Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Quliyev Dilqəm Qasım oğlu
Tarix: 25.01.2006 | Saat: 09:59:00 | E-mail | Çapa göndər
Quliyev Dilqəm Qasım oğlu 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində (indi bu kənd Kəngərli rayonu inzibati ərazisinə daxildir) anadan olub. 1958-1967-ci illərdə Şahtaxtı kənd orta məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə 1967-ci ildə Culfa rayonunun yol nəqliyyatında fəhləliklə başlayıb.
1968-1970-ci illərdə Lipetski şəhərində hərbi xidmətdə olub.
1970-ci ildə beşnövçülük üzrə idman ustası normasını yerinə yetirib. 1972-ci ildən isə sərbəst güləş üzrə idman ustasıdır.
1972-ci ildə Bakı Maliyyə-Kredit Texnikumunu bitirib. 1973-74-cü illərdə Naxçıvan MR Şərur Rayon Xalq Maarif Şöbəsində baş mühasib vəzifəsində çalışıb. 1972-1974-cü illərdə əvəzçilik üzrə Naxçıvan MR «Spartak» Könüllü İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqçi vəzifəsində çalışıb. 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsinə qəbul olunub və 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
1978-ci ildə təyinatla həmin institutun «Güləşmə və onun metodikası» kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1984-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu) dissertantı olub.
1989-cu ildə müəllim, 1990-cı ildə baş müəllim vəzifəsində çalışıb. 1991-2001-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tərbiyə işləri üzrə prorektoru, 2001-ci ildən indiyədək isə idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. O, 1972-1999-cu illər ərzində müəllimliklə yanaşı məşqçilik fəaliyyətini də davam etdirmişdir.
1994-cü ildə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi və Bədən Tərbiyəsi və İdman Əlaçısı adlarına layiq görülüb.
Pedaqoji elmlər namizədi, əməkdar məşqçidir. AAK-ın qərarı ilə 1996-cı ildə dosent, 2004-cü ildə isə professor adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2001-ci ildə «Tərəqqi» medalına, 2006-cı ildə isə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adına layiq görülüb.
Azərbaycan Olimpiya Akademiyasının “Kütləvi İdman” bölməsinin sədri, ADBTİA-nin «İdmançı» qəzetinin baş redaktorudur.
Dilqəm Quliyevin indiyədək 300-ə yaxın əsəri və 300-dən yuxarı elmi-pedaqoji və publisistik məqalələri (80-dək kitab, 3 dərslik, 24 monoqrafiya, 7 dərs vəsaiti, 7 tədris vəsaiti, 21 metodik vəsait, 10 metodiki göstəriş, 3 metodiki tövsiyə, 29 jurnal məqaləsi, 2 dərslik məqaləsi; 1 proqram) çap olunub.
O, idman və vətənpərvərlik mövzusunda bir sıra kitabların, o cümlədən, «Şəhid idmançılar», «Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi», «XX əsrin qan yaddaşı», “Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili”, “İlqar İsmayılovun şəhidlik zirvəsi”, “Azərbaycan ulduzları Olimpiya Oyunlarında», «Bədən tərbiyəsi və idmana dövlət qayğısı», «Azərbaycanda cüdo», «Azərbaycan idmanının dünəni və bu günü», “İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu”, “Azərbaycanın ustad pəhləvanları”, “Helsinkidən başlayan yol”, “Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və digər kitabların müəllifidir.
Professor Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 1997, 2005, 2006-cı illərdə «İlin ən yaxşı tədqiqatçı jurnalisti», 2007, 2008, 2009 və 2010-cu illərin ən yaxşı “İdman tarixi yazarı” adına, həmçinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən Olimpiya Hərəkatının təbliği, idmanın tədqiqi üzrə yazdığı məqalə və kitablarına görə 2008-ci ilin idman laureatı adına layiq görülüb.
Müxtəlif illərdə “Azərbaycan komsomolu”nun fəxri fərmanı, “ÜİLKGİ MK-“nın fəxri fərmanı və döş nişanı, “General Həzi Aslanov” adına fəxri fərman, “Kamil sənətkar” fəxri diplomu, “İnam və Şərəf” diplomu, “Azərbaycan bayrağı” mükafatı, “Nurlu qələm ustası”, «Qızıl qələm» media mükafatı və digər mükafatlara layiq görülüb.
Pedaqogika üzrə fəlsəfə elməri doktoru, professor Dilqəm Quliyev Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvüdür.
Xəbər 9212 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2019 Mustafayev Şahlar Gülməhəmməd oğlu
19.12.2019 Sultanova Sara Oqtay qızı - VƏFAT EDİB
19.12.2019 Heydərov Tofiq Mirhəsən oğlu
19.12.2019 Həsənov Azər Camal oğlu
19.12.2019 Həsənov Tərlan Əliheydər oğlu
19.12.2019 Ələkbərov İqdam Əli oğlu
19.12.2019 Əliyev Paşa İbrahim oğlu
19.12.2019 Ağayev Böyükağa Məmməd oğlu
12.12.2018 İşməmmədova Svetlana Bəşirovna
12.12.2018 Məmmədov Vahid Şərafəddin oğlu


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru