Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"Bakı-2015" birinci Avropa Oyunlarında sambo yarışları başlayıb.
Tarix: 22.06.2015 | Saat: 12:57:00 | E-mail | Çapa göndər
Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışda 8 çəki dərəcəsi üzrə idmançılar mübarizəyə aparır.
Azərbaycan yarışda tam heyətlə təmsil olunur.

Yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan samboçumuz Kənan Qasımov birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. Ukraynalı İvan Vasilçuku məğlub edən Kənan Qasımov yarımfinala yüksəlib. Növbəti mərhələdə samboçumuz Rusiya təmsilçisi Alsim Çernaskulov ilə qarşılaşacaq.

Daha bir samboçumuz birinci Avropa Oyunlarında qələbə qazanıb. İslam Qasımov (57 kq) Rumıniya təmsilçisi Ornaldo Qruiaya qalib gələrək Heydər Əliyev adına İdman Sarayında olan azarkeşlərimizi sevindirib. Yarımfinalda samboçumuzun rəqibi gürcüstanlı Vaxtanqi Çidraşvili olacaq.

Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Vasif Səfərbəyov makedoniyalı rəqibi Bajro Maşvokijə qalib gələrək yarımfinal adlayıb. Onun rəqibi Ukrayna idmançısı Razmik Tonoyan olacaq.


Qadınların 52 kiloqramdan aşağı çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Nəzakət Xəlilova dörddəbir final mərhələsində rumıniyalı Kordina Yuneskunu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Azərbaycan samboçusunun bu mərhələdəki rəqibi litvalı Ruta Aksionova olacaq.

Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan Amil Qasımov (74 kq) ilk görüşünü qələbə ilə başa vurub. Gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Onun növbəti rəqibi bolqarıstanlı Martin İvanov olacaq.

İlk görüşündə ukraynalı İvan Vasilçuku məğlub edən Kənan Qasımov (90 kq) yarımfinalda Rusiya təmsilçisi Alsim Çernaskulova uduzaraq bürünc medal uğrunda mübarizə aparacaq. Üçüncü yer uğrunda görüşdə Kənan Qasımov gürcüstanlı Davit Karbelaşvilini məğlub etməlidir.

Sambo üzrə dünya çempionu İslam Qasımov (57 kq) finala vəsiqə qazanıb. Rumıniya təmsilçisi Ornaldo Qruia və gürcüstanlı Vaxtanqi Çidraşvili üzərində qələbə samboçumuza finalda mübarizə aparmağa imkan verib. Qızıl medal uğrunda görüşdə samboçumuz Rusiya təmsilçisi Aymergen Atkunov ilə üz-üzə gələcək.

Yarışda qadınların 60 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan Azərbaycan samboçusu Şəhanə Hüseynova dörddəbir mərhələsində rusiyalı Yana Kostenkoya məğlub olaraq medal uğrunda mübarizəni dayandırıb.
64 kiloqramdan aşağı çəki dərəcəsində yarışan idmançımız Fəridə Qurbanova isə ilk görüşündə moldovalı Yekaterina Kretuya məğlub olub.
Bir digər qadın idmançımız Nərminə Əlizadə (-67 kq) dörddəbir final mərhələsində belaruslu Volha Namazavaya məlğub olaraq "Bakı-2015"-də medal uğrunda mübarizəni dayandırıb.

Avropa çempionu Vasif Səfərbəyov (100 kq-dan yuxarı) yarımfinalda Ukrayna idmançısı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib. Birinci Avropa Oyunlarının çempionu adını qazanmaq üçün samboçumuz rusiyalı rəqibi Artyem Asipenkodan üstün olmalıdır.

Azərbaycan samboçusu Nəzakət Xəlilova yarımfinalda litvalı Ruta Aksionovaya 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə adlayıb. İdmançımız finalda rusiyalı Anna Xaritonova ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Avropa və dünya çempionu, dünya kuboku yarışlarının qalibi Amil Qasımov (74 kq) ikinci qələbəsini qazanaraq finala yüksəlib. İlk görüşündə gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinalda bolqarıstanlı Martin İvanovu məğlub edib. Qızıl medal uğrunda görüşdə Amil Qasımov Belarus idmançısı Stepan Papov ilə görüşəcək.
Xəbər 1696 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
11.03.2022 Sambo üzrə Avropa çempionatı Serbiyanın Novi Sad şəhərində keçiriləcək
13.11.2021 Samboçumuz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
13.11.2021 Daha 3 samboçumuz dünya çempionatında mübarizə başlayır
13.11.2021 Azərbaycan samboçuları dünya çempionatının birinci gününü medalsız başa vurublar
12.11.2021 Azərbaycan samboçuları dünya çempionatında mübarizəyə başlayırlar
11.11.2021 Dünya çempionatında Azərbaycanı 5 samboçu təmsil edəcək
10.11.2021 Samboçularımız dünya çempionatında iştirak etmək üçün Daşkəndə yola düşüblər
18.10.2021 Samboçularımız dünya birinciliyində 6 medal qazanıblar
12.10.2021 Samboçularımız yeniyetmə və gənclər arasında dünya birinciliyində iştirak edəcəklər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru