamanı ilk hissədə birinci beşlik bir komandanın, ikinci beşlik isə digər komandanın iştirakçılarını izləyir, növbəti hissədə isə onlar izlədikləri komandanı digərinə dəyişirdilər. Beləcə, futbol mütəxəssisləri qarşılaşmaları izləyir, öz qeydlərini edir və fərqlənənləri seçirdilər. Seçilənlər arasında isə yenidən yarış keçirilirdi.

Beləliklə, günün sonunadək davam edən seleksiya xarakterli yarışlarda 1998-ci il təvəllüdlülərdən Fərrux Babazadə, 1999-cu il doğumlulardan Cavid Salahov, Amin Cəlilov, Natiq Əliyev, Şərifulla Xankişiyev, 2000-ci illərdən Bəhruz Cəfərov, Sənan Xudiyev, 2003-cü il təvəllüdlülərdən Cəmil Orucov, Nicat Məmmədov, Hüseyn Ağayev, Əli Ocaqquliyev, Aqil Babayev, 2004-cü illərdən Murad Balayev, Kənan Şirəliyev, Rəvan İsgəndərov, Elnur Adıgözəlov, Vasif İsayev, Coşqun Quliyev, 2005-ci il doğumlulardan Arif Dəmirov, Nahid Mahmudlu, Nicat Rəhmanov, 2006-cı il təvəllüdlülərdən isə Fariz Balabəyov və Kənan Bayramov kimi istedadlı futbolçular mütəxəssislər tərəfindən bəyənilərək ilk seleksiyadan uğurla çıxdılar. Gələcəkdə onların müvafiq yaş qrupları üzrə komandalara cəlb olunması nəzərdə tutulur.
Xəbər 700 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru