Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Prezident İlham Əliyev Avropa komanda çempionatının qalibi olmuş Azərbaycan şahmatçılarını qəbul edib
Tarix: 20.11.2013 | Saat: 21:20:00 | E-mail | Çapa göndər
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul edib.
Prezident İlham ƏLİYEV şahmatçıları təbrik edərək dedi:
- İlk növbədə, sizi əldə edilmiş böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın şahmat komandası Avropa çempionudur. Bu, böyük tarixi qələbədir. Artıq ikinci dəfədir ki, biz Avropanın birinci komandası kimi özümüzü dünyaya təqdim edirik. Bu, onu göstərir ki, bu qələbə təsadüfi deyildir. Artıq bir dəfə Azərbaycan Avropa çempionu olmuşdur, bu, ikinci dəfədir. Hesab edirəm ki, Avropanın şahmat tarixində bu qələbə öz yerini tutacaqdır.
Bu qələbə məni çox sevindirir. Çünki bu, bir daha Azərbaycanda şahmatın inkişafını göstərir. Şahmatın inkişafı ölkəmizin ümumi intellektual potensialını əks etdirir. Çünki idman növləri arasında şahmat intellektual idman növüdür. İdmançılarımızın - şahmatçılarımızın bu qələbəni əldə etmələrinin təməlində Azərbaycan xalqının istedadı dayanır. Biz Avropa ölkələri arasında birinciyik. Bildiyiniz kimi, ən qabaqcıl texnologiyalar, ən mütərəqqi ixtiralar Avropa məkanında mövcud olur. Avropada birinci olmaq, intellektual oyunda birinci olmaq Azərbaycan xalqının intellektual potensialını bir daha göstərir.
Bu qələbə tarixi qələbədir, çox böyük rəmzi məna daşıyır. Bilirəm ki, bu qələbə çox gərgin mübarizədə əldə edilibdir. Qələbənin xüsusiyyəti ondan ibarətdir ki, bu, komanda qələbəsidir. Yəni, tək insanın, idmançının qələbəsi deyildir. Yəni, bu, komanda potensialının, şahmatın səviyyəsinin nə qədər güclü olduğunu göstərir.
Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir. Şadam ki, biz indi 1970-ci illərdə yaranmış ənənəni bərpa etdik. Bildiyiniz kimi, o vaxt ulu öndər Heydər Əliyev tərəfindən aparılan siyasət nəticəsində hər bir şəhərdə şahmat məktəbi açılırdı. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, ancaq hətta o şəraitdə müstəqil siyasət aparırdı. Azərbaycan Sovet İttifaqında şahmata olan diqqəti ilə daim seçilirdi.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində şahmat məktəblərinin böyük hissəsi bağlandı, ya özəlləşdirildi, ya da ki, o yerlərdən başqa məqsədlər üçün istifadə olundu. Ancaq ondan sonra biz yenidən bu məktəbləri bərpa etməyə başladıq. Demək olar ki, indi hər bir şəhərdə müasir şahmat evləri, məktəbləri vardır və mən demək olar ki, bütün rayonlarda şahmat məktəblərinin açılışlarında iştirak etmişəm. Görəndə ki, 4-5 yaşında uşaqlar şahmatla məşğul olurlar, əlbəttə, bu, məni çox sevindirir. Çünki Azərbaycan gəncliyinin həm peşəkarlığı, həm bilikləri, həm istedadı bizim ümumxalq işimizdir.
Bu gün şahmatın inkişafı Azərbaycanda demək olar ki, hər bir bölgədə özünü büruzə verir. Şahmat məktəblərində bizim görkəmli şahmatçıların şəkilləri də asılıbdır. Mən balaca uşaqlarla söhbət əsnasında deyirəm ki, yaxşı məşq edin, şahmatı yaxşı öyrənin ki, siz də çempion olasınız, bax bizim görkəmli çempionlar kimi sizin də şəkilləriniz bu məktəblərdə asılsın.
Yəni, sizin qələbənizin xüsusiyyəti və önəmi, o cümlədən ondan ibarətdir ki, əminəm, bu, Azərbaycanda şahmatın inkişafına yeni təkan verəcək, şahmat məktəblərinə uşaqların axınını təmin edəcək və şahmatın Azərbaycanda populyarlaşması üçün yeni səhifə açacaqdır. Ona görə qələbənizin çox böyük əhəmiyyəti vardır. Bu, Azərbaycan dövlətinin nüfuzu üçün çox vacibdir. Çünki Azərbaycan Avropada özünü intellektual mərkəz kimi də təqdim etmişdir.
Bizim idmanın bütün növləri üzrə yaxşı nəticələrimiz vardır və fiziki güc tələb edən idman növlərində Azərbaycan böyük qələbələrə imza atmışdır. Keçən Olimpiya Oyunlarında idmançılarımız dünyada 30-cu və Avropada 15-ci yerə layiq görülmüşlər. Universiadada da, İslam Həmrəyliyi Oyunlarında idmançılarımız daim yüksək pillədədir. Ancaq intellektual oyunda – şahmatda Avropada birinci olmaq bu, doğrudan da tarixi nailiyyətdir. Bu, çox sevindirici haldır və Azərbaycan dövlətinin intellektual potensialını göstərir.
Onu da qeyd etməliyəm ki, komandamızın üzvlərinin hamısı gənclərdir. O gənclər ki, bax bu salonda ulu öndər Heydər Əliyev ilə görüşərək şəkil çəkdirmişdilər, ondan xeyir-dua və tövsiyə almışdılar.
Komandamızın üzvləri müstəqillik dövründə formalaşıblar, müstəqillik dövründə böyüyüblər və bir daha bu qələbə müstəqilliyimizin üstünlüklərini göstərir. Sovet dövründə təsəvvür etmək çətin idi ki, Azərbaycan komandası hətta sovet məkanında birinciliyə imza atsın. Ancaq bu gün Avropa qitəsində Azərbaycan birincidir. Bu, böyük tarixi qələbədir və bir daha demək istəyirəm ki, məni çox sevindirir, Azərbaycan xalqını sevindirir. Bu qələbə bizim qürur mənbəyimizdir. Biz Avropaya, dünyaya göstəririk ki, Azərbaycan intellektual inkişaf baxımından heç kimdən geridə qalmır. Göstəririk ki, bizim uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, düzgün atılmış addımlar dayanır. Sizin qələbəniz əlbəttə, əminəm ki, gələcəkdə şahmatın inkişafına yeni təkan verəcəkdir, qeyd etdiyim kimi, şahmat bölmələrinə, məktəblərə axını təmin edəcəkdir.
Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir, dünya miqyasında özünə layiq yer tuta bilmişdir, bütün proseslərdə fəal iştirak edir. Daxili siyasətlə bağlı Azərbaycanda aparılan islahatlar bu gün dünyada öyrənilir. Son on il ərzində Azərbaycan iqtisadi sahədə dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişdir. Xarici siyasətlə bağlı deməliyəm ki, bu gün Azərbaycan dünyanın bir nömrəli orqanı olan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan idman sahəsində böyük uğurlara nail olubdur. Sizin qələbəniz son illər ərzində əldə edilən bütün bu uğurları tamamlayır. Yəni, ona çox bariz bir əsaslandırma əlavə edir. Bax, budur bizim uğurlarımızın səbəbi. Bizim uğurlarımızın səbəbi Azərbaycan xalqının istedadıdır, yüksək intellektual potensialıdır və gənclərimizin peşəkarlığı və vətənpərvərliyidir.
Bu gün Azərbaycan şahmat aləmində ən yüksək yerlərdədir. Təsadüfi deyildir ki, Dünya Şahmat Olimpiadası da Azərbaycanda keçiriləcəkdir. Bu qərarın qəbul edilməsində təkcə bizim təşkilatçılıq qabiliyyətimiz dayanmır, o cümlədən şahmatçıların uğurları və qələbələri burada öz rolunu oynamışdır. Mən əminəm ki, digər mötəbər yarışlar kimi, Dünya Şahmat Olimpiadasını da biz yüksək səviyyədə keçirəcəyik.
Azərbaycan indi müxtəlif tədbirlərə ev sahibliyi edir, siyasi, iqtisadi forumlar keçirilir. Birinci Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Ondan iki il sonra İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası keçiriləcəkdir. Yəni, bütün bu hadisələr bir daha ölkəmizin dinamik inkişafını göstərir və beynəlxalq siyasi, iqtisadi, humanitar, idman elitasının Azərbaycana olan münasibətini əks etdirir.
Sizi bu gözəl qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə yeni qələbələr, yeni uğurlar arzulayıram.
X X X
Komandanın üzvü Şəhriyar MƏMMƏDYAROV əldə olunan qələbələrin ölkədə şahmatın inkişafına göstərilən qayğının təzahürü olduğunu bildirərək dedi:
- Cənab Prezident, milli komandanın bütün şahmatçıları adından Sizə təşəkkür edirik, “Çox sağ olun” deyirik ki, dəyərli vaxtınızı ayırıb bizi qəbul etmisiniz. Əslində bu, sadəcə bir görüş deyildir. Sizin hər bir böyük qələbədən sonra bizimlə görüşünüz bizi daha yüksək qələbələrə, daha da yaxşı nəticələr göstərməyə, həvəslə məşğul olmağa ruhlandırır. Çünki 2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı qəbul edilmişdir. Bu Proqramın nəticəsində Azərbaycanın bütün bölgələrində, rayonlarında, hər bir yerində şahmata çox böyük fikir verilir. Ona görə də bütün bu nəticələr, Avropa çempionatında uğurlarımız Sizin şahmata diqqət və qayğınızın nəticəsidir. Son 6 ildə biz 4 Avropa çempionatında iştirak etmişik. Bu çempionatların dördündə də medal qazanmışıq. Heç bir Avropa ölkəsi belə nəticə göstərə bilməyib. İnanmıram ki, kimsə, hansısa ölkə bunu təkrarlaya bilsin. Azərbaycan milli komandası iki dəfə Avropa çempionu olub. Qarşımızda duran əsas məqsəd əlbəttə ki, 2015-ci il Dünya Kubokunda, 2016-cı il Şahmat Olimpiadasında qələbə qazanmaqdır. Bütün şahmatçılar adından söz veririk və çalışacağıq ki, bundan sonra da Azərbaycanı layiqincə təmsil edək. Azərbaycanın adı həmişə bizim üçün birinci olub. Biz şahmatçılar çalışırıq ki, getdiyimiz yarışlarda Azərbaycanın birinci olduğunu sübut edək. Zənnimcə, bu, bizdə pis alınmır. Gələcəkdə də çalışacağıq ki, daha yaxşı olsun.
Çox sağ olun.
X X X
Prezident İlham ƏLİYEV: Sağ olun, siz Azərbaycanın bayrağını, Azərbaycanın şöhrətini yüksəklərə qaldırmısınız. Bir daha demək istəyirəm ki, bu qələbənin xüsusi yeri vardır. Çünki mən dəfələrlə demişəm, Olimpiya Oyunları elə bir yarışdır ki, burada ölkələr öz imkanlarını ortaya qoyurlar. Bəlkə də dünya miqyasında yeganə bir yarışdır, ya müsabiqədir ki, orada ölkələrin idman reytinqi açıq-aydın özünü göstərir. Çünki başqa sahələrdə mütəxəssislər üçün hansı ölkənin hansı ölkədən daha irəlidə olmasının təhlilini aparmaq imkanı vardır. Misal üçün, iqtisadi sahədə hansı ölkənin daha da irəlidə olmasını müəyyənləşdirmək üçün müxtəlif meyarlar vardır. Adi vətəndaş üçün bunlar bir çox hallarda o qədər də aydın deyildir. Yaxud da, ölkələrin siyasi çəkisi nə ilə ölçülür? Əlbəttə ki, müəyyən parametrlər vardır. Ancaq idmanda, xüsusilə Olimpiya Oyunlarında bu, açıq-aydın göstərilir. Hansı ölkə birinci yerdədir, ikinci yerdədir, üçüncü yerdədir. Ona görə, Olimpiya Oyunlarında idmançılarımızın dünya miqyasında 30-cu yerə çatması və Avropada 15-ci yerə layiq görülməsi ölkəmizin idman potensialını göstərir.
Bu çempionat isə Avropa ölkələrinin intellektual potensialını göstərir. Bu, intellektual yarış idi. Bu, zəka, ağıl yarışı idi. Bu qələbə onu deməyə əsas verir ki, Avropanın ən ağıllı insanları Azərbaycanda yaşayırlar. Bax, budur bu qələbənin əsas mahiyyəti. Bu gün Azərbaycan bu qələbə ilə bir daha özünü intellektual mərkəz, Avropanın intellektual mərkəzi kimi göstərir. Ona görə bu qələbənin doğrudan da çox böyük mənası vardır. Bu, bir daha onu göstərir ki, bizim xalqımız nə qədər istedadlıdır, ağıllıdır.
Avropa qitəsində birinciliyi əldə etmək tarixi qələbədir. Ona görə sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbə tarixdə qalacaqdır. Azərbaycan iki dəfə Avropa çempionu olmuşdur. Biz bütün Avropa çempionatlarında medal qazanmışıq. Yəni, bu qələbənin böyük əsası vardır. Sizi bir daha təbrik edirəm, Sizə gələcək uğurlar arzulayıram. Federasiyanın bütün işçilərini də, Gənclər və İdman Nazirliyini də təbrik edirəm. Bu, ümumi səylərinizin məhsuludur.
X X X
Sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq HƏSƏNOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, mən ilk növbədə şahmat ictimaiyyəti, şahmatçılar adından yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm ki, Siz həmişə xalqımızın lideri olasınız. Çünki bizim bütün qələbələrimiz Sizin adınızla bağlıdır.
Siz çox gözəl dediniz ki, 1970-ci illərin sonunda Ulu Öndərimiz tərəfindən Azərbaycan şahmat məktəbinin bünövrəsi qoyulmuşdur. O vaxtlar yuxuda da görə bilməzdik ki, bir neçə il keçəcək, yəni, 20-30 ildən sonra Azərbaycan Avropanın ən güclü şahmat ölkəsi kimi tanınacaqdır. Əlbəttə, o vaxt çox böyük işlər görülmüşdür, şahmat məktəbləri açılmışdır. O vaxt əsas məqsəd uşaqları cəlb etmək idi. Bu məqsəd sosial xarakter daşıyırdı. O vaxt bizim rayonlarımızda heç bir nəfər də şahmatçı yox idi. Bilirsiniz ki, Azərbaycanın nəinki milli komandası, hətta gənclərin komandasının üzvləri yox idi. Lakin sonralar get-gedə, nəhayət müstəqillik dövründə vəziyyət tamam dəyişdi. Ulu Öndərimiz 1998-ci ildə bu uşaqları, - o vaxt hələ uşaq idilər, 10 yaşları var idi, - qəbul etdi və onlara dəstək, kömək, maddi yardım göstərdi. Bilirsiniz ki, o çətin illərdə bu, böyük uzaqgörənlik idi. Ulu Öndər bilirdi ki, bu uşaqların gələcəyi vardır və o illərdə maddi yardım çox böyük məna daşıyırdı. Çünki şahmatçının inkişafı üçün mütləq məşqçi, turnirlərdə iştirak etmək lazım idi. Ulu Öndər bilirdi ki, doğrudan da istedadlı uşaqlar gələcəkdə ölkəmizi dünyada belə tanıdacaqlar, ona görə onlara dəstək olurdu, onların əlindən tuturdu. Mən çox təəssüf edirəm ki, Ulu Öndərimiz indi yoxdur, qələbənin şahidi olub görərdi ki, onun yetirmələri dünyada necə tanınmış şahmatçılardır.
Şahmat məktəblərinin Sizin tərəfinizdən yenidən qurulması Azərbaycanda şahmatın inkişafına yeni təkan verdi. Sizin hər hansı bir şahmat məktəbində olmağınızdan, uşaqlarla görüşməyinizdən sonra oraya çox axın olur, çox uşaq gəlir. Misal üçün, Naxçıvanda şahmat məktəbinin açılışında iştirakınızdan sonra burada şahmata yazılanların sayı sürətlə artıb. Deyirlər ki, Sizin açılışda iştirakınız uşaqlarda şahmata böyük maraq yaradıb. İndi Naxçıvan Muxtar Respublikası şahmatın sürətlə inkişaf etdiyi bir yerdir. Mən bir daha Sizə minnətdarlığımı bildirirəm ki, nəinki şahmatçılara, bütün idmançılara yüksək diqqət göstərirsiniz. Siz onları həm maddi, həm də mənəvi cəhətdən həvəsləndirirsiniz. İlin sonunda onlara mükafat verirsiniz. Bu Sizin şahmata, idmana olan münasibətinizin göstəricisidir. Mən hər dəfə vurğulayıram, vaxt gələcək idmançılarımız deyəcəklər ki, biz qızıl əsrdə yaşamışıq. Cənab Prezident, Sizin dövrünüzdə doğrudan da idmançılar qızıl əsrdə yaşayırlar. Bir daha Sizə minnətdaram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3169 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru