Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İstanbuldakı yeni qələbələr uğurlarımızın təntənəsidir
Tarix: 20.09.2011 | Saat: 09:52:00 | E-mail | Çapa göndər

Ötən həftə İstanbulda keçirilmiş dünya çempionatı Azərbaycan güləşi tarixində xüsusi yer tutacaq. Böyük uğurlar yoluna qədəm qoymuş pəhləvanlarımız idman tarixində yeni səhifələr açdılar. Əgər milli komandalarımız 2007-ci ildə Bakıda təşkil edilmiş lisenziya xarakterli analoji yarışda 2 medal (1 qızıl, 1 bürünc) və Pekin olimpiadasına 5 vəsiqə qazanmışdılarsa, bizə doğma digər məkanda - Türkiyənin mədəni paytaxtında bundan daha artığına nail oldular. Bahadırlarımız ümumilikdə 7 lisenziyaya sahib çıxdılar; 2 qızıl, 1 gümüş və 5 bürünc medala yiyələndilər.


Həsrətə son qoyuldu

Reqlamentə əsasən, güləş xalçası üzərinə birinci yunan-Roma güləşçiləri çıxdılar. Qələbə müjdəsi də elə ilk gündə gəldi. Xeyli aradan sonra cari mövsümdə böyük idmana qayıdan Rövşən Bayramov (55 kq) əvvəllər çox yaxın olduğu, amma yetişmədiyi dünya çempionluğuna qovuşdu. 2006-cı ildə finalda iranlı Həmid Soruiana uduzan təcrübəli pəhləvan, ötən il Danimarkada 3-cü oldu. Budəfəki “qızıl” isə onun medal boğçasını dəst etdi.

2 dəfə Avropada ən güclü olmuş Rövşənin indi fəth etmədiyi bir zirvə - olimpiya çempionluğu qalır. Ümumilikdə isə o, yunan-Roma güləşi salnaməmizə bu yarışlarda qalib adı qazanmış sayca 9-cu dünya çempionu kimi düşdü. İdman ictimaiyyəti ötən ilin qitə və dünya çempionu Həsən Əliyev (60 kq), Pekin olimpiadasının gümüş mükafatçısı Vitali Rəhimov (66 kq) və hazırkı Avropa çempionu Rafiq Hüseynovdan (74 kq) böyük uğur gözlədiyi halda, Londona lisenziyanı yığma kollektivin yeni üzvü Saman Təhmasibi qazandı. 84 kq-da mübarizədə pəhləvan 1/32 finalda hindistanlı Kumar Manoju, sonra tunisli Xaykel Aşuru rəqabətdən kənarlaşdırıb. Növbəti mərhələdə Albert Səlimova uduzsa da, belaruslu idmançı finala qədər irəlilədiyindən, o, təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Bu mərhələdə təmsilçimiz qırğızıstanlı Lanarbəy Kenjeyevə (1:0, 0:3, 2:0), ardından xorvatiyalı Nenada Zaquxaya (2:0, 0:1, 1:0) qalib gələrək, istəyini gerçəkləşdirib. Saman, yekunda yarışı bürünc medalla bitirə bilərdi. Amma zədəsi onu finlandiyalı Rami Hyetanemi ilə görüşə çıxmağa imkan verməyib.

Milli komandamızın liderlərindən sayılan Həsən Əliyevə gəlincə, o, lisenziyanın bir addımlığında budrəyib. Təəssüfverici məqam odur ki, dünya çempionumuz 1/4 finalda güləşin zəif inkişaf etdiyi ölkənin nümayəndəsi, heç kəsin tanımadığı venesuelalı Lopes Lyendoya uduzub. Eyni aqibəti Vitali Rəhimov da yaşayıb: startda danimarkalı Frederik Byerrexusa, sonra eynilə meksikalı İvan Barrakana hər 2 hissədə kiçik üstünlüklə qalib gələn titullu bahadır (1:0, 1:0), növbəti görüşdə elə bu tərzdə koreyalı Hyun-Vun Kimə uduzub. Digər təcrübəli idmançımız Şalva Qadabadze (96 kq) ümidləri doğrultmayıb; planetin ən güclülərinin yarışında debüt edən Məsud Həşimzadənin (120 kq) çıxışı da uğursuz olub.

Umumən, 1 qızıl medal qazanan yığmamız 21 xalla komanda hesabında 7-ci yeri tutub.

Mariya Stadniki düşündürəcək məqam

Sentyabrın 14-də mübarizəyə qadın güləşçilər qoşulublar. Medal ümidlilərimizdən sayılan Mariya Stadnik (48 kq) finala qədər maneəsiz irəliləyib. Qazaxıstan, ABŞ və Kolumbiya təmsilçilərinə böyük hesabla qalib gələn dünya çempionumuzdan rəqiblər cəmi bir xal ala biliblər. Həlledici görüşdə titullu idmançımızın qarşısına yapon güləşinin canlı əfsanələrindən Xitomi Sakomoto çıxıb. 51 kq-da 6-qat dünya çempionu olmuş Sakomoto, ötən il Moskvada keçirilmiş analoji yarışa aşağı çəkidə qatılıb. Mariyanın iştirak etmədiyi bu mötəbər yarışda da asiyalı pəhləvan sonda baş mükafata sahib çıxmışdı. Çəkisini dəyişməsində onun məqsədi aydındır: olimpiya oyunlarında iştirak hüququ verən 48 kq-da “dördilliy”ə vəsiqə qazanıb, medal kolleksiyasına çatışmayan yeganə yüksək əyarlı mükafatı - “olimpiya qızılı”nı əlavə etmək. O, arzusunun bir hissəsini İstanbulda gerçəkləşdirdi: Londona vəsiqə qazandı. Üstəlik, yenə dünya çempionluğu sevincini yaşadı. Belə getsə, yapon idmançı Dumanlı Albionda da arzusunu reallaşdıracaq. Bizim güləşçimizin düşünmək, ən təhlükəli rəqibini mükəmməl öyrənmək üçünsə xeyli zamanı var.

Stadnikin Sakomoto ilə görüşü, təbii ki, çox gərgin və baxımlı keçdi. Xitomi ilk hissədə 2:0 irəlidə olarkən, son saniyələrdə Mariyanın 3 xal qazanması azarkeşlərdə qələbəyə müəyyən ümid yaratdı. Çünki həmişə ilk hücum edən və tərəf-müqabilini bir andaca udmağı xoşlayan Stadnikin bu mübarizədə həmlələrinin qarşısı yüksək ustalıqla alınırdı. Çox çevik olan rəqibini ani vəziyyətdə yaxalayan Xitomi növbəti hissədə vəziyyəti bərabərləşdirdi (1:0). Təmsilçimizin həlledici anda cəhdləri bir fayda vermədi və yapon güləşçi minimum üstünlüklə (1:0) qələbəni bayram etdi.

Milli komandamızın liderinin ardından Patimat Baqomedova (51 kq) fəxri kürsüyə çıxıb. İlk mübarizədə monqol Otqontsetsequ Daavasuxa uduzan təmsilçimiz, ümidini üzməyib. Rəqib finala qədər irəlilədiyindən o, təsəlliverici görüşlərə qatılıb. Almaniyalı Aleksandra Engelhartı üstələyən güləşçimiz, 3-cü yer uğrunda qarşılaşmada hindistanlı Rati Nehoyu da məyus edərək (1:0, 1:0), bürünc mükafata sahib çıxıb.

Sona Əhmədli (59 kq) dünya çempionatında bürünc medala sahib olub. Mübarizəyə 1/16 finaldan başlayan güləşçimiz, ardıcıl olaraq, qazaxıstanlı Olqa Kalininanı, rusiyalı Valeriya Jolobovanı və belaruslu Nadejda Mixalkovanı məyus edib. Yarımfinalda ukraynalı Qana Vasilenkoya uduzandan sonra, bürünc medal uğrunda görüşdə kanadalı Amanda Gerharda qalib gəlib (1:0, 2:1).

Əfsuslar olsun ki, Londona lisenziya verən çəkilərdə mübarizə aparan təmsilçilərimiz - Yuliya Ratkeviç (55 kq), Gözəl Zutova (63 kq) və Dina İvanova (72 kq) ümidləri doğrultmayıblar. Bu, ötən cəhdlə müqayisədə, vəsiqə qazanılması baxımından, çox aşağı göstəricidir. 4 il öncə Bakıda keçirilmiş eyni yarışda Pekin olimpiadasına 3 lisenziya əldə olunmuşdu.
2-qat Avropa çempionu Nadejda Sementsova (67 kq) da imkanından aşağı səviyyədə çıxış edib.

Umumilikdə, 1 gümüş və 2 bürünc mükafata sahib çıxan xanım güləşçilərimiz 31 xalla komanda hesabında 6-cı sıranı tutublar.
Ötən şənbə meydan, nəhayət, sərbəst güləşçilərə verilib. Həmişə olduğu kimi, yenə bu növdə mübarizə aparan pəhləvanlarımız fərqləniblər; ardıcıl 3-cü dəfə dünya çempionatlarında ümumilikdə 4 medal qazanıblar. Yığma komandamızın aşkar lideri Xetaq Qazyumovun (96 kq), təcrübəli Zəlimxan Hüseynovun (60 kq) və istedadlı bahadır Mahmud Məhəmmədovun (55 kq) uğursuzluğa düçar olması sözü gedən mötəbər yarışda Azərbaycan himninin səslənməsi ümidlərini xeyli azaltmışdı. Amma gözlənilmədən Şərif Şərifovun (84 kq) yüksək bacarıq nümayiş etdirməsi son zamanlar dünya güləşində formalaşan öncüllük şərəfimizi qorumuş oldu.

Gələcək çempion mübarizəyə 1/32 finaldan qoşulub. Onun ilk rəqibi koreyalı Çan-Uk Yun olub. Ona 6:0, 2:0 hesabı ilə qalib gəlmiş təmsilçimiz, növbəti mərhələdə Kael Sandersondan (ABŞ) üstün olub - 3:1, 4:1. Qazaxıstanlı Ernek Baydauşovla görüşdə də qələbə qazanan həmyerlimiz (3:0, 3:0), 1/4 finalda iranlı Əlirza Qudarzini məğlub edərək (2:1, 3:1), London olimpiadasına lisenziyanı özünə təmin edib.
Yarımfinalda rusiyalı Albert Şərifovu (3:1, 4:3) üstələyən pəhləvanımız, həlledici qarşılaşmada ukraynalı dünya çempionu İbrahim Aldatova hər 2 hissədə imkan verməyib (1:0, 2:0). Ümumilikdə isə, bu yarışlarda o, sərbəst güləş tariximizdə Aydın İbrahimov (57 kq; 1963), Xəzər İsayev (62 kq; 1986), Arif Ablullayev (60 kq; 2003) və Xetaq Qazyumovdan (96 kq; 2010) sonra, qalib adını qazanmış 5-ci pəhləvan oldu.

Umumi komanda hesabında “sərbəstlər” 37 xalla 4-cü yeri tutdular.
Mötəbər yarışın son günü bizim üçün daha məhsuldar alınıb. Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) Londona vəsiqə qazanmaqla yanaşı, bürünc mükafata da yiyələniblər.
Qeyd edək ki, görüşü idarə edən hakimlər briqadasında 2 olimpiya dərəcəli referimiz _ Əjdər Cəfərov və Hicran Şərifov yer alıblar. Onlar FİLA hakimlər komitəsi tərəfindən yüksək qiymətlər alıblar.

Bu uğurlar güləş tariximizdə yeni səhifələrlə yer alacaq. Lakin digər idman növlərində olduğu kimi, böyük nailiyyətlərin özünün də, hər 4 ildən bir, başqa və tam fərqli böyük sınaq meydanı var. Bu, olimpiya oyunlarıdır. Azərbaycanda tarixi ənənələri olan bir növün üzərinə isə bu mənada böyük yük düşür. Hər dəfə uğurdan söz düşəndə, ilk növbədə, bahadırlarımızın adları çəkilir. Üstəlik, pəhləvanlarımız müstəqilliyimiz dövründə hər olimpiadada Vətənə uğur payı bəxş etməklə, bunun əsassız olmadığını göstəriblər. Digər tərəfdən, olimpiya uğurları təkcə zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da, cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla, inkişaf səviyyəsinin göstəricisidir. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu nəticələrin imtahan məqamı isə qarşıdakı 1 ildə də qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, 2012-ci ildə London Olimpiadası deyəcək.

Kamran HACI


Xəbər 1104 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.05.2024 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru