Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Saleh Bora: “Bizdən gözlənilən nailiyyəti qazanacağımıza inanırıq”
Tarix: 16.11.2011 | Saat: 14:28:00 | E-mail | Çapa göndər

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın məşqçisi Saleh Bora Azərbaycan Güləş Federasiyasının internet saytına müsahibə verib. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.

- Azərbaycan Güləş Federasiyası tərəfindən iş təklifini necə qarşıladınız?

- Azərbaycan Güləş Federasiyasından iş təklifi gəldiyi zaman, xüsusilə mən, bizim üçün belə bir vəzifəyə dəvətin böyük şərəf olduğunu düşündüm. Federasiya rəhbərliyi ilə görüş zamanı bizə lazımi şəraitin yaradılması müqabilində müvəffəqiyyət qazanacağımızı bildirdik. Bildiyiniz kimi, mən uzun müddət Türkiyə güləş milli komandasında məşqçi işləmişəm. Dünya güləşi, xüsusilə Azərbaycan güləşi barədə geniş məlumatım var. Lazımi işləri yerinə yetirsək, Azərbaycan güləşinin daha da uğurlu nəticələr qazanacağına inanırıq. Hər hansı bir digər komanda ilə işləmək təklifi gəlsəydi, qəbul edəcəyimi həqiqətən düşünməzdim. Çünki Türkiyə yığması ilə dünya çempionluğu, dünya ikinciliyi, Dünya Kubokunda, Avropa çempionatında ikinci yeri qazanmış iddialı bir komandamız vardı. Mən Azərbaycanın da hər zaman yüksək nəticələrə iddialı olduğuna inanıram.

- Azərbaycan və Türkiyə güləşçiləri turnirlərdə, çempionatlarda tez-tez qarşılaşırlar. Azərbaycan güləşi və güləşçiləri barədə məlumatınız hansı səviyyədə idi?

- Uzun illərdir, Azərbaycanda və Türkiyədə keçirilən turnirlərdə güləşçiləri müşahidə edirdim. Azərbaycan güləşində xüsusilə aşağı yaş kateqoriyasında çox güclü idmançılar var. Ancaq yaş artdıqca yuxarı yaş dərəcələrində uyğunlaşma problemi var. Türkiyədə də bu belədir, dünyada da. Aşağı yaş qruplarında yüksək nəticə göstərən idmançılar yuxarı yaş dərəcəsində eyni nəticəni göstərə bilmir. Azərbaycanın aşağı yaş qruplarındakı vəziyyəti dünyanın digər ölkələrindən daha yaxşıdır. Çünki aşağı yaş qrupundan davamlı olaraq yaxşı güləşçilər yetişir. Xüsusilə 55, 60, 66 və 74 kq çəki dərəcələrində həqiqətən çox keyfiyyətli və güclü idmançılar var. Ancaq 84, 96 və 120 kq çəkidə idmançıların sayı azdır. Təbii ki, bunlar bir gündə həll ediləcək problemlər deyil. Biz də mövcud problemlərin həllində əlimizdən gələni əsirgəməyəcəyik.

- AGF tərəfindən yaradılan şərait sizi qane edirmi?

- Hər şeydən çox məmnunuq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirik. Təbii ki, bu işlər bir adamın təkbaşına öhdəsindən gələcəyi işlər deyil, komanda işidir. Biz bura öz komandamızla gəldik. Sistemlə bağlı kiçik problemlər var idi, onları həll etdik. Bizdən gözlənilən nailiyyətdir, bu nailiyyəti qazanacağımıza inanırıq.

- Sizin rəhbərliyiniz altında yığmamız Moskvada ilk sınağına çıxdı. Heyətdə daha çox gənclərə üstünlük vermişdiniz. Turnirin nəticəsi sizi qane etdimi?

- İlk öncə qeyd edim ki, Rusiya və Bolqarıstan komandaları turnirdə əsas heyətlə iştirak edirdi. Türkiyə yığması da bəzi çəki dərəcələrində əsas idmançılarını gətirmişdi. Belarus yığması gənc heyətlə iştirak edirdi. Avropa Millətlər Kuboku turniri bizim əsas hədəflərimizdə nəzərdə tutmadığımız bir yarış idi. Bu turnir üçün xüsusi hazırlıq prosesi keçmədik. Əsas heyət üzvlərindən yalnız Rafiq Hüseynov bu turnirdə iştirak edirdi. Digərləri gənclərdən ibarət yığmanın üzvləri idi. Bizim əsas hədəfimiz 2012-ci ildə keçiriləcək London Olimpiya oyunlarıdır. Hətta Olimpiadada iştirakını nəzərdə tutduğumuz güləşçilərin bir çoxu gələn ilin martında Serbiyada keçiriləcək Avropa çempionatını buraxacaq. Çünki Avropa çempionatından qısa müddət sonra Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər başlayır. Bir idmançının bir il ərzində bir neçə dəfə zivəyə qalxması mümkün deyil. Bizim üçün önəmli olan lisenziya turnirlərində maksimum lisenziya qazanıb, Olimpiadada uğurla çıxış etməkdir. Təbii ki, bunun üçün görüləsi xeyli işlər və zaman var. Hələlik iki çəki dərəcəsində lisenziyamız var, digər 5 çəkidə bizi gərgin mübarizə gözləyir.

- AGF rəhbərliyinin əsas hədəfi Olimpiya Oyunlarında bütün çəkilərdə təmsil olunmaqdır. Sizcə, bu mümkün ola biləcəkmi?

- İstanbulda keçirilən Dünya çempionatında bəzi çəki dərəcələrində bir çox güclü idmançılar da lisenziya qazana bilmədi. Qarşıdakı lisenziya turnirlərində gərgin mübarizələr olacaq. Ancaq biz bu lisenziyaları qazanacağımıza inanırıq. Digər ölkələrə nisbətən hazırlıqlarımıza daha tez başlamışıq. Proqramımızı lisenziya turnirlərinə və Olimpiya Oyunlarına uyğun hazırlamışıq və ona görə fəaliyyətimizi qurmuşuq. Dəqiq rəqəm söyləmək çətindir, ancaq maksimum sayda lisenziya qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Məqsədimiz Olimpiya Oyunlarında maksimum sayda idmançı ilə iştirak etmək və medallar qazanmaqdır.

- Bir aydan artıqdır ki, Azərbaycan güləş yığmasında çalışırsınız. Yığma komanda sizdə necə təsir bağışladı, güləşçilərimizin hazırlıq səviyyəsi necədir?

- Qeyd etdiyim kimi, 55, 60, 66 və 74 kq çəki dərəcələrində həqiqətən çox güclü idmançılar var. Rövşən Bayramov, Həsən Əliyev, Vitali Rəhimov və Rafiq Hüseynov güclü idmançılardır. Bunların hər birinin Olimpiya Oyunlarında medal şansları var. Digər idmançılar da yaxşıdır. Saman Təhmasibi və Şalva Qadabadzenin çəkilərində güclü rəqabət var. Ağır çəkilərdə də dünyada rəqabət güclüdür. Ancaq Olimpiya Oyunlarında hər şey mümkündür. Bir ay yarımdır ki, burdayıq. İdmançılar məşq prosesində çox əzmkar və istəklidirlər. Onlardakı bu əzmkarlığı görəndə, biz də daha yüksək istəklə çalışırıq. Əsas məqsədimiz Azərbaycan güləşinin inkişafı üçün əlimizdən gələni edərək daha yüksək uğurlara nail olmaqdır.

- Azərbaycanda güləş milli idman növüdür və bu idman növünün azarkeşləri digərlərinə nisbətən daha çoxdur. Onlar hər zaman güləşçilərimizdən qələbələr gözləyir. Güləş azarkeşlərinə sözünüz nədir?

- Mən Azərbaycan azarkeşlərini türk azarkeşlərindən ayırmıram. Biz hamımız eyni irqdən, eyni kökdən gələn insanlarıq. Mənim fikrimcə, türk milləti nə düşünürsə, Azərbaycan milləti də eyni şeyi düşünür. Bizim uğurumuz onların uğuru olacaq. Güləş türklərin milli idman növüdür. Məncə, Olimpiya Oyunlarında həm Azərbaycanın, həm də Türkiyənin böyük nəticələr əldə edəcəyi idman növü güləşdir. Biz uğur qazanacağımıza inanırıq, bu inancımızı güləşçilərimizə də aşılamağa çalışırıq. Onlar da inandığı zaman heç bir problem olmayacaq. Həm türk, həm də azərbaycanlı azarkeşlərdən bizi daim dəstəkləmələrini gözləyirik.


Xəbər 1133 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.05.2024 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru