Goal.com saytı xəbər verir ki, “Mançester Yunayted” “Southempton”un müdafiəçisi Lyuk Şou ilə razılığa gəlib.
18 yaşlı futbolçu təklifi qəbul edərək, həftəlik məvacibinin 160 min funt olması ilə bağlı razılıq verib. Məhz, “Mançester Yunayted”in futbolçuya etdiyi təkliflərdən sonra, “Çelsi” Lyuk Şou transferindən imtina edib.
Qeyd edək ki, bütün bunlara baxmayaraq, Mançester təmsilçisi hələ futbolçunun transferi üçün “Southempton”la razılaşmalıdı.
|