Qadın voleybolçular arasında Azərbaycan Super Liqasınında mübarizə aparan “İqtisadçı” klubu, baş məşqçisi Emanuele Sbano ilə yollarını ayırıb. İdman.com.az saytının məlumatına görə, buna səbəb italiyalı çalışdırıcının işinin rəhbərliyə qane etməməsidir. Onun postu müvəqqəti olaraq, köməkçi məşqçi Eldar Əliyevə tapşırılıb.
Qeyd edək ki, Sbano “İqtisadçı”nı CEV kubokunun 2, Azərbaycan Super Liqasının isə 3 oyuna çıxarıb. Bu qarşılaşmalarda 3 qələbəsi olan mütəxəssis onlardan ikisini beynəlxalq arenada, 1-ini isə daxili çempionatda əldə edib.
|